BƏZƏN QARŞIMA ELƏ ŞEİRLƏR ÇIXIR Kİ...
məni, özünə tərəf "dizin-dizin süründürür".

Çox zaman insanın təcili işi olur, harasa tələsir, hansısa qayğı içindədir, amma bir misra, bir obraz, bir fikir onu saxlayır. Şeir sanki oxucunu öz cazibə dairəsinə salır və "bir az da düşün" - deyir. Belə məqamlarda artıq söhbət təkcə şeirin müəllifindən, oradakı qafiyədən, vəzndən və ya bədii vasitələrdən getmir. Burada söhbət sözün ruha təsirindən gedir.
Əslində, yaxşı şeirin ən mühüm əlamətlərindən biri də elə yuxarıda təsvir etdiyim haldır.
Zeynəb Camaləddindən bu səhər qarşıma çıxan, - "ÇIXIR" - şeiri, yuxarıda söylənilən fikirlərə təkan oldu. Həqiqətən Zeynəb xanımın bu şeiri çox düşündürücü, fəlsəfi çalarları güclü olan bir nümunədir. Zeynəb xanım burada həyatın, zamanın, insan xarakterinin və mənəvi dəyərlərin mahiyyətinə poetik baxış sərgiləyir. Şeirin əsas üstünlüyü ondadır ki, sadə görünən misraların arxasında dərin həyat müşahidələri dayanır.


"Yenə əvvəlkidir göyün nizamı,
Ulduzlar sayrışır, sonra dan çıxır.
Daha yuxularda uçmursan göyə,
Gördüyün yuxu da yadından çıxır."


Doğurdan da nə qədər sadə. Gəlin bunu məna yükünə fikir verək.
Şeir kainatın dəyişməz qanunlarından başlayır. Göyün nizamı əvvəlki kimidir, ulduzlar yenə öz qaydasında parlayır və səhər açılır. Lakin dəyişən insandır. Vaxtilə arzularla yaşayan insan artıq yuxularında da göylərə uçmur. Burada insanın yaşlandıqca romantik duyğularının azalması, həyatın reallıqları ilə üz-üzə qalması ifadə olunur. Son misra isə xəyalların və arzuların belə zamanın axarında silinib getdiyini göstərir.

"Bumeranq qanunu işləyir hər an,
Ömür də zamandan qopur durmadan.
Nizamlı qüvvədir şəri qaytaran,
Xeyir də dolanır, bu yandan çıxır."


Şeirin bu bəndində səbəb-nəticə qanunu ön plana çəkilir. "Bumeranq qanunu" - obrazı insanın etdiyi yaxşı və ya pis əməllərin gec-tez özünə qayıtdığını ifadə edir. Ömür zamanın içindən qopub gedən bir yol kimi təqdim olunur. Şair bildirir ki, kainatda görünməz bir ədalət qüvvəsi mövcuddur. Şər də, xeyir də sonda sahibinə qayıdır.

"Hər fikir dalğadır aləmə səndən,
Min toxum cücərər zərrəcə dəndən.
Ümidə sarılan hər bir bədəndən,
Ümid sıyrılınca, uçur can çıxır."


Zeynəb xanım bu bənddə insan düşüncəsinin gücünü ifadə edir. Hər fikir bir dalğa kimi ətrafa yayılır və təsir göstərir. Kiçik bir toxumdan minlərlə məhsul yetişdiyi kimi, kiçik bir fikir də böyük nəticələr doğura bilər. Bu bəndin son iki misrası isə, insan ümidini həyatın əsas dayağı kimi təqdim edir. Yəni ümid insanı tərk edəndə o, insanın yaşamaq həvəsi də sönür.

"Hər şərə don biçib qınanmaq çətin,
Dəyərlər itincə sınanmaq çətin.
Anda da, əhdə də inanmaq çətin,
Çünki hər nəfəsdən bir yalan çıxır."


Şeirin bu bəndi isə müasir cəmiyyətə yönəlmiş tənqidi baxışdır. Şair deyir ki, hər hadisəyə hökm vermək asan deyil. Dəyərlərin aşındığı bir zamanda insanın düzgün mövqe tutması da çətinləşir. İnsanların sözünə, vədinə etibar azalır. Bəndin son, - "Çünki hər nəfəsdən bir yalan çıxır." - misrası isə cəmiyyətin mənəvi böhranını ümumiləşdirir. Yalan o qədər çoxalıb ki, sanki hər nəfəsdən bir yalan doğulur.

"Qəlpsə adilikdir eşqin vüsləti,
Mürəkkəb cümlədir insan xisləti.
Bəzən biri pislik istəməz qəti,
Həsəddən içindən bir ilan çıxır."


