
Xəbərlər
16.12.2021, 22:04
Şəhla Xəlilqızı - Bu dünya
BU DÜNYA.
Dost deyərək kürəyindən vuraraq,
Hiylə ilə minarələr quraraq,
Min cığırda öz izini salaraq,
Dost sifətli ferdigirdı bu dünya.
******
Hər acını yük eylədib daşından,
Yaxşı kimi göstərsə də başından,
Utanmayar arsızlar tək yaşından,
Deyim sənə zülümkardı bu dünya.
******
Dağ başında duman kimi görünüb,
Ürək kimi hər anında döyünüb,
Əməlindən haqlı kimi görünüb,
Min bir səmtli ruzigardı bu dünya.
******
Yalan gerçək günahları yazaraq,
Hər dəmində açar təzə bir varaq,
Əldə tutar biçmək üçün o, oraq,
Yola düşən bir qatardı bu dünya.
******
Ay Şəhla lap üzə desən nə fayda,
Qarğalar məkanı salıb qayada,
Dünya o, halda deyil onu oyada,
Hər cinayətə səbəbkardı bu dünya.
Düşünmə ki, kor, kardı bu dünya.
Şəhla Xəlilqızı.
16.12.2021
Dost deyərək kürəyindən vuraraq,
Hiylə ilə minarələr quraraq,
Min cığırda öz izini salaraq,
Dost sifətli ferdigirdı bu dünya.
******
Hər acını yük eylədib daşından,
Yaxşı kimi göstərsə də başından,
Utanmayar arsızlar tək yaşından,
Deyim sənə zülümkardı bu dünya.
******
Dağ başında duman kimi görünüb,
Ürək kimi hər anında döyünüb,
Əməlindən haqlı kimi görünüb,
Min bir səmtli ruzigardı bu dünya.
******
Yalan gerçək günahları yazaraq,
Hər dəmində açar təzə bir varaq,
Əldə tutar biçmək üçün o, oraq,
Yola düşən bir qatardı bu dünya.
******
Ay Şəhla lap üzə desən nə fayda,
Qarğalar məkanı salıb qayada,
Dünya o, halda deyil onu oyada,
Hər cinayətə səbəbkardı bu dünya.
Düşünmə ki, kor, kardı bu dünya.
Şəhla Xəlilqızı.
16.12.2021
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













