Milli qan yaddaşımızda, milli məfkurəmizdə, ideologiyamızda əsas yer tutan şəhidlərin həyatını tarixə yazmaq, zamanın yaddaşına həkk etmək də böyük hünər tələb edir. Böyük hünərin iti qələmi, böyük ürəyin vətən məhəbbəti, vətən şəhidlərinə yenilməz ehtiram və qürur hissləri insanı daim ruhlandırır. Şəhidlərin həyat və döyüş yolunu tarixə yazmaq, bir sözlə, onlarla bağlı silinməz yaddaşımızı qorumaq, gücləndirmək hər bir vətəndaşın üzərində böyük məsuliyyət və mənəvi borcdur. Belə insanlar şəhid ömrünü vərəqə köçürdükcə, qalın-qalın kitablar ərsəyə gətirdikcə özləri də bilmədən tarixin bir hissəsinə, müəyyən bir anına çevrilirlər. Şəhid ömrü ilə bərabər şəhid kimi Azərbaycan tarixinin müqəddəs səhifələrinə qovuşurlar.
Qələminin qüdrəti ilə, dərin zəkası ilə, ən nəhayət, daim sonsuz vətən sevgisi və şəhidinə ehtiram hissi ilə yaşayan dəyərli vətənpərvər Bibixanım İsayeva kimi....


Bibixanım İsayeva jurnalist, yazıçı-publisist kimi dəyərli, güclü qələmi ilə hər bir mövzuya xüsusi rəng qatıb, haqq-ədalət, vətən sevgisi, ana-övlad məhəbbəti, qəhrəmanlıq mövzusunda oxucunu daim maraq və diqqətdə saxlayıb. Jurnalist peşəsinə yiyələnəndə özü də heç bilmirdi nə vaxtsa ürəyindən gələnləri sətirlərə tökəndə qələmi ağlayacaq, qəlbi sızlayacaq. O, bu peşəni seçəndə yaşadığımız çiçəkli, sakit dünyanı, doğma Azərbaycanın gözəlliklərini, şaqraq şəlalələrini, zümrüd meşələrini, bir-birindən gözəl qədim tarixi vətən torpaqlarını, bu torpaqlarda doğulan, əbədi məskən quran, təşəkkül tapan el oğullarının, sadə, xoşbəxt vətəndaşların həyat hekayələrini qələmi ilə yaşatmağı, yazdıqlarını qürurla tarixin bir mühüm anına çevirməyi arzu etmişdi.
Azərbaycanda baş verən bütün tarixi proseslər Bibixanım İsayevanın qələmində günbəgün xatırlandı, yazıldı və gələcəyimizə irs kimi bəxş olundu. Bu illər ərzində fikir, amal, arzu, niyyət hamısı bir oldu: Azərbaycana və Azərbaycan oğullarının həyat hekayələrinə həsr olunan jurnalist ömrü, vətən üçün çırpınan ürək, düşmənə sipər iti qələm.
1990-cı illərdən başlayaraq jurnalist, yazıçı-publisist kimi yaradıcılığında vətən, vətənpərvərlik, Azərbaycançılıq ideyaları əsas yer tutdu. Kitab, qəzet, jurnallarda Bibixanım qələmi Qarabağ müharibəsini əks etdirdi və illər ərzində qalaq-qalaq, kitablara sığmayacaq qədər "döyüş yolu", "mübarizə ruhu", "düşmənə sipər oğullar" mövzuları oxucuya təqdim olundu. Əlbəttə bu illər ərzində nə anaların yaraları qaysaq bağladı, nə də Bibixanım İsayevanın qələmi həzin, kədərli və kədərli olduğu qədər qürurverici xatirələrdən uzaqlaşdı. İllər ötdü, zaman irəliləndi. 2020-ci ilin sentyabr ayında Azərbaycan xalqı vahidliyini, yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. 30 illik çətin keçilən, ağır yol cəmi 44 gün ərzində qət edildi. Bütün bu tarixi hadisələr Bibixanım İsayevanın qələmində öz əksini tapdı. "İnsanlığın zirvəsi", "Ağ rəngin sehri", "Qaya qartalı", "Vətənpərvərlik epopeyası" kimi dəyərli kitablarında İkinci Qarabağ müharibəsi şəhidləri, qaziləri, vətənə əsl oğul yetişdirən anaların həyat hekayələrini qələmində bir daha yaşatdı.
"Vətənpərvərlik epopeyası" kitabını vərəqlədikcə "Şəhidlər ölmür" ifadəsinin aliliyini bir daha anlayırsan. Anlayırsan ki, onlar qısa ömür yaşasa da, mənalı, xalqın yaddaşında əbədi qalan qəhrəman ömrü yaşadı. Bu kitab vətəni canından çox sevən, azadlıq, haqq-ədalət fədailəri, müqəddəs torpağın qədrini bilən, Azərbaycan uğrunda şəhid olan hünərli vətən oğullarına ithaf olunub. Burada seçilmiş başlıqlar hər bir şəhidin həyat yolunu ifadə edir. Düşünürəm və xəyal edirəm ki, Bibixanım İsayeva bu kitabı ərsəyə gətirərkən, xatirələri dinləyərkən bütün analarla bərabər ağlayıb, onların uşaqlıq illərini, döyüş meydanındakı rəşadətli anlarını gözü qarşısında bir film kimi canlandırıb. Bütün bunlarla yanaşı şəhidlərin həyatının müxtəlif anlarında yaşanmış ən kiçik hadisələr, bu hadisələrin ömrünün son günləri ilə həmahəng olması, kiçik yaşlarından əməksevər olmaları, vətənə hədsiz bağlılıqları kitabda öz əksini tapıb. Bibixanım İsayevanın yazdığı hər bir ifadənin ağırlığından hiss olunur ki, mənəvi ana kimi ürəyi dağlanır, sanki sətirə tökdüyü sözləri ilə şəhidlərə layla deyir. O, bu kitabını ərsəyə gətirməkdə böyük bir missiyanı həyata keçirdi. Bununla şəhidlərin adını tarixə yazdı, Azərbaycan xalqı var olduqca onların həyat və döyüş yolunu yaşatdı, müqəddəs qanları ilə qazandıqları Zəfər tarixini gələcək nəsillərə ərməğan etdi. Şəhidlərin həyat hekayələrini sətirlərdə, kitablarda yaşatdıqca şəhid kimi tarixə adını yazdı Bibixanım. Böyük ürəyi ilə xatirələri dinləyib, bitib-tükənməyən söz dünyasına qərq olub, Bibixanım təbirincə desək, bütün cismi çalxalanıb, qəlbinin döyüntüləri kükrədikcə qələmi daha dərinliklərə baş vurub. Şəhidindən yazdıqca qələminin qüdrəti, gücü-qüvvəti daha da artıb və bununla da, Azərbaycan tarixinə dərin iz qoyub. Milli-mənəvi zənginliklə dolu ifadələrin tamlığını əks etdirən kitabın adı kimi həyat hekayələri də həmahənglik təşkil edir.

