Xəbərlər
31.05.2026, 01:24
“Hizbullah” İsrailin şimalına 100 raket və PUA buraxıb
Livanın “Hizbullah” hərəkatı aprelin 17-də qüvvəyə minmiş atəşkəsdən sonra ilk dəfə İsrailin şimalını raket atəşinə tutub.
"Naharnet" portalının məlumatına görə, təşkilat İsrail ərazisinə ən azı 100 raket və pilotsuz uçuş aparatı buraxıb.
Raketlərin əksəriyyəti “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Hava həyəcanı siqnalları 60 yaşayış məntəqəsində səslənib.
"Asharq al-Awsat" qəzeti hücumların İsrail ordusunun Cənubi Livanda həyata keçirdiyi quru əməliyyatını dayandırmaq məqsədi daşıdığını yazır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay