Nigar Məmmədova
Milli Məclisin deputatı

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası–WUF13 Azərbaycanın diplomatik gücünün,təşkilati potensialının və qlobal təşəbbüslərdə artan rolunun növbəti nümayişi oldu.176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən WUF13 bu günədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü və COP29-dan sonra Azərbaycanda təşkil olunan ikinci ən böyük beynəlxalq tədbir oldu.
O bildirib ki, Bakı bir daha qlobal həmrəyliyin,çoxtərəfli əməkdaşlığın və beynəlxalq dialoqun mühüm mərkəzi kimi çıxış etdi. Forumun miqyası və ona göstərilən böyük maraq Azərbaycanın qlobal gündəliyin formalaşdırıldığı siyasi platformaya çevrildiyini göstərdi.
WUF13-ün ən mühüm siyasi hadisəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Sammiti oldu. Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə keçirilən bu sessiyada 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və yüksək səviyyəli nümayəndələr iştirak etdilər. Bu fakt özü Azərbaycanın beynəlxalq diplomatik nüfuzunun ilbəil artdığını açıq şəkildə nümayiş etdirir.
Liderlər çıxışlarında Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə və forumun mükəmməl təşkilinə görə minnətdarlıqlarını ifadə etdilər. Bu sessiya şəhərsalma məsələlərinin humanitar və təhlükəsizlik aspektlərini özündə birləşdirən qlobal çağırış olduğunu nümayiş etdirdi.


Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Liderlər Sammiti şəhərsalma üzrə müzakirələri yeni siyasi müstəviyə çıxardı. Bu addım həm də Azərbaycanın yeni beynəlxalq dialoq formatları formalaşdırmaq qabiliyyətinin göstəricisinə çevrildi.

Deputat qeyd edib ki, WUF13 zamanı Azərbaycan qlobal şəhərsalma gündəliyinə mühüm töhfələr verdi. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri Sessiya çərçivəsində beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanın öz maliyyə və insan resursları hesabına urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhər və 100-dən çox kəndi yenidən qurması dünyanın diqqət mərkəzində oldu. Beynəlxalq iştirakçılar Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrini digər postmünaqişə ölkələri üçün nümunə kimi dəyərləndirdilər.

Tədbirdə Böyük Qayıdış Proqramı da xüsusi maraq doğurdu. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qaytarılması istiqamətində həyata keçirilən siyasət humanitar və sosial baxımdan nümunəvi yanaşma kimi təqdim edildi.

WUF13-ün yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” sənədində Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində təcrübəsi mühüm beynəlxalq nümunə kimi qeyd olundu. Bu, işğal dövründə erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddətdə yenidən qurulmasının beynəlxalq səviyyədə qəbul edildiyini göstərir.

Sənəddə, həmçinin münaqişə və müharibələrin məktəblərə, xəstəxanalara, yaşayış evlərinə, ətraf mühitə və biomüxtəlifliyə vurduğu zərərin xüsusi vurğulanması Azərbaycanın uzun illər ərzində üzləşdiyi urbisid və ekosid siyasətinin beynəlxalq səviyyədə tanınması baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Görünən budur ki, beynəlxalq ictimaiyyət Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq işlərini açıq şəkildə dəstəkləyir və bunu nümunəvi model kimi təqdim edir.

N.Məmmədova diqqətə çatdırıb ki, COP29-da olduğu kimi, WUF13 də gələcək beynəlxalq təşəbbüslər üçün mühüm platforma yaratdı. Bakı Şəhər Mükafatının təsis olunması, milli şəhərsalma forumları təşəbbüsü və gələcək WUF sessiyaları üçün Bakı standartlarının hazırlanması bunun bariz göstəricisidir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan artıq qlobal proseslərə təsir edən, yeni beynəlxalq təşəbbüslər irəli sürən və çoxtərəfli əməkdaşlığı təşviq edən mühüm dövlətlərdən birinə çevrilib.

Son xəbərlər

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

İrana zərbələr bu səbəbdən dayandırılıb

Şərafət Şəfa : Eşqin üzü dönüb, di əlini üz.. - FOTO

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan güləşçilərinin ilk rəqibləri məlum olub

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

“Həkim dedi ki, sənə sistem vuracağıq, içində nə olduğunu bilmirdim”

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto

Emin ayrılmış valideynləri ilə bir arada - FOTOLAR

Araz Ağalarov gənc xanımı ilə "DreamFest”də

“Çılgın Bediş” 25 il sonra qayıdır

Elm, fantastika, şəxsi həyat...

İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır

Müxalifətin hakimiyyətə gəlməməsi üçün ölkədə prezident seçkilərini ləğv etdi

Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq

Bu nişanlı cütlüyü 189 ölkədə axtarırlar

Ağstafada qəza oldu - Ölən və yaralanan var

Elbrusda son beş gündə 7 nəfər öldü

Daha bir ölkənin nüvə silahı əldə etməsinə qarşıdırlar

Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031