Abbas Əli oğlu Bağırov (GÖYÇƏGÖL)
Tibb üzrə fəlsəfə doktoru,
Qələbə Tibb Mərkəzi MMC-nin direktoru,Həkim,provizor

Azərbaycanın zəngin mənəvi irsinin, aşıq sənətinin və böyük söz ustadı Aşıq Ələsgərin yaradıcılığının təbliği məqsədilə həyata keçirilən “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir 2 iyul 2026-cı il tarixində Goranboy rayonunda keçirilib.

Dədə Ələsgər Ocağı İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində təşkil olunan anım tədbiri Goranboy Rayon Heydər Əliyev Mərkəzində baş tutub.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin açılışında çıxış edən Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva Azərbaycan aşıq sənətinin milli-mədəni irsimizdə tutduğu mühüm yerdən danışaraq bildirib ki, belə layihələr gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynayır.
Daha sonra layihə rəhbəri, Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli layihənin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi Aşıq Ələsgərin zəngin ədəbi-bədii irsinin geniş ictimaiyyətə, xüsusilə gənc nəslə çatdırılması, Azərbaycan aşıq sənətinin yaşadılması və milli-mədəni dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.
Tədbirin aparıcısı, Dədə Ələsgər Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü Taleh Əliyev Aşıq Ələsgərin yaradıcılığı və Azərbaycan ədəbiyyatında tutduğu mövqe barədə məlumat verərək tədbir haqqında iştirakçılara məlumat verilib.
Tədbirdə çıxış edən tibb üzrə fəlsəfə doktoru, Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği Mərkəzinin direktoru Hacı Abbas Bağırov Aşıq Ələsgərin yaradıcılığının tədqiqi istiqamətində görülən işlərdən danışıb, onun poetik irsinin bu gün də aktuallığını qoruduğunu bildirib.
Tarix üzrə fəlsəfə doktoru Gündüz Hacıyev isə çıxışında Aşıq Ələsgərin yaradıcılığının Azərbaycan xalqının tarixi yaddaşının, milli kimliyinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Aşıq Haqverdi Kərəmoğlu saz ifalarını təqdim edib, onu balabanda Ramin Allahverdiyev müşayiət edib. Daha sonra Aşıq Mansır Kərəmoğlu və gənc dombra ifaçısı Saleh Əsgərsoy musiqi nömrələri ilə iştirakçıların alqışını qazanıblar. Tədbirin sonunda aşıqların birgə ifasında müxəmməs səsləndirilib.
Layihə çərçivəsində keçirilən anım tədbirləri Azərbaycan aşıq sənətinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər vasitəsilə Aşıq Ələsgərin zəngin irsi daha geniş auditoriyaya təqdim olunur, milli-mənəvi dəyərlərimizin yaşadılmasına və təbliğinə töhfə verilir.
Qeyd edək ki, “Aşıq Ələsgərin anım tədbirləri” layihəsinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Naftalan, Goranboy, Göygöl və Samux rayonlarında keçirilməsi nəzərdə tutulub.





















Son xəbərlər

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31