Azərbaycanda azyaşlıların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin imzaladığı fərmanla sosial şəbəkələrdən istifadə ilə bağlı qanunun tətbiqi təmin edilir. Yeni qaydalara əsasən, 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrdə hesab açmasına məhdudiyyət qoyulması nəzərdə tutulur. Məqsəd uşaqları internet mühitində mövcud olan zərərli təsirlərdən qorumaq, onların sağlam inkişafına dəstək verməkdir.

Mövzu ilə bağlıdanışan millət vəkili Aydın Mirzəzadə bildirdi ki, sosial şəbəkələr müasir dünyanın ayrılmaz hissəsinə çevrilsə də, onların müəyyən mənfi tərəfləri də mövcuddur.

Deputat qeyd etdi ki, bu təsirlərdən ən çox zərər görənlər yetkinlik yaşına çatmayan uşaqlardır:

“Sosial şəbəkələr bəşəriyyət üçün böyük imkanlar yaratdığı kimi, təəssüf ki, müəyyən fəsadlara da səbəb olur. Bu fəsadlar ilk növbədə yetkinlik yaşına çatmayan uşaqlara təsir göstərir”.

Onun sözlərinə görə, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqların və yeniyetmələrin həm inkişafına, həm də dünyagörüşünün formalaşmasına mənfi təsir göstərə bilər.

A.Mirzəzadə bildirdi ki, bununla bağlı dünyanın müxtəlif ölkələrində fərqli tədbirlər həyata keçirilir. Deputatın fikrincə, Azərbaycanda 16 yaşınadək uşaqların sosial şəbəkələrdə hesab açmasına qoyulan məhdudiyyət də beynəlxalq təcrübəyə əsaslanır.

Millət vəkili vurğuladı ki, bu sahədə tətbiq ediləcək nəzarət mexanizmləri ilə bağlı ictimaiyyət məlumatlandırılacaq. Bununla yanaşı, əsas məsuliyyət ailələrin üzərinə düşür.

“Bu o demək deyil ki, yeniyetmə 16 yaşı tamam olan kimi sosial şəbəkədə hesab açmalı və oradakı bütün mənfi təsirlərlə üz-üzə qalmalıdır. Valideynlər övladlarına nəzarət etməli, onları düzgün istiqamətləndirməli, sosial şəbəkələrin faydaları ilə yanaşı, riskləri barədə də məlumatlandırmalıdırlar”, - deyə deputat qeyd edib.

Aydın Mirzəzadənin sözlərinə görə, yalnız sosial şəbəkələrin deyil, sürətlə inkişaf edən süni intellekt texnologiyalarının da mümkün mənfi təsirləri nəzərə alınmalıdır.

“Həm sosial şəbəkələrin, həm də süni intellekt texnologiyalarının mümkün mənfi təsirlərindən hər kəsin, xüsusilə də uşaq və yeniyetmələrin maksimum qorunması vacibdir. Gələcəkdə xaricdə gənclərin qorunmasına və sağlam tərbiyəsinə xidmət edən yeni praktikalar formalaşarsa, onların da tətbiqi məqsədəuyğun olacaq”, - deyə millət vəkili əlavə edib.

Son xəbərlər

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31