Turaztv.az » Xəbərlər » MƏNƏ YETİM DEMƏYİN SİZ.
Xəbərlər

MƏNƏ YETİM DEMƏYİN SİZ.

30.05.2026, 23:26 118

SƏDAQƏT OĞUZLU SAADOVA
Şairə

Yoxdur atam, yoxdur anam,
Yoxdur qeydimə bir qalan.
Boynu bükük bir insanam,
Mənə yetim deməyın siz.

Yaralamayın qəlbimi,
Yada salmayın dərdimi.
Kövrəltməyin ürəyimi,
Mənə yetim deməyin siz.

Yetim biraz büzük olur,
Dərd əlindən üzük olur.
Nə söz desə böyük olur,
Mənə yetim deməyın siz.

Yetimin daşı ağırdı,
Üzündə həsrət yağırdı.
Bəxtimi Allah yoğurdu,
Mənə yetim deməyın siz.

Göz yaşları selə dönər,
Qəlbi nazik telə dönər.
Gözlərimdə işıq sönər,
Mənə yetim deməyin siz.

Sədaqətəm mən bilirəm,
Dərdimi sizlə bölürəm.
Yetim sözü istəmirəm,
Mənə yetim deməyin siz.

Oxşar xəbərlər