
Xəbərlər
3.08.2025, 03:33
ŞƏHLA XƏLİLQIZI : A DÜNYA - FOTO
Həyatım nə bahar, nə də yaz oldu,
Əkdiyim çiçəklər,açmadan soldu,
Qəm - kədər durmadan,qəlbimə doldu,
Ağrılar-acılar,verdin a dünya,
Məni meyvə kimi,dərdin a dünya.
Hər kəsin qədəri,mənimsə kəmdir,
Qüssədən,kədərdən, gözlərim nəmdir,
Sızlayan kamanın,yurdu sinəmdir,
İçimi içimdən,yedin a dünya ,
Məni meyvə kimi,dərdin a dünya.
Ömür aman istər ,vaxt daralacaq,
Mənə kədərlərim qəmim qalacaq,
Allıma yazılan qədər olacaq,
Axı mən toy- nişan dedim a dünya,
Məni meyvə kimi,dərdin a dünya.
Çəkdiyim acılar, xəbərsiz gəlir,
Gəlişi qəlbimi,qəm ilə dəlir,
İçimdə bir səda pünhan dillənir,
Qara saçlarıma,dəndin,a dünya,
Məni meyvə kimi,dərdin a dünya.
Şəhlayam ,günlərim olmadı güzar,
Ağlatdın ,ağladım mən biixtiyar ,
Verdiyin acıdan, olmuşam yazar,
Sən demə dumandın,çəndin a dünya,
Məni meyvə kimi,dərdin a dünya.
Əkdiyim çiçəklər,açmadan soldu,
Qəm - kədər durmadan,qəlbimə doldu,
Ağrılar-acılar,verdin a dünya,
Məni meyvə kimi,dərdin a dünya.
Hər kəsin qədəri,mənimsə kəmdir,
Qüssədən,kədərdən, gözlərim nəmdir,
Sızlayan kamanın,yurdu sinəmdir,
İçimi içimdən,yedin a dünya ,
Məni meyvə kimi,dərdin a dünya.
Ömür aman istər ,vaxt daralacaq,
Mənə kədərlərim qəmim qalacaq,
Allıma yazılan qədər olacaq,
Axı mən toy- nişan dedim a dünya,
Məni meyvə kimi,dərdin a dünya.
Çəkdiyim acılar, xəbərsiz gəlir,
Gəlişi qəlbimi,qəm ilə dəlir,
İçimdə bir səda pünhan dillənir,
Qara saçlarıma,dəndin,a dünya,
Məni meyvə kimi,dərdin a dünya.
Şəhlayam ,günlərim olmadı güzar,
Ağlatdın ,ağladım mən biixtiyar ,
Verdiyin acıdan, olmuşam yazar,
Sən demə dumandın,çəndin a dünya,
Məni meyvə kimi,dərdin a dünya.
02. 08. 2019.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











