Vaşinqtonla Tehranın "Yol xəritəsi" – memorandumdan sülh sazişinə doğru - ŞƏRH

ABŞ və İran nümayəndə heyətlərinin görüşünün birinci raundu başa çatıb. Danışıqların həftənin sonunadək İsveçrədə Qətərə məxsus Bürgenştok dağ kurortunda davam edəcəyi gözlənilir.

Vaşinqton və Tehran arasında danışıqlara Pakistanla Qətər vasitəçilik edir.

ABŞ və İran arasında əhatəli sazişin hazırlanması üçün Yüksək Səviyyəli Komitə yaradılıb. Bu qurum İranın nüvə proqramı, sanksiyaların ləğvi məsələləri və mübahisələrin həlli mexanizmləri üzrə ixtisaslaşmış alt komitələr üzərində siyasi nəzarəti həyata keçirəcək.

İşçi qrupu iyunun 15-də imzalanmış Qarşılıqlı anlaşma memorandumu əsasında formalaşdırılıb.

Habelə ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün rabitə xətti açılıb. Komitə hərbi toqquşmaların qarşısını almaq və kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün ayrılmış rabitə kanalını razılaşdırıb.

Anlaşma Memorandumunun 5-ci bəndində göstərilən müddət ərzində insidentlərin və anlaşılmazlıqların qarşısını almaq məqsədilə tərəflər arasında rabitə xətti də qurulub. Bu da ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etməyə yönəlib.

Vaşinqton və Tehran Livanda döyüş əməliyyatlarının dayandırılması mexanizmi barədə razılığa gəliblər.

ABŞ və İran danışıqlarda 60 gün ərzində yekun sülh sazişinə nail olmaq üçün "Yol xəritəsi" barədə razılıq əldə olunub.

İran danışıqlardan məmnun görünür. İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran neft ixracı və İranın aktivlərinin dondurulmasının aradan qaldırılması da daxil olmaqla bir sıra məsələlərin həllini razılaşdırıb. Onun sözlərinə görə, Livanda "Hizbullah"la bağlı məsələsinin birgə həllində razılıq əldə olunub. Abbas Əraqçi sosial şəbəkədəki səhifəsində Livanda hərbi əməliyyatlarında dayandırılması yolunda əldə edilən razılaşmanı "böyük uğur" adlandırıb.

Çünki bu məsələnin İran danışıqlarda özünün qırmızı xətti sayır. Tehran iddia edir ki, Livanda "Hizbullah"la atəşkəsin əldə olunması danışıqlara müsbət təsir edər. Vaşinqton bu sazişin təmin edilməsi və İsraillə "Hizbullah" arasındakı qarşıdurmanın nizamlanması üçün müxtəlif təkliflər irəli sürür. Bununla belə ciddi çətinliklərin də olduğu istisna edilmir. Çünki təhlükəsizliyini daim təhdid etdiyi üçün İsrail "Hizbullah"ın tərk-silah edilməsini vacib sayır. Əslində bu silahlı qruplaşmanın əsas hədəfi İslam Respublikasının ideyalarının yayılması, "İsrailə ölüm!" şüarını reallaşdırmaq baxımından yəhudi dövlətinə davamlı olaraq "baş ağrısı" verməkdir. Bu qruplaşma İsraillə Livan arasında dövlət sərhədlərinin müəyyənləşməsinə də problem yaşadır.


Ona görə də Tehran "Hizbullah"dan danışıqlarda təzyiq aləti, çəkindiricilik məqsədi ilə istifadə edir. Hətta, onun tərk-silah olmasını belə sövdələşmək istədiyini də ehtimal etmək olar. Başqa sözlə "Hizbullah"ı İran ABŞ-yə nə ilə mübadilə edə bilər? Bu qruplaşma İslam Respublikası hakimiyyətinin Yaxın Şərqdə bazası və hərbi-siyasi yaradıcılığının zirvəsidir. O, Tehran üçün nüfuz, təsiretmə məsələsidir.

Bu kimi səbəblərdən "Hizbullah"a adi proksi kimi baxmaq sadəlövhlükdür. Livandakı İranın proksisi danışıqların əsas mövzularından, vacib elementlərdəndir. O, İran üçün o biriləri ilə eyni dərəcədə əhəmiyyət daşımır. "Hizbullah" İslam Respublikasının bir hissəsidir. Tehran onun vasitəsi ilə regionda tərəfdarları arasında nüfuzunu da qorumağa səy göstərir.

