Süd məhsullarının qəbulundan sonra autizmli uşaqlarda bir sıra anomaliyaların intensivləşməsi baş verir

Süd və süd məhsulları gündəlik qida normamızın önəmli bir hissəsini təşkil edir. Bu məhsullar protein, kalsium, B2 və B12 vitaminləri də daxil olmaqla bir çox qida maddəsinin mənbəyi hesab olunur. Süd məhsullarının tərkibindəki kalsium, sümüklərin və dişlərin sağlam inkişafında, eləcə də hüceyrələrin normal fəaliyyətində xüsusi rol oynayır. Həmin qidaların tərkibindəki keyfiyyətli protein isə uşaqlarda böyümə, böyüklərdə toxuma bərpası və hər yaş qrupunda orqanizmin fəaliyyətinə müsbət istiqamətdə təsir göstərir. Lakin autizm xəstəliyi olan uşaqlarda bu heç də belə deyil.

Bu barədə Milli.Az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, autizm autistik spektrum xəstəliklərinin ən klassik forması olub, həyatboyu davam edən, uşaqların sosial münasibətlərində, ünsiyyət vərdişlərində, təxəyyüllərinin inkişafında zəiflik və ya tamamilə yoxolma ilə müşahidə edilən xəstəlikdir. Autizmli uşaqların vərdişlərində rutinləşmə qeydə alınır ki, bu qayda onların qidalanmasında da əks olunur. Onların hər dəfə eyni qida məhsullarından asılılıqları da buradan qaynaqlanır. Aparılan sorğularla bu qidaların taxıl məhsulları və güclü ədviyyatlı qidalardan ibarət olduğu aydınlaşdırılıb.

Bir sıra araşdırmalar göstərir ki, süd məhsullarının qəbulundan sonra autizm xəstəliyi olan uşaqlarda qavrama, idrak, duyğu və davranış anomaliyalarının intensivləşməsi baş verir. Bu hal autistik uşaqlarda südün tərkibində olan kazein zülalının tam parçalanmadan bağırsaq divarından qana keçməsinin nəticəsi olaraq meydana gəlir. Bu səbəbdən autistik uşaqlara müəyyən müddət buğda və süd məhsullarından istifadə etmədən, yəni qlüten və kazeinsiz xüsusi pəhriz saxlamaq tövsiyə olunur. Belə pəhrizdə olan xəstələrin bağırsaq keçiriciliyində əhəmiyyətli dərəcədə azalma olduğu müşahidə edilir.

Araşdırmalara görə, süd məhsullarının isidilməsi müxtəlif protein dəyişikliklərinə səbəb olur və bu da onların həzmini azaldır. İnək südünün sənaye sterilizasiyasında və qatıq emalında istifadə edilən istiliyə yaxın dərəcədə isidilməsi onun tərkibindəki kazein zülalını həzmə daha dözümlü hala gətirir. Ultra emal olmuş qidaların digər zərərli xüsusiyyətlərinə əlavə olaraq bəzi emal üsullarının qida zülallarının həzminə olan mənfi təsiri də diqqətdən yayınmamalıdır. Autistik uşaqların pəhrizində minimal emal edilmiş süd, yumurta, ət və balıq və s. məhsullar yer almalıdır.

Son xəbərlər

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Türk məşhurların villaları uçurulacaq

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930