Xəbərlər
30.05.2026, 12:01
Zöhrə Qaraqızı : BİR DƏFƏ ÜZÜMƏ GÜLMƏDİN, DÜNYA! - FOTO
Bir ömür yaşadım qəhərlə dolu,
Çox asan olmadı ömrümün yolu.
Güldürdün ətrafda həm sağı, solu
Bir dəfə üzümə gülmədin, dünya!
Yaşadım həyatda ,xoş gün oldu az,
Tezcə qışa döndü gələn bahar, yaz.
Ruha sığal çəkdi tək sədəfli saz,
Məni doğma, əziz bilmədin, dünya!
Yarımı əlimdən vaxtsız tez aldın,
Başıma dağların qarını saldın.
Mənimlə yanaşı sən də qocaldın ,
Bir an da dərdimi bölmədin ,dünya!
Ağrımın çarəsin tapa bilmirəm,
Qəlbimə rahatlıq yapa bilmirəm.
Dərdi necə düzüm sapa , bilmirəm,
Axan göz yaşımı silmədin, dünya!
Nəyinə sevinim , qızınsın ürək?
Arzular gül açsın, sevinək,gülək.
İstərəm qızları bəxtəvər görək,
Məni qəlbdən gülən görmədin, dünya!
Zəhmətdən yoğruldu halalca mayam,
İlahi göndərən işıqlı payam.
Demirəm günəşəm,demirəm ayam,
Ayağıma xalı sərmədin, dünya!
Baxıb sevinmədim dörd bir yanıma,
Hər birinin fikri düşdü canıma.
Şükür layiqdirlər şərəf, şanıma,
Zöhrənin xoşuna gəlmədin , dünya!
30.05.2026
Çox asan olmadı ömrümün yolu.
Güldürdün ətrafda həm sağı, solu
Bir dəfə üzümə gülmədin, dünya!
Yaşadım həyatda ,xoş gün oldu az,
Tezcə qışa döndü gələn bahar, yaz.
Ruha sığal çəkdi tək sədəfli saz,
Məni doğma, əziz bilmədin, dünya!
Yarımı əlimdən vaxtsız tez aldın,
Başıma dağların qarını saldın.
Mənimlə yanaşı sən də qocaldın ,
Bir an da dərdimi bölmədin ,dünya!
Ağrımın çarəsin tapa bilmirəm,
Qəlbimə rahatlıq yapa bilmirəm.
Dərdi necə düzüm sapa , bilmirəm,
Axan göz yaşımı silmədin, dünya!
Nəyinə sevinim , qızınsın ürək?
Arzular gül açsın, sevinək,gülək.
İstərəm qızları bəxtəvər görək,
Məni qəlbdən gülən görmədin, dünya!
Zəhmətdən yoğruldu halalca mayam,
İlahi göndərən işıqlı payam.
Demirəm günəşəm,demirəm ayam,
Ayağıma xalı sərmədin, dünya!
Baxıb sevinmədim dörd bir yanıma,
Hər birinin fikri düşdü canıma.
Şükür layiqdirlər şərəf, şanıma,
Zöhrənin xoşuna gəlmədin , dünya!
30.05.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