İran hakimiyyəti HƏMAS-ı, Suriyada Bəşər Əsəd rejimini müdafiə edə bilmədi. Onların süqutu həm də onun həmin bölgələrdə məğlubiyyəti sayıla bilər. Odur ki, danışıqlarda "Hizbullah"ı qırmızı xətti sayması da Tehran üçün zərurətdən doğur.

Belə ehtimal etmək olar ki, ABŞ-də İsrailin təhlükəsizliyi baxımından bu siyasi qruplaşma ilə bağlı məsələni itkisiz həll etməyə səy göstərir.

Bir neçə gün öncə Prezident Donald Tramp Suriya Prezidenti Əhməd əş-Şaraanın "Hizbullah"a dair məsələlərin həlli ilə məşğul ola biləcəyini bəyan etmişdi.

Suriya lideri Livanda vəziyyəti sabitləşdirmək üçün bu hərbi-siyasi qruplaşma ilə danışıqlara hazır olduğunu bildirib: "Biz Livanın ərazi bütövlüyünü təmin etmək üçün "Hizbullah" problemini həll etmək istəyirik. Əgər bu hamıya fayda gətirəcəksə, biz danışıqlar masasına oturmağa hazırıq".

O vurğulayıb ki, Livanda qarşıduran tərəflər dialoqdan başqa heç nə barədə düşünməməlidirlər.


İsraillə Livan arasında münasibətlərin normallaşması, "Hizbullah" probleminin aradan qaldırılması perspektivdə Suriya ilə yəhudi dövlət arasında əlaqəlırin qurulmasına, münasibətlərin normallaşmasına da yardım edər. Elə bu baxımdan da rəsmi Dəməşq qruplaşma ətrafında məsələnin həllində iştirak etməyə hazır olduğunu bildirib.

Birinci raundun nəticələrini belə ümumiləşdirmək olar:

- ABŞ və İranın yekun sülh sazişi bağlamağa razılaşması;

- Hörmüz boğazı ətrafında yaranan tıxac həllini tapır;

- nüvə proqramı tərəflər arasında danışıqların əsas mövzusu olaraq qalır;

- İslam Respublikasının dondurulmuş bəzi hesabları sərbəstləşdirilir;

- İranın neft-qaz sektoruna tətbiq edilən embarqo, qadağa tədricən aradan qaldırılır;

- "Hizbullah" ənənəvi fəaliyyətini dayandırır;

- tərəflər arasında Yüksək Səviyyəli Komitənin (İşçi qrupun) yaradılması;

- regional güclərin danışıqları dəstəkləməsi;

- Hörmüz boğazı ilə bağlı rabitə xəttinin yaradılması.

ABŞ ilə İran arasında "Yol xəritəsi"nin razılaşdırılması vasitəçilər də daxil olmaqla tərəflərin diplomatik uğuru sayıla bilər.

Ancaq yaxın keçmişdə baş vermiş hadisələr son görüşlə bağlı müəyyən narahatlıqların olduğunu ehtimal etməyə əsas verir. Heç şübhəsiz İran hakimiyyəti daxilində ABŞI ilə danışıqların əleyhdarları da var. Çünki bu xətt 1979-cu il fevral inqilabından sonra İslam Respublikası hakimiyyəti daxilində başlıca mövzulardan olub. İnqilabın daxili hərəkətverici qüvvələri əsas hədəflərindən biri ABŞ-yə qarşı mübarizə olub. Sonrakı illərdə Vaşinqtonla danışıqlara vaxtaşırı gündəliyə gəlsə də mühafizəkarlar xəttə nümayəndələrə buna qarşı sərt çıxış ediblər. Bu istiqamətdə ayətullah Seyid Əli Xamenenin mövqeyi əsas sayılırdı.


Hətta, 2015-ci il iyulun 14-də "altılıq"la (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya) əldə edilən Əhatəli Razılaşma Planı imzalanandan sonra Xameneyi sənədi "qəhrəmancasına güzəşt" adlandırmışdı. ABŞ bu plandan ölkəsini geri çəkəndən sonra bu anlaşmaya qarşı çıxışlar olmuşdu. O vaxtkı Prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmmədcavad Zərif "düşmən" elan olunmuşdu. Onda əleyhdarlar nümayəndə heyətinin "özbaşınalıq etdiyini" ali rəhbərin tapşırıqlarını yerinə yetirmədiyini bildirirdilər.

