Xəbərlər
30.07.2026, 12:16
VAHİD ÇƏMƏNLİ : Xətt çəkə bildim - FOTO
16 Yanvar 2021-ci ildə həyatımın ən kədərli günlərindən birini yaşadım.
Bu şer həmin gündən xatirədir.
Xətt çəkə bildim
Bilmirəm nə oldu,-
olan bu oldu,
Səninlə arama hədd çəkə bildim.
Sıxıb dişlərimi biri birinə,
Adının üstündən xətt çəkə bildim.
Min il keçib gedə, düzəlməz ara,
Sən hara, sevgini pay vermək hara?
Sözü deyirmişəm daşa, divara,
O daşa, divara sədd çəkə bildim.
Demərəm qayıdım ötən çağıma,
Şehli çəmənimə, güllü bağıma.
Özüm sarğı qoydum könül dağıma,
Ağrımı, acımı mərd çəkə bildim...
16.01.2021
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



