
Xəbərlər
24.09.2019, 14:03
Azərbaycanlı hakim futbol üzrə dünya çempionatında

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov dünya çempionatının final mərhələsinə təyinat alıb.
Oxu.Az AFFA-nın saytına istinadən xəbər verir ki, baş hakim Paraqvayda keçiriləcək mundialın oyunlarını idarə edəcək.
Qeyd edək ki, Cənubi Amerikadakı dünya çempionatı noyabrın 21-dən dekabrın 1-dək olacaq. Paraqvayın paytaxtı Asunsyonda keçiriləcək X dünya çempionatı 16 komandanın iştirakı ilə baş tutacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