Oxşar hadisə yenə baş verir. İran parlamenti Milli Təhlükəsizlik Şurası sədrinin müavini və deputat, keçmişdəki müzakirələrdə nümayəndə heyətinin üzvü olmuş Mahmud Nəbəvian dövlət televiziyasındakı müzakirələrdə bildirib ki, ABŞ ilə danışıqlar aparan İranın nümayəndə heyəti ali rəhbər Müctəba Xameneinin tapşırığına əməl etməyib. Sədr müavini iddia edib ki, Müctəba Xameneini müzakirə heyətinə gizli göstərişlər göndərsə də, nümayəndə heyəti buna əməl etməyib və "səlahiyyət həddini" aşıb. Onun iddiasına əsasən, ali rəhbər nümayəndə heyətinə Hörmüz boğazında güzəşt edilməməsi, ABŞ-dən təzminat tələb olunması istiqamətində 11 şərt irəli sürərək tapşırıq verib. Ancaq heyət bunları nəzərə almayıb.

Bu keçmişdə Tehranın oynadığı standart qaydadır. İran rəhbərliyi danışıqların gələcəyindən özünü sığortalamaq, cəmiyyətdə nüfuzunun itməsinin qarşını bu yolla almağa çalışır. Başqa sözlə, danışıqlar gələcəkdə hər hansı səbəbdən baş tutmayacağı "biz demişdik" ifadəsini bildirmək, habelə Müctəba Xameneini uğursuzluqlardan sığortalamaq üçün lazım olan aksiyada sayıla bilər. Ancaq tərəflər sülh və münasibətlərin normallaşmasına maraq göstərən kimi aparırlar. Ona görə də razılaşmadan yayınmaq üçün klassik pozuculuq üsulu çətin səmərə verər.

Odur ki, ABŞ-İran münasibətlərində yol xəritəsi üzrə əməkdaşlıq, güzəşt davam edəcək. Danışıqlar belə davam edərsə Vaşinqton-Tehran münasibətlərinin normallaşması prosesi dayanmayacaq.

Son xəbərlər

İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini dəstəkləməyə davam edəcəyik

Vaşinqtonla Tehranın "Yol xəritəsi" – memorandumdan sülh sazişinə doğru - ŞƏRH

İlham Əliyev Berdiməhəmmədova Füzulidə hədiyyə etdiyi məscidə görə təşəkkürünü ifadə edib

Ermənistandan uçan təyyarə Dağıstanda təcili eniş etdi

Mərdəkanda dənizdə 4 nəfər batıb

Eldar Babaşovun 70 illik yubileyi qeyd olunmuşdur - FOTO

İshaq Dar: Pakistan ABŞ-İran dialoqunda vasitəçiliyini davam etdirəcək

BASQALDAN BAŞLAYAN BÖYÜK TALE QƏHRƏMANI... - FOTOLAR

AzTU-nun kafedra müdiri vəfat edib - FOTO

Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

“Lido”da qadın qəfil vəfat etdi

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Qardaşının evinə qonaq getmişdi - 8-ci mərtəbədən yıxılıb öldü

Virtual təhlükə: Kiberbulinq, asılılıq və diqqət problemi gələcəyimizi necə məhv edir?

Sahibə Qafarova Xameneinin vida mərasiminə gedəcək

Bu çimərliklərdə çimmək qadağan edildi - Fotolar

BŞTİ: 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb

42 yaşlı məktəb direktoru vəfat etdi - Foto

Zeynəb xanım, qələminiz daim yazsın, könlünüz daim sözün işığı ilə nurlansın - FOTO

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur

Küləkli havada dənizə gedənlərə sərt XƏBƏRDARLIQ

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb

Sambo idman növü üzrə respublika turnirində 100-dən çox idmançı mübarizə aparıb - FOTOLAR

"Müharibə Rusiyaya qayıtmalıdır". - Zelenski

Dünya çempionatı: Belçika-İran oyununda qapılara qol vurulmayıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930