
Xəbərlər
27.09.2022, 21:34
De necə inanım, de sənə dünya?
Yenə gülə- gülə qolumdan tutub
Başıma çəkirsən sığal, a dünya!
Elə bil uşağam aldadıb məni
Tutmusan əlində qoğal, a dünya
De necə inanım, de sənə dünya?!
Heç seçmirsən kasıbını varlıdan
Hamını alırsan qoynuna, dünya!
Gəlişin hardandır, gedişin hardan
Fələk də mat qalıb oynuna, dünya!
De necə inanım, de sənə ,dünya?!
Bəs necə dözürsən bu ağırlığa
Qamətin əyilmir, ey gidi dünya!
Artıq yük vermirsən nə sola, sağa
Bu da bir sirdimi, bəs nədi, dünya?!
De necə inanım, de sənə dünya?!
Baş aça bilmirəm sənin felindən
Hamını alırsan qoynuna, dünya!
De görüm milyon sayda insanları
Niyə tək- tək yola salırsan, dünya?!
De necə inanım, de sənə dünya?!
Budurmu etibar, budurmu vəfan
Atamı almısan əlimdən dünya!
Yaman qaralamısan deyəsən məni
Əlini çəkmirsəm əlimdən ,dünya!
De necə inanım, de sənə dünya?!
De necə inanım, de sənə dünya?!
Elxan ÇIRAQLI
Başıma çəkirsən sığal, a dünya!
Elə bil uşağam aldadıb məni
Tutmusan əlində qoğal, a dünya
De necə inanım, de sənə dünya?!
Heç seçmirsən kasıbını varlıdan
Hamını alırsan qoynuna, dünya!
Gəlişin hardandır, gedişin hardan
Fələk də mat qalıb oynuna, dünya!
De necə inanım, de sənə ,dünya?!
Bəs necə dözürsən bu ağırlığa
Qamətin əyilmir, ey gidi dünya!
Artıq yük vermirsən nə sola, sağa
Bu da bir sirdimi, bəs nədi, dünya?!
De necə inanım, de sənə dünya?!
Baş aça bilmirəm sənin felindən
Hamını alırsan qoynuna, dünya!
De görüm milyon sayda insanları
Niyə tək- tək yola salırsan, dünya?!
De necə inanım, de sənə dünya?!
Budurmu etibar, budurmu vəfan
Atamı almısan əlimdən dünya!
Yaman qaralamısan deyəsən məni
Əlini çəkmirsəm əlimdən ,dünya!
De necə inanım, de sənə dünya?!
De necə inanım, de sənə dünya?!
Elxan ÇIRAQLI
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










