Uşaqların düzgün qidalanmaması nələrə səbəb ola bilər?
Bəzi valideynlər övladlarının bir az kök olmasından sevinsə də, bu hal sonralar müəyyən problemlərə səbəb ola bilər. Mütəxəssislər bildirilər ki, körpələr təxminən doqquz aya qədər çəkini tez artırır. Lakin bu hal normal hesab edildiyindən ciddi problemlərə səbəb olmur. Zamanla uşaq aktiv hərəkət etməyə və arıqlamağa başlayır. Lakin bəzi hallarda yaş artdıqca uşaqların artıq çəkisi valideynləri düşünməyə məcbur edir.

Turaztv.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Təranə Göyüşöva Azərtac-a deyib: “Bir sıra vitamin çatışmazlıqları bəzi uşaqlarda çəkidən geri qalmağa, bəzilərində isə çəki artımına səbəb olur. Məsələn, D vitamini çatışmazlığı olan uşaqlarda normal çəkidən geri qalma halları olur. Lakin həmin əlaməti olan bəzi uşaqlar var ki, onlarda doyma hissi olmur”.

Vitamin çatışmazlığından başqa hormonal faktorlar problemləri artıq çəkinin səbəblərindən biri ola bilər. Məsələn, tiroid vəzi, böyrəküstü vəzi xəstəlikləri və s. Buna görə də artıq çəki olan hər uşağın mütləq bir həkim-pediatr tərəfindən dəyərləndirilməsi lazımdır.

Mütəxəssislər uşaqların artıq çəki almaması üçün bəzi məqamlara diqqət yetirməyi məsləhət görürlər. Onlar yemək vaxtının hər gün eyni saatda olması və qidalanma amilini xüsusi qeyd edirlər. Uşaqların sevimli məşğuliyyətlərinin olmasına da diqqət yetirmək vacibdir. Həmin məşğuliyyətlər fiziki aktivliklə və uşağın lazımi qədər hərəkətdə olması ilə müşayiət edilməlidir.

Həkim-pediatr deyib: “Uşaqlar üçün düzgün qidalanma rejimi təyin olunmalıdır. Məsələn, 1 yaşında uşaqların gündə dörd dəfə qidalanması kifayətdir, lakin axşam saat 8-dən sonra yemək və su qəbulu mütləq azaldılmalıdır”.

Mütəxəssislər, həmçinin pəhriz saxlayarkən diqqətli olmağı, bu zaman hər bir uşağa fərdi yanaşaraq onların boy və yaşını nəzərə almağı tövsiyə edirlər. Unutmaq olmaz ki, inkişaf edən uşaq orqanizmi müalicəyə tez tabe olur. Ona görə də uşaqları vaxtında artıq çəkidən azad etməyə çalışmaq lazımdır.

Son xəbərlər

MİRFAİQ-60 TƏBRİK EDİRƏM!- FOTO

Onun həyat proqramında tək bir xətt var – neytrallıq

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

İsti havada rahat yatmağın yolları

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Yağışdan əvvəl niyə oynaqlarımız ağrıyır? - Həkimdən açıqlama

Yaponiyada güclü zəlzələ oldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Məmməd Qədir : Bezimdən keçib gəldim - FOTO

AXIRINCI KİMDİR? (Hekayə)

Çiyələk infarkt riskini azaldır

Etdiyi yaxşılıqlara görə Vaqif Qurbanova təşəkkürümüzü bildiririk - FOTO

Ölən dostlarının adını belə yaşadır - Foto

İlyas Yalçıntaş həbs edildi

Nurani komaya düşdü - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü

Almaniya və Fransa strateji əməkdaşlığı dərinləşdirir

Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib

Bu yerlərdə işıq olmayacaq - Xəbərdarlıq

I kurs tələbəsi vəfat etdi

Nazirin keçmiş müavininə yeni vəzifə verildi

Kral Çarlz 4 ildən sonra Meqan və nəvələrini qəbul etdi - Kamilla da orada idi

Badamdar qəsəbəsi, EVEREST şadlıq sarayında Sarı Aşıq Ədəbi Məclisinin növbəti tədbiri keçiriləcək.

BİR BALACA ŞAİRİN TƏQDİMATI.

Dəyər öz ünvanını taparsa...

Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Çimərlik futbolu üzrə Azərbaycan millisindən ikinci qələbə

1 yaş “qocalması” üçün bütün komanda çalışdı - Foto

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031