Bu bənd isə şeirin ən güclü fəlsəfi hissələrindən biridir. Əgər eşq yalnız zahiri və keçici hissdirsə, onun qovuşması da adi bir hadisəyə çevrilir. İnsan xarakteri isə mürəkkəb bir cümləyə bənzədilir. Müəllif insan təbiətinin ziddiyyətlərini göstərir. Bəzən insan pislik etmək istəmir, amma qəlbindəki həsəd onu fərqinə varmadan pisliyə sövq edir. "İçindən bir ilan çıxır" ifadəsi çox təsirli bənzətmədir.

"Köküm yerə bağlı, sıra dağam mən,
Günəşə qol açan bir budağam mən.
Zeynəbəm, sabaha ün-sorağam mən,
Hər sözüm qəlbimin odundan çıxır."


"Köküm yerə bağlı, sıra dağam mən," - misrası məni yenidən Zeynəb Cəmaləddin yaradıcılığına məxsus dəsti-xəttə çəkdi...
Ümumiyyətlə son bənd şairin özünün təqdimatı və poetik manifestidir. O, özünü kökü torpaqda olan, milli-mənəvi dəyərlərə bağlı bir dağa bənzədir. Eyni zamanda günəşə uzanan budaq obrazı inkişafı, ümid və gələcəyə inamı simvolizə edir. Son misrada isə müəllif vurğulayır ki, yazdığı hər söz səmimidir, ürəyinin yanğısından və hisslərindən doğur.

Bu şeir həyatın dəyişməz qanunları, zamanın axını, insan düşüncəsinin gücü, ümidin əhəmiyyəti, cəmiyyətin mənəvi problemləri və insan xarakterinin mürəkkəbliyi haqqında yazılmış fəlsəfi-lirik bir əsərdir. Şair didaktik görünmədən oxucunu düşünməyə sövq edir. Şeirdə "göyün nizamı", "bumeranq qanunu", "fikir dalğası", "ilan", "sıra dağ", "günəşə qol açan budaq" kimi obrazlar fikrin bədii təsirini artırır.
Zeynəb xanımın ən qiymətli cəhətlərdən biri də budur ki, o, həyat həqiqətlərini pafossuz, sadə, anlaşıqlı, amma mənalı dillə ifadə edə bilir. Oxucu şeiri bitirdikdən sonra yalnız misraları deyil, onların arxasındakı həyat dərslərini də düşünməyə başlayır. Bu isə yaxşı poeziyanın ən mühüm göstəricilərindən biridir.
Şeir, "düşündürən poeziya" olduqda, oxucuya hazır cavab vermir, onu öz daxilində cavab axtarmağa sövq edir.
Poeziya yalnız yazılan və ya oxunan söz deyil, həm də insanın özünü tanıması, dünyanı dərk etməsi yoludur.
Dəyərlimiz Zeynəb xanım, qələminiz daim yazsın, könlünüz daim sözün işığı ilə nurlansın. Yazdığınız hər gözəl şeir sizə yeni bir düşüncə, yeni bir ilham gətirsin.Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Qardaşının evinə qonaq getmişdi - 8-ci mərtəbədən yıxılıb öldü

Virtual təhlükə: Kiberbulinq, asılılıq və diqqət problemi gələcəyimizi necə məhv edir?

Sahibə Qafarova Xameneinin vida mərasiminə gedəcək

Bu çimərliklərdə çimmək qadağan edildi - Fotolar

BŞTİ: 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb

42 yaşlı məktəb direktoru vəfat etdi - Foto

Zeynəb xanım, qələminiz daim yazsın, könlünüz daim sözün işığı ilə nurlansın - FOTO

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur

Küləkli havada dənizə gedənlərə sərt XƏBƏRDARLIQ

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb

Sambo idman növü üzrə respublika turnirində 100-dən çox idmançı mübarizə aparıb - FOTOLAR

"Müharibə Rusiyaya qayıtmalıdır". - Zelenski

Dünya çempionatı: Belçika-İran oyununda qapılara qol vurulmayıb

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

DÇ-2026: Belçika millisi İranla heç-heçə edib

ABŞ-də yüngülmotorlu təyyarə qəzaya uğradı - Ölənlər var

Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb

Mayisə Əsədulla Əliyeva : YAY GECƏLƏRİ - FOTO

Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından çəkilməyəcək

Qətərdə partlayış oldu

İran Tramp üzr istəməyincə danışıqlara qayıtmayacaq

Azərbaycanın çimərlik güləşçiləri Batumidə bir qızıl və bir bürünc medal qazanıb

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Amerika ilə təmaslar tam kəsilməyib - KİV

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930