Turaztv.az » Xəbərlər » PÜSTƏ RƏVAN : NƏSİHƏT - FOTO
Xəbərlər

PÜSTƏ RƏVAN : NƏSİHƏT - FOTO

30.07.2026, 00:07 108
Ürəyini heç vaxt açma bir kəsə,
Özün bil sirrini, Allahın bilsin.
Heç zaman danışma ağla nə gəlsə,
Qeybət yükü qoyma boynunda qalsin.

Heç kəsə, heç zaman heç kəsdən demə,
Vaxt gələr özündə peşman olarsan.
Heç zaman namərdin üzünə gülmə,
Yer alar ayağı rəzil olarsan.

Hakim ol dilinə, düşün nə danış,
Danışıb düşünmə, sonra gec olar.
Hər əziyyətə döz, qismətlə barış,
Çox istəyən bil ki, azdanda qalar.

Vicdanı təmiz ol dostun yanında,
Duz çörək kəsdiyin insanı tanı.
Heç vaxt atma dostu dar ayağında,
Heç zaman axıtma sən nahaq qanı.

Bir sözlə, bir mömin müsəlman ol sən,
Ən gözəl əxlaqdı, bil İslam dini.
İbadətə başla, qorx pis əməldən,
Ürəyində yaşad Allah eşqini.

PÜSTƏ RƏVAN : NƏSİHƏT - FOTO

Oxşar xəbərlər