Arzum budur - ucaldıqca, ucal sən
Hacıməmməd Məmmədov

Həyatda hər adamın öz əqidəsi, dünyaya baxışı, öz yeri və izi olur. Uzun ildir mətbuat aləmində görüb-götürdüyüm, yaddaşıma həkk olan hadisələr, insanlar olub. Elələrini görmüşəm ki, milyonlara sahib olub, bircə ac doydurmayıb, bir içim suyu ürəyi yanana qıymayıb. Haqqı-ədaləti tapdalayıb, düzü əyriyə satan, ody qabağına çəkən adamlar görmüşəm. Ancaq nə yaxşı ki, həyatda yaxşılarımız var. Həyata düz baxıb, haqqı-ədaləti görənlər varmış. Belələrindən biridir dostum Akif Güloğlan oğlu Əliyev. Onunla tanışlığımız otuz ilə yaxındır. İlk bələdiyyə seçkilərində birlikdə İsmayıllı bələdiyyəsinə üzv seçilmişdik. Elə o vaxtdan hal-hazıra kimi dostluğumuz davam edir. Onun seçildiyi vaxt namizədliyi verilən təşviqat vərəqindəki irəli sürdüyü fikirlər və onların yerinə yetirmə aktuallığı məni bu insana bağladı. Həqiqətən də Akif Əliyev təşviqat vərəqəsindəki irəli sürdüyü bütün fikirləri əməli işi ilə həyata keçirən bələdiyyə üzvü olub. O, bələdiyyədə komissiya sədri kimi üzərinə düşən vəzifəni şərəflə icra etdi. Əhali üçün, şəhərimiz üçün böyük işlər gördü, bütün imkanlardan istifadə etməklə xalqa sədaqətlə xidmət etdi.

Ünsiyyət zamanı, onun dərin biliyə, zəngin təfəkkürə malik olduğunu gördüm. Bir çox xasiyyətlərimizin və dünyagörüşümüzün üst-üstə düşəməsi bizi bir-birimizə daha da yaxınlaşdırdı. Akif müşavirələrdə, iclaslarda, rayon aktivlərinin yığıncaqlarında həlli vacib məsələlər barədə cəsarətli çıxışlar edirdi.
Akif Əliyev bir neçə ildir ki, Torpaq və xəritəçəkmə Komitəsinin İsmayıllı şöbəsində məsul vəzifədə çalışır. Hərdən onunla həmsöhbət oluruq. Akifin sadəliyi, səmimiyyəti, insana qayğısını həmişə görmüşəm. O, təmiz azərbaycanlı olmaqla, millətinə, dövlətinə hörmət gətirən adamdır. Öz vəzifəsini layiqincə bilən, icra edən, insanlara qanun çərçivəsində hörmət edən və hörmət qazanmağı bacaran vəzifə sahibidir. Akif qürurunu, vüqarını, ləyaqətini qorumağı bacaran layiqli dostdur. Yaxşı dostluq, yoldaşlıq münasibətləri adamın ömrünü uzadan, onu mənəvi cəhətdən saflaşdıran amildir. Tez-tez bir-birimizlə telefon əlaqəsi saxlayırıq, mümkün olduqca görüşüb dərdləşirik.
Dünyada heç nə əbədi deyil. Dünyada ancaq xeyirxah, xoş əməllər qalır. Kaş bütün ziyalılarımız Akif Əliyevdən, onun xeyirxahlıqlarından öyrənərdilər. Öyrənəydilər ki, hər kəs dünyada bir dəfə yaşayır və elə yaşamaq lazımdır ki, dünyadan köçəndən sonra da dünyada məhəbbətlə xatırlana biləsən.
Akif uzun müddətdir ki, YAP-ın üzvüdür, üç qız övladı var. Öz işinə ürəkdən bağlıdır, mehriban və xoş ünsiyyətinə görə hamı tərəfindən sevilir. Ürəyi cəmiyyət üçün xeyirli iş görmək istəyi ilə çırpınır.
İstər ailədə, istər kollektivdə onun yüksək insani keyfiyyətlərindən biri də zəhməsevərliyi, özünü dərk etməsi və ömrünün, həyatının mənasını namuslu əməkdə görməsidir.
Akif müəllim əzizlərinin, qohumlarının, onu ürəkdən sevən dostlarının ətrafında çıraq kimi parlayan və ucaldıqca, ucalan insandır. Dünya da nəcib və saf insanları ilə gözəldir. Biz də Akif Əliyevə şərəfli, ləyaqətli işində uğurlar diləyir və həmişə hörmətlə işləməyi arzulayırıq.

Son xəbərlər

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - Seçim imkanı var

Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?

Yer kürəsində həyatın ən qədim izləri aşkar edildi

X-da 50 milyon dollarlıq pay sahibidir - Bakıda özünə toy edir

"Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib

Tbilisidə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib - FOTOLAR

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31