Zeynəb Camaləddin poeziyasında sosial susqunluq və əxlaqi məsuliyyət...


Bu yaxınlarda dəyərli şairimiz Mədaxil Cavadlı ilə bir məclisdən qayıdarkən müasir poeziya barədə maraqlı bir fikir səsləndirdi. Onun sözlərinə görə, tanınmış ədəbiyyat tənqidçilərindən biri ilə söhbət zamanı belə bir qənaət ifadə olunub:
“Müasir poeziyada o şeirə şeir deyərəm ki, oxucunu heyrətləndirsin və onu düşündürsün.”
Bu fikir son günlər oxuduğum şeirlərə yanaşmamda əsas ölçüyə çevrilmişdi. Elə bu kontekstdə, sosial şəbəkədə qarşıma çıxan Zeynəb Camaləddinin, Çingiz Kürdəmirli və Zenfira Salmanovanın şeirlərinə nəzirə olaraq qələmə aldığı - “KOR DEMƏSƏ KOR KORA” - adlı şeiri diqqətimi xüsusi cəlb etdi. Şeir oxunduqca təəccüb hissi maraqla əvəzlənir, maraq isə düşüncəyə çevrilir. Bu, artıq poeziyanın estetik yox, ictimai-fəlsəfi funksiyasının işə düşməsi deməkdir.

Atalar sözündən poetik model kimi istifadə edib, şeirin əsas dayaq nöqtəsini xalq deyimi olan “Kor deməsə kor kora, korun bağrı çatlayar” ifadəsinə çevirməsi, zənnimcə çox gözəl metoddur. Müəllif bu deyimi sadəcə bədii bəzək kimi yox, poetik model səviyyəsinə qaldırır. Burada “kor” anlayışı fiziki məhdudiyyət yox, mənəvi və əxlaqi korluğun simvolu kimi təqdim olunur.
İbrəti neynirik biz, biz alsaq alarıq ah,
Dəyişdirib ünvanın, ya da markasın
günah.
Özgəsinin valını fırladırıq hər sabah,
Lağlağı hər gördüyün vurar beşə,
qatdıyar,
Kor deməsə kor kora, korun bağrı
çatdıyar.

Şair burada “Kor deməsə kor kora” ifadəsi ilə cəmiyyətin ən ağrılı nöqtələrindən birinə – susqunluğun doğurduğu fəlakətə toxunur. Haqsızlıq qarşısında susan insanların məsuliyyət payını xırdalayır. Şeir oxucunu emosional coşquya yox, vicdan hesabatına çağırır.
Buradakı “kor” obrazı fiziki yox, mənəvi və əxlaqi korluğun simvoludur. İnsan həqiqəti görür, anlayır, lakin dillənmir. Şair açıq mesaj verir: - susmaq sadəcə kənarda qalmaq deyil – şərə şərik olmaqdır.
“Özgəsinin valını fırladırıq hər sabah” misrası müasir informasiya dövrünün portreti olmaqla yanaşı, başqasının fikrini düşünmədən təkrarlayan, mövqeyini başqasının səsi ilə gizlədən insanların acizliyini göstərir. Şair, günahın “ünvanını dəyişmək”, “markasını yeniləmək” deməklə, dövrümüzün ən təhlükəli davranış modelinə çevrildiyini bildirir.
Hər kəs deyir, düz mənəm, qələt
özgəsindədi,
Gözləri çaş neyləsin, günah
sezgisindədi,
Doğrudu, düz də var ki, tüstü
əsgisindədi,
Bəlkə bəraət alıb, düzlüyün
isbatdıyar,
Kor deməsə kor kora, korun bağrı
çatdıyar.

Şeirdə tez-tez rast gəlinən atalar sözləri və məsəllər təsadüfi deyil. Müəllif bununla poetik fikirini zənginləşdirir. Oxucusuna - "Doğrudu, düz də var ki, tüstü əsgisindədi," - deməklə xalq müdrikliyinin əzəmətini göstərir və izah edir ki, problem, bilməməkdə yox, əməl etməməkdədir.
Paxıllıq, ikiüzlülük, özünü haqlı çıxarmaq ehtirası burada tək-tək qüsur yox, sistemli bir xəstəlik kimi təqdim olunur. Ən təhlükəli məqam isə budur: hamı “düz” olduğunu iddia edir, amma ortada düzlük yoxdur.
Kəsilməsə şumda şərt, xırmana
şərtdir yaba,
Qış araba sazlanar, yayda yoxlanar
soba.
Bilmədiyin misaldan məsəl çəkmə,
ay baba,
Əlində olsaydı yağ, keçəl başın
xartdıyar,
Kor deməsə kor kora, korun bağrı
çatdıyar.

