Turaztv.az » Xəbərlər » Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO
Xəbərlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

15.08.2026, 21:33 3
Ömrümü süzgəcdən keçirdi illər,
Susdu qılınc kimi kəsən o dillər ,
Külümün altından boy atdı güllər,
Bütün fəsilləri mən sərt yaşadım.

Qoymadım kimsələr görsün yaşımı ,
Məğrurdum, dik tutdum hər an başımı,
Ucaltdım göyəcən səbir daşımı,
Qoyaraq qarşıma bir şərt ,yaşadım.

Zaman dar ağacı ,illər qəfəsim ,
Haqqın dərgahına ucaldı səsim,
Qələm ürəyimdir, kağız nəfəsim ,
Dünyanın qəmiylə həmdərd yaşadım.

İndi bahar yaşım,payız yaşımdır,
Sevincim,qəhərim -suyum, aşımdır,
Nə vaxt üzüm gülüb,halal xoşumdur,
Şükür ki hər şeyi mən mərd yaşadım.

Oxşar xəbərlər