BİR BALACA ŞAİRİN TƏQDİMATI
(Aydan Mənsimli: Cəlilabad ədəbi mühitinin ən balaca nümayəndəsi barədə qısa təqdimat)

Münbit və bərəkətli torpağı ilə yanaşı tarixi abidələr, şəhidlər, qazilər, mərd insanlar, ismətli xanımlar, pəhlivanlar və gözəlliklər diyarı olan doğma Cəlilabad rayonu həm də şair və yazarlarının sayına görə Odlar Yurdu Azərbaycanın “poeziya paytaxtı” və “ədəbiyyat mərkəzi” olaraq tanınmaqdadır. Bu gün artıq Cəlilabad rayonunda 200-ə yaxın şair, yazıçı, ədəbi təhlilçi və tənqidçinin mövcudluğu təsbit edilmişdir. Amma bununla bağlı maraqlı olan məqamlardan biri də budur ki, bu gün Cəlilabad ədəbi mühitində azyaşlı nümayəndələri də görmək mümkündür.
Bununla bağlı şeir sahəsində həvəskarcasına addımlayan əzizlərimiz: Aydan, Zeynəb və Zəhra Mənsimli bacıları, həmçinin, Nərgiz Əlilini göstərmək olar. Aparılan araşdırmalara əsasən, Aydan Mənsimli şairlər diyarı və Odlar Yurdu Azərbaycanın poeziya paytaxtı olan doğma Cəlilabadın, eyni halda Cəlilabad ədəbi mühitinin ən balaca nümayəndəsidir. O, hal-hazırda Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbinin II sinif şagirdidir. 8 yaşlı Aydan və özündən yaşda böyük olan 12 yaşlı Zəhra və 14 yaşlı Zeynəb adlı bacıları da həvəskarcasına şeir yazırlar. Məlumat üçün qeyd etmək lazımdır ki, əzizimiz Aydan Mənsimli Cəlilabad ədəbi mühitinin dəyərli nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı, “TYB-nin xüsusi Ödülü”, “Tomris” Ödülü və “Turan Ödülü” laureatı, şair Sevinc xanım Şirvanlının kiçik qızıdır.
Aydan Mənsimli yaşının az olmasına baxmayaraq həvəskarcasına şeir yazaraq öz səmimi, məsum və təmiz hislərini qələmə almağı bacarır. Onun son olaraq 15.04.2026 tarixində qələmə aldığı “Yağış” adlı şeiri də buna bir sübutdur:

Yağış, yağış ay yağış,
Gözləri nurlu yağış.
Sevir bil hamı səni,
Gətir bizə ruzini.

Səni hamı vedrəyə,
Doldurub səpir evə.
Sən bizim sevimlimiz,
Sən bizim hər şeyimiz.

Tanrı yaratdı səni,
Ruzi-bərəkət üçün.
Sən günəşlə olanda,
Açılır göy qurşağı…


Bu qısa təqdimatın sonunda əzizimiz Aydanı ürəkdən təbrik edir, ona uğurlu, xoşbəxt və məsud ömür arzulayırıq!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları və “Əsrin yazarı” medalı laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
15.07.2026

Son xəbərlər

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930