22 may 2026-cı il tarixdə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində ənənəvi III Kəlağayı Festivalı keçirilib.

Turaztv.az xəbər verir ki, festival Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Bakı şəhəri Xətai rayonu üzrə nümayəndəliyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı ev-muzeyi”nin birgə təşkilatçılığı ilə baş tutub.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənəyə çevrilən festivalın əsas məqsədi Azərbaycan xalq tətbiqi sənətinin nadir incilərindən olan milli kəlağayı sənətinin təbliği, qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsidir. Bu il festival ölkədə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunaraq milli irsin şəhər mədəniyyəti və şəhərsalma mühiti ilə vəhdətini nümayiş etdirib.

Festival çərçivəsində qədim kəlağayı nümunələri, milli baş geyimləri və zəngin eksponatlardan ibarət sərgi açılıb. Ziyarətçilər, həmçinin sənətkar Güllü Eldar Tomarlının dekorativ-tətbiqi sənətə aid əl işləri və rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri ilə tanış olublar. Tədbirdə eyni zamanda Qərbi Azərbaycan guşəsində xalçaçılıq, kəlağayı nümunələri və milli şirniyyatlar nümayiş etdirilib.

“Susmayan həqiqətlər: Deportasiya, soyqırımı, etnik təmizləmə” mövzusunda təşkil olunmuş sərginin tərkib hissəsi olan Qərbi azərbaycanlıların geyim mədəniyyətini, kəlağayı ənənələrini əks etdirən fotolar, arxiv sənədlərindən ibarət bölməsi Ombudsman Aparatının əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu Şəki kənd İcmasının sədri , şair-publisist Azadə Novruzova tərəfindən təqdim edilib.

Festival iştirakçıları üçün İsmayıllı və Basqal ustalarının istehsal etdiyi müxtəlif çeşidli kəlağayıların sərgisi və satışı təşkil olunub. Bu, iştirakçılara milli sənət nümunələrini yaxından tanımaq və əldə etmək imkanı yaradıb.

Tədbirin rəsmi hissəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi anılıb, Dövlət Himni səsləndirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Ombudsman Aparatının əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu Şəki kənd İcmasının sədri, şair-publisist Azadə Novruzova, Milli Məclisin deputatları Əli Hüseynli, Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rəsmi hissədən sonra tədbir zəngin konsert proqramı ilə davam edib. Festivalın bədii hissəsində aşıq sənəti, muğam, xalq musiqisi, poeziya və milli rəqs nümunələri təqdim olunub. Proqramda aşıqlardan Əməkdar mədəniyyət işçisi Zülfiyyə İbadova, Gözəl Kəlbəcərli, Ramin Qarayev, Məhsəti Cabbarova, Rəvanə Lerikli, Xanım Göyçəli, Xəqani Zeynalabdinov, bəstəkar müğənni Arif Mehmandost, Fəridə Mirişova, “Səma” rəqs qrupu, Zəhraxanım Əzimova və Nənə Qızlar folklor ansamblı çıxış ediblər. Bundan əlavə, Xətai rayonu 316 saylı bağçanın uşaqlarının təqdim etdiyi rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Üçüncü Kəlağayı Festivalının əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin zənginliyinin təbliği və milli sənət nümunələrinin müasir dövrdə yaşadılmasının əhəmiyyətinin ictimaiyyətə çatdırılması olub. Festival bir daha göstərib ki, kəlağayı yalnız milli geyim elementi deyil, həm də xalqımızın tarixi yaddaşını, estetik düşüncəsini və mədəni kimliyini özündə yaşadan dəyərli irs nümunəsidir.







Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930