Azərbaycan tarixən qoyunçuluğun ən geniş yayıldığı ölkələrdən biri olub. Uzun illər bu sahə kənd əhalisinin əsas məşğulluq istiqamətlərindən biri olmaqla yanaşı, ölkənin ət və yun məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayıb. Lakin son illər mənzərə dəyişməyə başlayıb. Yerli istehsalın müxtəlif problemlərlə üzləşdiyi bir vaxtda Gürcüstandan Azərbaycana diri qoyun idxalının əhəmiyyətli dərəcədə artması diqqət çəkir. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində diri qoyun ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Ümumilikdə isə Gürcüstan bu ilin ilk altı ayında xarici bazarlara 11,7 milyon ABŞ dolları dəyərində diri qoyun ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çoxdur. Ən böyük ixrac Səudiyyə Ərəbistanına həyata keçirilib. Sonrakı yerlərdə isə Qətər, Azərbaycan, Liviya və Küveyt qərarlaşıb.

Rəsmi statistika da ölkədə xırdabuynuzlu heyvanların sayının son illər azalma tendensiyası nümayiş etdirdiyini göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə Azərbaycanda qoyun və keçilərin sayı 6 milyon 757,8 min baş olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 138,7 min baş və ya 2 faiz azdır. Son beş ilin statistikası da azalma meylinin davam etdiyini göstərir. Belə ki, 2021-ci ildə ölkədə 8 milyon 89,7 min baş, 2022-ci ildə 7 milyon 899,7 min baş, 2023-cü ildə 7 milyon 751,7 min baş, 2024-cü ildə 7 milyon 60,6 min baş, 2025-ci ildə isə 6 milyon 896,5 min baş qoyun və keçi qeydə alınıb. Beləliklə, son beş ildə ölkədə xırdabuynuzlu heyvanların sayı təxminən 1,3 milyon baş azalıb.
Bəs Azərbaycanda qoyunçuluğa marağın azalmasının səbəbləri nələrdir?

Mütəxəssislərin fikirincə, Azərbaycanda qoyunçuluğun inkişafına mane olan səbəblər müxtəlifdir. Otlaq və yaylaq sahələrinin azalması, iqlim dəyişiklikləri, yem və baytarlıq xidmətlərinin bahalaşması, eləcə də sahənin gəlirliliyinin aşağı düşməsi ənənəvi heyvandarlığın inkişafına mənfi təsir göstərir.

Yem və saxlanma xərcləri artıb

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, son illərdə qoyunçuluğun əvvəlki cəlbediciliyini itirməsinin bir sıra iqtisadi və struktur səbəbləri var. Əsas problemlərdən biri yem və saxlanma xərclərinin əhəmiyyətli dərəcədə artmasıdır. Fermerlər əvvəlki illərlə müqayisədə heyvan yemini, baytarlıq xidmətlərini və digər istehsal vasitələrini daha yüksək qiymətə əldə edirlər. Nəticədə mənfəət azalır və kiçik təsərrüfatlar bu sahədən uzaqlaşmağa başlayır.

Digər mühüm amil otlaq sahələrinin azalması və bəzi ərazilərdə örüşlərdən istifadənin məhdudlaşmasıdır. Qoyunçuluq geniş otlaq sahələri tələb edən fəaliyyət növü olduğundan, otlaq imkanlarının məhdudlaşması fermerləri əlavə yem almağa məcbur edir. Bu isə istehsalın maya dəyərini yüksəldir. Bununla yanaşı, kənd yerlərində əmək qabiliyyətli əhalinin bir hissəsinin şəhərlərə üz tutması da qoyunçuluğun inkişaf tempinə mənfi təsir göstərən amillərdəndir.
Ekspert qeyd edib ki, Gürcüstanda bəzi bölgələrdə geniş təbii otlaq sahələrinin mövcudluğu, istehsal xərclərinin nisbətən aşağı olması və ixrac imkanlarının genişlənməsi qoyunçuluğun inkişafına müsbət təsir göstərib.

İstehsaldan satışadək əlverişli mühit

A.Nəsirli hesab edir ki, kəndlilərin qoyunçuluğa marağını yenidən artırmaq mümkündür. Bunun üçün ilk növbədə iqtisadi baxımdan cəlbedici mühit yaradılmalıdır. Onun sözlərinə görə, yem xərclərinin azaldılması istiqamətində tədbirlər görülməli, otlaq sahələri qorunmalı və səmərəli idarə olunmalı, kiçik fermerlər üçün güzəştli kredit və subsidiya mexanizmləri genişləndirilməli, damazlıq işi gücləndirilməli, baytarlıq xidmətlərinin əlçatanlığı yaxşılaşdırılmalıdır.

Ekspert əlavə edib ki, fermerlərin məhsullarını daha sərfəli qiymətə sata bilmələri üçün satış və emal infrastrukturunun inkişaf etdirilməsi də vacibdir. İstehsalçı məhsulunu bazara asan çıxara, gəlir əldə edə və gələcəyinə əmin ola bilsə, qoyunçuluğa maraq da artacaq. Onun fikrincə, bu sahənin inkişafı yalnız subsidiya ilə deyil, istehsaldan satışadək bütün zəncir üzrə əlverişli iqtisadi mühitin formalaşdırılması ilə mümkündür.

Turizm yaylaqları heyvandarlığın əlindən alır

İqtisadçı-ekspert Rauf Qarayev isə hesab edir ki, Azərbaycanda qoyunçuluğun üzləşdiyi əsas problemlərdən biri yaylaq və qışlaq sahələrinin getdikcə azalmasıdır. Onun sözlərinə görə, qoyunçuluğun inkişafı üçün ilk növbədə geniş otlaq sahələrinin mövcudluğu vacibdir. Əvvəllər bu baxımdan daha əlverişli şərait olsa da, son illər müxtəlif səbəblərdən həmin imkanlar tədricən məhdudlaşır. Ekspert bildirib ki, bunun əsas səbəblərindən biri iri torpaq sahələrinin müxtəlif məqsədlərlə istifadəyə verilməsidir. Onun sözlərinə görə, geniş ərazilərin fərdi istifadəyə keçməsi yaylaqların sahəsini kiçildir və nəticədə heyvandarlıq üçün yararlı otlaq fondu azalır.

R.Qarayev qeyd edib ki, iqlim dəyişiklikləri də vəziyyəti ağırlaşdıran əsas amillərdəndir. Kəskin hava şəraiti və quraqlığın artması otlaq sahələrində yem ehtiyatını azaldır. Bu problem Azərbaycanda Gürcüstanla müqayisədə daha qabarıq hiss olunur və istehsal xərclərinin artmasına səbəb olur.

İqtisadçının sözlərinə görə, yaylaq sahələrinin azalmasına təsir edən digər amillərdən biri də turizmin inkişafıdır. Son illər insanlar turizm potensialı yüksək olan ərazilərdə torpaq sahələri alır, fərdi evlər tikərək onları kirayəyə verirlər. Nəticədə vaxtilə yaylaq kimi istifadə olunan bəzi ərazilər artıq başqa məqsədlər üçün istifadə edilir.

Yem, dərman və mütəxəssis çatışmazlığı

Ekspert vurğulayıb ki, qoyunçuluğun inkişafına mənfi təsir göstərən digər amillərdən biri yem və baytarlıq xidmətlərinin yüksək qiymətidir. Onun sözlərinə görə, ölkəyə idxal olunan yemlər vergidən azad edilsə də, fermerlər üçün hələ də baha başa gəlir. Dərman preparatlarının yüksək qiyməti də sahənin gəlirliliyinə mənfi təsir göstərir.

İqtisadçı həmçinin baytarlıq xidmətlərinin keyfiyyəti ilə bağlı problemlərin də mövcud olduğunu bildirib. Onun sözlərinə görə, bəzi hallarda ölkədə fəaliyyət göstərən baytarların yeni və mürəkkəb xəstəliklərin müalicəsi üçün kifayət qədər bilik və təcrübəsi olmur. Bu səbəbdən iri heyvandarlıq təsərrüfatları bəzən xarici ölkələrdən mütəxəssislər dəvət etməyə məcbur qalırlar ki, bu da əlavə xərc yaradır. ("Kaspi" qəzeti)

Son xəbərlər

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Həsənxan Əsədov : DOSTUM - FOTO

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yazılarla təsəlli tapırıq

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31