Burada şair el məsələlərindən ustalıqla istifadə edərək səbəb–nəticə əlaqəsini, fürsət düşkünü, imkançı insan tipini obrazlaşdırır. Bu həyatın öz axarından gələn təbii nəticədir.
Hər nə qədər öyrənək, sən məni bil,
mən səni,
Həyat güzgü tutanda oynayarsan
sən səni.
Paxıllıq elə şeydir, girsə bir kimsəni,
Başqasının cağ işin pəl vurar,
“sarvat”diyar,
Kor deməsə kor kora, korun bağrı
çatdıyar.

“Həyat güzgü tutanda oynayarsan sən səni” misrası şeiri adi sosial tənqiddən çıxarıb fəlsəfi müstəviyə daşıyır. İnsan başqasını ittiham edərkən, əslində öz daxili dünyasını açır. Görür, amma qəbul etmək istəmir.
Bu dünya sınaq yeri, sorğusu
qeyli-qaldır,
Azəri evladıyam, əhdim doğru
amaldır.
Cəmaləddin atamdı, doğum yerim
şimaldır,
Yerdi bəşər məskəni, istəsə
urvatdıyar,
Kor deməsə kor kora, korun bağrı
çatdıyar.

Şeirin sonluğu müəllif mövqeyinin açıq və məsuliyyətli ifadəsidir. Milli kimlik, ata adı, doğum yeri burada pafos üçün yox, mənəvi məsuliyyət bəyanatı kimi səslənir.
Burada şairin fikiri çox aydındır. İnsanı ucaldan da, rüsvay edən də onun öz davranışıdır. Yəni insanın dəyəri onun mənsub olduğu məkandan yox, daşıdığı əxlaqi mövqedən asılıdır. Yerdi bəşər məskəni, istəsə urvatdıyar.
Hörmət də, rüsvayçılıq da insanın öz seçiminin nəticəsidir.
Bu şeir oxucuya xoş gəlmək üçün yazılmayıb.
Bu şeir insan ruhunu oyatmaq üçündür.
P. S. Dəyərli şairimiz Zeynəb Camaləddin, sevilərək oxunan şair dostlarımız Çingiz Kürdəmirli və Zenfira Salmanovanın şeirlərinə yazdığı nəzirə- "Kor deməsə kor kora"- şeiri məni bu düşüncələrlə üz-üzə qoydu. Yazı nə qədər effektli alınıb bilmirəm, ancaq bacardığım qədər duyğularımı çatdırmağa çalışmışam.

Böyük səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
"Vətən Övladı" və "Dəyənək" qəzetinin təsisçisi.








Son xəbərlər

İrandakı müharibədə ölənlərin sayı açıqlandı

Premyer Liqa: "Mançester Yunayted" "Çelsi"ni məğlub edib

Naxçıvanda direktor müavini vəfat etdi

Unutqanlıq xəstəliyi, yaddaş zəifliyi nədən olur? – Amneziya

Nazir bürünc medal qazanan cüdoçunu təbrik edib

Emin bütün qonorarını onlara bağışladı

Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir - YENİLƏNİB

“Qalatasaray” qızıl dəyərində 3 xal qazanıb

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BİZİM EVDƏ TURQUT OZAL BÖYÜYÜR - FOTOLAR

LİLPAR CƏMŞİDQIZI : QƏZƏL

Meloni Azərbaycana gələcək

RUHUN SƏSSİZ ETİRAFLARI… - FOTOLAR

Həyatımızı idarə edən hormon - KORTİZOL

Açıq şəraitdə satışa çıxarılan qidalar - Xəstəlik riski yüksəkdir

"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib

Süni intellekt yaddaşı sürətlə pisləşdirir - Şokedici araşdırma

DTX və DSX-dən əməliyyat, saxlanılan var - FOTO

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada - FOTO

Bu il kim olacaq? - 36 illik ənənə - FOTOLAR

Mənsur İbrahimli VƏFAT ETDİ - FOTO

"Soyadlarda "ov", "yev"i təmizləsən də, milliləşdirmək mümkün olmur” - Komitə sədri

Cüdoçumuz bürünc medal qazandı - YENİLƏNİB

İran hava məkanını açır

Türkiyədə daha bir məktəb faciəsi - Ölənlər var

Mehriban Əliyeva qızı ilə Antalyada panelə qatıldı - Fotolar

Azərbaycan və Pakistan XİN rəhbərləri təmasların davam etdirilməsi barədə razılığa gəlib

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH

Paşinyan: İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930