
Xəbərlər
16.07.2026, 11:57
Badamdar qəsəbəsi, EVEREST şadlıq sarayında Sarı Aşıq Ədəbi Məclisinin növbəti tədbiri keçiriləcək.
ELAN
Əziz saz-söz adamları və saz-söz sevənlər:
19 iyul 2026- il tarixində saat 11 00 da Badamdar qəsəbəsi, EVEREST şadlıq sarayında Sarı Aşıq Ədəbi Məclisinin növbəti tədbiri keçiriləcək.
Yay mövsümü olduğu üçün bu dəfə mövzusumuz "Dağlar və təbiət" mövzusunda yazılan şeirlərdən ibarət olacaqdır.
Məclisə sənətindən və peşəsindən asılı olmayaraq hər bir kəs dəvətlidir.
İllərdir bu şəraiti bizə yaratdığı üçün sarayın rəhbəri hörmətli Beybala Huseyinov müəllim başda olmaqla inzibati işçilər: Edalet Huseynov müəllimə, İlqar müəllimə və o cümlədən sarayın bütün əməkdaşlarına öz adımdan və bütün məclis üzvləri adından təşəkkür edirəm.
Hörmətlə Adil Cəfakeş.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










