Saçların səbəbsiz tökülməsi yanlış seçilmiş şampun və ya vitamin çatışmazlığı ilə bağlı ola bilər.

Bu barədə Gazeta.ru-ya müsahibəsində Dövlət Maarif Universitetinin Tibb fakültəsinin Fundamental tibb fənləri kafedrasının müəllimi, cərrah Aleksandr Umnov bildirib.

Umnov deyib ki, saçlar hiss olunacaq dərəcədə tez-tez tökülməyə başlayıbsa, həkimə müraciət etmək lazımdır:

“Normaya əsasən, xüsusən də saçlar uzundursa, insan hər gün iyirmi-otuz saç teli itirə bilər, bəzi mütəxəssislər isə gündə yüzə qədər saç telinin tökülməsini də təşviş üçün əsas hesab etmirlər. Lakin tökülmənin daha nəzərəçarpan olduğunu hiss etmisinizsə, bunun səbəblərini araşdırmağa dəyər. Problemi yalnız şampunu dəyişməklə və ya vitamin almaqla həll edə biləcəyinizi düşünməməlisiniz — belə olduqda əsl səbəbi gözzdən qaçıra və aşkar etməyə bilərsiniz. Həkim qəbuluna yazılmaq daha məqsədəuyğundur. Ehtiyac yarandıqda həkim müayinələr təyin edəcək — vitaminlər, ferritin, hormonlar və mikroelementlərə dair qan analizi, bəzi hallarda isə trixoqramma tələb edəcək, bu da saçların və baş dərisinin xüsusi tədqiqatıdır”.

Ətirli şampunlar saç tökülməsini kəskinləşdirə bilər, — deyə ekspert xəbərdarlıq edib.

Həkim başı yumaq üçün hansı vasitəni seçməyin daha yaxşı olduğunu açıqlayıb:

“Şampun əsasən təmizləyir, saçdakı piyi və çirki yuyur, o, folikulları birbaşa müalicə etmək üçün dəriyə dərin nüfuz etmir. Lakin şampun mənfi rol oynaya və tökülməni kəskinləşdirə bilər. Bunlar spirtli, ətirli, baş dərisini qurudan şampunlardır, xüsusən də saçlara həcm verən şampunlar bu xüsusiyyətlərlə seçilir. Onlar dərini həddindən artıq qurudur, onun müdafiə baryerini pozur və bu da dolayısı ilə saçları zəiflədir, baş dərisini qıcıqlandırır, qaşınma və qızartı yaradır. Belə olan halda neytral pH səviyyəsinə malik, pantenol, biotin və ya kofein kimi sakitləşdirici komponentləri olan daha yumşaq varianta keçmək həqiqətən də vəziyyəti yaxşılaşdıra bilər”.

“Saç tökülməsinin səbəbi bəzi vitaminlərin müvəqqəti olaraq kifayət qədər qəbul edilməməsi ola bilər. Bəzi vitaminlərin çatışmazlığı həqiqətən də saçlara təsir göstərə bilər. Bu vitaminlərə B qrupu vitaminləri (xüsusilə B7 — biotin, B12, B9 — fol turşusu), A vitamini, C vitamini, D vitamini və E vitamini daxildir. Həmçinin mikroelementlər də vacibdir: dəmir (çünki onun defisiti tez-tez folikulların oksigen aclığına gətirib çıxarır), bundan əlavə, saçlara sink, selen və mis lazımdır. Saç tökülməsi dərinin quruluğu, dırnaqların qırılması, yorğunluq, əsəbilik, görmə problemləri, ağız künclərində qıcıqlanma və s. kimi digər siqnallarla yanaşı, defisitin əlaməti ola bilər. Buna görə də özünüzə müstəqil şəkildə diaqnoz qoyub ovuc-ovuc vitamin qəbul etməyə başlamaq lazım deyil, çünki bəzi maddələrin həddindən artıq olması da zərərlidir və problemi kəskinləşdirə bilər. Həkim analizlər təyin edəcək və defisit təsdiqlənərsə, müvafiq korreksiya seçəcək — bu, həm pəhriz, həm müəyyən əlavələrin məqsədyönlü qəbulu, həm də dərmanların dəyişdirilməsi ola bilər. Saç tökülməsi çox vaxt müstəqil xəstəlik deyil, simptomdur. Defisitlərlə yanaşı, saçların bir hissəsinin vaxtından əvvəl tökülmə fazasına keçdiyi telogen tökülməni aktivləşdirən güclü emosional və ya fiziki gərginliklər də bunu stimullaşdıra bilər. Həmçinin hamiləlik, doğuşdan sonrakı dövr, menopauza, qalxanvari vəzinin xəstəlikləri, yumurtalıqların polikistoz sindromu kimi hormonal dəyişikliklər də buna səbəb ola bilər. Birbaşa baş dərisinin xəstəliklərini də unutmaq olmaz”, - ekspert saçların böyüməsini və davamlılığını hansı vitaminlərin möhkəmləndirdiyini də açıqlayıb.

Son xəbərlər

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - Seçim imkanı var

Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?

Yer kürəsində həyatın ən qədim izləri aşkar edildi

X-da 50 milyon dollarlıq pay sahibidir - Bakıda özünə toy edir

"Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib

Tbilisidə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib - FOTOLAR

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

Kəmalə Xudaverdiyevaya ağır itki - FOTO

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Xəzər dənizində zəlzələ olub

Əməkdar jurnalist vəfat etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31