Oxuyursan, düşünürsən, kövrəlirsən və sonunda fəxr-qürur duyğusu sənə üstün gəlir. Şəhidin hər anını elə bir qələmlə oxucuya çatdırır ki, sevinc hissi də oxucunu tərk etmir. Şəhidin yalnız vətən azadlığı üçün doğulduğunu, vətən naminə yaşadığının fərqinə varırsan. Bibixanım təbirincə desək "Bir ordu deməkdir bəzən bir ürək" ifadəsinin böyüklüyünü, sözün əsl mahiyyətini dərk edirsən. Əlbəttə, bu kitab adi bir kitab deyil, burada ana-övlad sevgisi, ailə tərbiyəsi, vətənpərvərliyin aşılanması, öncə vətən sevgisi, doğma yurd məhəbbəti, qəhrəman xalqın milli qeyrəti, tarixi qan yaddaşı tamamilə əksini tapıb. Azərbaycançılıq məfkurəsi, vətənpərvərlik ideologiyası, müqəddəs vətən anlayışını tam dəqiqliyi, aydınlığını əks etdirən tarixi yaddaşdır bu kitab.
Bu ərəfələrdə kitabın təqdimetmə mərasimi baş tutdu. Mərasimdə iştirak edən vətənini sevən, şəhid ailəsinin kədərinə ortaq, şəhid analarının dərd ortağı olan, şəhid adına hörmət və ehtiram hissi duyan hər bir vətəndaşın sevgisini, üzüntüsünü aydın sezmək olurdu. Mərasimə toplaşan hər bir kəs alqış sənə Bibixanım-deyərək mənən-ruhən rahatlamış şəkildə görünürdü. Çünki 30 illik yolu 44 günə qət edən qəhrəman vətən oğullarının həyat və döyüş yolu tarixə həkk olundu, gələcək nəsillər bütün olanlardan nəticə, şəhidindən nümunə götürə biləcək böyük, əvəzsiz, mən deyərdim ki, müqəddəs bir kitab xalqa töhfə olundu. Şəhid anasının kədərli göz yaşını sevinc göz yaşının əvəz etdiyini, "övladım daim tarixdə yaşayaşaq" ifadəsinin tamlığı şəhid atalarının simasından aydın görünürdü. Ən nəhayət, bütün bunların razılığı olaraq Bibixanımı alqışlayan vətəndaşların sədalarının gurultusundan aydın görünürdü ki, "Vətənpərvərlik epopeyası"nı xalqa bəxş edib, vətənpərvər adının əsl ünvanına sahib oldu əziz yazarımız!

İlhamə SEYİDOVA,
"Qəbələ səsi"nin ştatdankənar müxbiri.

Son xəbərlər

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb

İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident onları təltif etdi - SİYAHI

Avropa Liqasında mövsümə start verilir

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930