Xəbərlər
22.06.2026, 12:54
Virtual təhlükə: Kiberbulinq, asılılıq və diqqət problemi gələcəyimizi necə məhv edir?
Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinə məhdudiyyət tətbiq olunması ilə bağlı müzakirələr gündəmdədir. Mütəxəssislər hesab edirlər ki, rəqəmsal platformaların uşaqların psixoloji sağlamlığına, təhlükəsizliyinə və inkişafına təsiri nəzərə alınaraq bu sahədə müəyyən tənzimləmələrə ehtiyac var.
Bəs belə bir məhdudiyyət nə dərəcədə effektiv ola bilər?
Məsələ ilə bağlı açıqlama verən uşaq və yeniyetmə psixoloqu Fatimə Bayramovanın sözlərinə görə, burada əsas məqsəd uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onların inkişaf dövründə qarşılaşa biləcəkləri riskləri azaltmaqdır.
O vurğuladı ki, bu məsələyə yalnız qadağa kimi baxmaq düzgün deyil:
“Bu gün sosial şəbəkələrdən məlumat almaq, ünsiyyət qurmaq və gündəlik həyatımızı asanlaşdırmaq üçün istifadə edirik. Ancaq unutmamalıyıq ki, böyüklər üçün nəzərdə tutulmuş bir mühit hər zaman uşaqlar üçün uyğun olmaya bilər. Uşaqlıq və yeniyetməlik dövrü insan həyatının ən həssas mərhələlərindən biridir. Bu dövrdə uşağın xarakteri formalaşır, dünyaya baxışı yaranır, münasibət qurmağı, duyğularını idarə etməyi öyrənir. Ona görə də bu yaşlarda qarşılaşdığı hər bir təsir onun inkişafında müəyyən iz buraxa bilir.
Son illərdə uşaqların ekran qarşısında keçirdiyi vaxtın artdığını müşahidə edirik. Bunun nəticəsində diqqət problemləri, səbirsizlik, aqressiv davranışlar, canlı ünsiyyətə marağın azalması və telefonlardan asılılıq halları daha çox görünməyə başlayıb. Bütün bunları yalnız sosial şəbəkələrlə əlaqələndirmək düzgün olmaz, amma sosial medianın bu prosesdə ciddi rol oynadığı da danılmazdır”.
Psixoloq qeyd etdi ki, uşaqların sosial şəbəkələrdə qarşılaşdıqları məzmunların onlara təsiri ən vacib məsələlərdən biridir:
“Uşaq hər zaman gördüyü məlumatın doğru və ya yanlış olduğunu ayırd edə bilmir. Qarşısına çıxan zorakılıq görüntüləri, təhlükəli davranışlar, aqressiv çağırışlar və ya yaşına uyğun olmayan paylaşımlar onun düşüncəsinə və davranışına təsir göstərə bilir.
Digər tərəfdən, sosial şəbəkələr uşaqlarda özlərini başqaları ilə müqayisə etmə meylini artırır. Onlar daim başqalarının həyatını, görünüşünü, uğurlarını izləyirlər. Nəticədə bəzi uşaqlarda özündən narazılıq, özünəinamın azalması, "mən kifayət qədər yaxşı deyiləm" düşüncələri yarana bilir. Xüsusilə yeniyetməlik dövründə bu təsirlər daha həssas şəkildə hiss olunur.
Kiberbulinq də bu gün ciddi problemlərdən biridir. Əvvəllər uşaq məktəbdən evə qayıtdıqda müəyyən mənada təhlükəsiz mühitə düşürdüsə, indi sosial şəbəkələr vasitəsilə təhqir, təhdid və ya alçaldıcı davranışlar onu günün istənilən saatında izləyə bilir. Bu isə uşağın psixoloji vəziyyətinə ciddi təsir göstərir”.
F.Bayramova sosial şəbəkələrin təhsilə təsirindən də bəhs etdi. Onun sözlərinə görə, müəllimlər və valideynlər son vaxtlar uşaqlarda diqqətin tez dağılması, dərsə marağın azalması və uzun müddət bir iş üzərində fokuslanmağın çətinləşməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər:
“Uşaq qısa və sürətli məzmunlara öyrəşdikcə kitab oxumaq, dərs hazırlamaq və ya uzun müddət diqqət tələb edən fəaliyyətlər ona daha çətin görünə bilir. Hesab edirəm ki, uşaqların müəyyən yaşa qədər sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması onların inkişafının qorunmasına xidmət edən addımdır. Çünki uşağın bu dövrdə ən çox ehtiyac duyduğu şey telefon ekranı deyil. Onun oyuna, ailə ilə ünsiyyətə, dostluq münasibətlərinə, fiziki aktivliyə, kitablara və real həyat təcrübələrinə ehtiyacı var.
Bu qanun layihəsinin əsas məqsədi uşaqları cəzalandırmaq deyil. Məqsəd onların psixoloji sağlamlığını, təhlükəsizliyini və sağlam inkişafını qorumaqdır. Bununla yanaşı, valideynlərin rolu da çox vacibdir. Heç bir qanun valideyn nəzarətini və ailədaxili ünsiyyəti əvəz edə bilməz. Uşaqların rəqəmsal dünyada təhlükəsizliyi yalnız qanunlarla deyil, ailə, məktəb və cəmiyyətin birgə dəstəyi ilə təmin oluna bilər. Çünki söhbət sadəcə sosial şəbəkələrdən deyil, gələcək nəslin necə böyüməsindən gedir”.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay