
Xəbərlər
30.05.2026, 11:47
HƏSƏNXAN ƏSƏDOV : Gətirsin sənə - FOTO
Asdım duaları kirpiklərimdən,
Sellənən gözyaşım gətirsin sənə,
Sinəmdə boş qalıb üzünün yeri,
Harayın küləklər ötürsün sənə.
Dilimin üstünə yazılıb adın,
Unutmaz dodağım o dodaq dadın,
Qınağı olsam da tanışın, yadın,
Misram heca-heca götürsün sənə.
Həsənəm, könlümü fəraq tutaram,
Baldanda şirinsən, bala qatmaram,
Gecə yuxuda da heç unutmaram,
İllərim, aylarım yetirsin sənə.
27.05.2026
Sellənən gözyaşım gətirsin sənə,
Sinəmdə boş qalıb üzünün yeri,
Harayın küləklər ötürsün sənə.
Dilimin üstünə yazılıb adın,
Unutmaz dodağım o dodaq dadın,
Qınağı olsam da tanışın, yadın,
Misram heca-heca götürsün sənə.
Həsənəm, könlümü fəraq tutaram,
Baldanda şirinsən, bala qatmaram,
Gecə yuxuda da heç unutmaram,
İllərim, aylarım yetirsin sənə.
27.05.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












