Turaztv.az » Xəbərlər » Gecələr görən belə məni niyə qısqanır - FOTO
Xəbərlər

Gecələr görən belə məni niyə qısqanır - FOTO

08.08.2026, 00:27 45
Şəhla Xəlilqızı

Qəlbdə eşqi gizlədib gözəlliyə baxıram,
Ulduzların qoynunda səmalara qalxıram,
Buludlaşıb dağların zirvəsiylə axıram,
Ulduzları seyr edəndə gecə məni qısqanır,
Gecələr görən məni niyə belə qısqanır?

Ayda bizə baxaraq olur hərdən həmdəmim,
Dalgalana dənizəm xəyallarımsa gəmim,
Unudulur bir anlıq ulduzlarla dərd qəmim,
Göydə şəfəq saçaraq eşqdən alışıb yanır,
Gecələr görən məni niyə belə qısqanır?

Aşiqin dərdinə dəva diləyən güləm mən,
Bülbüllərə səs verən oxu deyən diləm mən,
Odsuz ,alovsuz yanan eşq ocaqda küləm mən,
Fikirlərin qoynunda həsrətim də usanır,
Gecələr görən məni niyə belə qısqanır?

Gecələr dərd ortağım hər anımda yanımda,
Gündüzlər gecə qədər fərəh olmaz canımda,
Üşüsəm də eşqindən bir istilik qanımda,
Mənə baxan ulduzlar deyim əhvalı qanır,
Gecələr görən məni niyə belə qısqanır?

Sakit,səsizcə belə,gecələrin qoynunda,
Nağıllarda bitirmiş şirin olsa da sonda,
Şəhla eşqin atəşi sönməz olur insanda,
Bir baxışdan yatan eşq günəş kimi oyanır,
Gecələr görən məni niyə belə qısqanır?


Oxşar xəbərlər