Xəbərlər
21.06.2026, 20:41
"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65
Çağdaş Azərbaycan poeziyasının tanınmış şairlərindən biri, ömrünü misraların süzgəcindən keçirən Tapdıq Əlibəyli 65 illik ömür zirvəsinə addımlayır. Dağlar qoynunda, füsunkar Yardımlı rayonunda dünyaya göz açan şair bütün varlığı ilə doğma torpağa, el-obaya və poeziyaya bağlanıb. Təsadüfi deyil ki, Xalq şairi Sabir Rüstəmxanlı onu nahaq yerə "söz divanəsi" adlandırmayıb. Tapdıq Əlibəyli yaradıcılığı həm fəlsəfi dərinliyi, həm də vətənpərvər ruhu ilə oxucu qəlbini fəth edir.
Şairin 65 illik ömür yoluna nəzər salanda keçmişin kövrək notları misralara köçür. O, zamanın sürətlə axıb keçməsini, fəsillərin bir-birini əvəz etməsini daxili bir sızıltı ilə qələmə alır. Onun üçün keçmiş sadəcə bitmiş günlər deyil, daim yaşayan bir varlıqdır:
Xatirələr xəzan sayaq boylanır,
Xəyallarım xatirəyə boyanır,
Duyğularım nisgilərdən boy alır...
Xatirələr - yol yorğunu bir qərib...
İllər gəlib keçdikcə, şair göy üzünə baxıb təbiətin və insan ömrünün fəlsəfəsini düşünür. Şair Tapdıqın xatirələri şirin bir xatirə olmaqla bərabər, həm də gələcəyə boylanan poetik bir yaddaşdır.
Tapdıq Əlibəyli yaradıcılığında dünya və insan münasibətləri, zamanın haqsızlıqları qarşısında şair qəlbinin üsyanı xüsusi yer tutur. O, real dünyanın mənzərəsini vizual bənzətmələrlə, bəzən dərin bir kədərlə təsvir edir. Onun baxışı hamının gördüyündən fərqlənir:
Gözüm tor görürmü, görən tor görür?
Gördüyüm başqadı, ha basın dilə...
Nə görür zor görür, deyən zor görür;
Dünya düzələrmi əyri əl ilə.
Zaman "at belində" sürətlə çaparkən, insanın onun qarşısında "piyada" qalması şairin fəlsəfi düşüncələrinin ana xəttini təşkil edir. Dünya bəm və zil notlardan ibarət qəm nəğməsi olsa da, şair həqiqəti axtarmaqdan yorulmur.
Şairin qəlbi həm də bütöv bir Azərbaycan sevgisi ilə döyünür. Onun "Tanrı Quzeyli - Güneyli Azərbaycanımızı qorusun!" duası poeziyasının canına hopub. Eyni zamanda, Vətən torpaqlarının ucalığı, xüsusən Şuşanın, Cıdır düzünün əzəməti onun misralarında yenidən canlanır:
Topxana meşəsi, Daşaltı çayı
Sanki əl eyləyir Cıdır düzünə...
Sıldırım qayalar ucalıq tayı,
Burda salam verir yer göy üzünə!
Tapdıq Əlibəyli yalnız fərdi və milli ağrılarla kifayətlənmir, o, həm də bəşəri problemlərə can yandırır. Dünyanın bugünkü mənzərəsi, güclünün gücsüzü əzməsi, ədalətin tapdanması şair ruhunu sarsıdır:
Dünya “zor dilində” danışır yenə,
Min il də, yüz il də əvvəl beləymiş.
Həqiqət gör necə düşüb düyünə,
Ədalət libasın şər geyinərmiş...
Şair bu rəzalət və sitəm qarşısında narahatlığını gizlədə bilmir, "Yaşamaq hər kəsin haqqı deyilmi?!" deyərək bütün insanlığın səsinə səs verir.
Tapdıq Əlibəylinin 65 illik yubileyi onun poetik dünyasının zənginliyini bir daha nümayiş etdirir. O, sadəcə şeir yazmır, sözün özü ilə yaşayır, sözün divanəsinə çevrilir. Şairə bu müdrik yaşda yeni yaradıcılıq uğurları, cansağlığı və bütöv Azərbaycanın xoş günlərini vəsf edəcək yeni-yenu misralar arzulayırıq!Yubileyiniz mübarək, ustad!
Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay