DAŞDƏMİR ƏJDƏROĞLU:
Ad gününə bir neçə kəlmə...


Torpaqdan yoğrulub Daşdəmir. Basqal kəndinə də, məktəbinə də, torpağına da, əxlaq və mənəviiyyatına da böyük nüfuz qazandıranlardan biri də, bəlkə də birincilərdən- ən sadə və təvazökar insan və qələm əhli taleyi yaşamış və yaşayan, "Basqal" kitabının da müəllifi, Basqal haqında ən gözəl sözlərin, fikirlərin müəllifii Daşdəmir Əjdəroğludur - Daşdəmir Əjdər oğlu Tağıyev. Təkcə Daşdəmirin yaradıcı istedadı, doğma yurda bağlılığı, qələmi süngüyə çevirib doğma yurd üçün çalışan, vuruşan, Bakıda yaşamasına baxmayaraq daim doğma kəndlə, rayonla sıx bağlı olan, hər bir hadisədən, uğurdan xəbərdar olan, dərhal isti-isti öz şirin qələmi və saf qəlbilə rekasiya verən Daşdəmir bir Məktəbin və kəndin şərəfi sayılacaq qədər böyük adamdır. Onu həmişə “Basqalın mənəvi xəritəsi” adlandırmışam- bu qədim yurdun bütün müsbət keyfyyətlərini öz xarakterində yaşatdığına görə.

Daşdəmiri yaxından tanıyanlar Basqala və Basqallılara böyük sevgiylə yanaşır- bax əsl Oğul belə olmalıdır, dədə- baba ocağına hörmət qazandırsın. Bu işi çox şərəflə bacarıb bizim Daşdəmr. Qəribə dostluq- qardaşlıq tariximiz və çox qəribə də Tale və Ruh oxşarlığımız var Daşdəmirlə. Oxşar tale yaşayaraq oxşar yollar keçmişik böyük mübarizə və sənət yollarında. 80-ci illərdə mən Buynuz məktəbində müəllim işləyirdim, eyni zamanda məktəb komsomol təşkilatının rəhbəri idim, tez-tez komsomol xəttilə keçirilən müxtəlif tədbirlərdə olurduq, elə ilk vaxtlardan səmimiliyilə seçiilən Daşdəmirlə xoş münasibətimiz yarandı. Bundan əvvəl isə onu hələ qiyabi olaraq xalq şairimiz Musa Yaqubun redaktoru olduğu “Zəhmətkeş” qəzetində maraqlı yazılarından tanıyırdım, BDU-nun jurnalistika fakultəsiində qiyabi oxuyurdu və eyni zamanda Basqaldakı “Kommunizm yolu” sovxozunun komsomol təşkilat katibi idi. Tədbirlərdə aktivliyi, maraqlı çıxışları, dinamikliyi ilə seçilirdi. Beləcə dostluq taleyimiz başladı. 1990-cı il yanvar hadisələrindən sonra bu alovlu vətənpərvər və cəsarətli insan Qorbaçovun ermənipərəst siyasətinə və Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliyə etiraz əlaməti olaraq komsomol biletini ataraq bu təşkilatın sıralarını kişi kimi tərk etdi. Bundan sonra o rayonda dayanmadı, öz ixtisası üzrə seçdi tale yolunu. O vaxtlar yenicə təsis edilmiş “Ədalət” qəzetində işləməyə başladı, bu nüfuzlu qəzetdə uzun illər məsul katib kimi məsuliyyətli vəzifədə ləyaqətlə çalışdı, bu qəzetin respublikada çox böyük nüfuz qazanmasında onun da müstəsna xidmətləri olub. Sonralar respublika mətbuatında aparıcı rol oynayan tanınmış jurnalistlərin əksəriyyətii məhz “Ədalət”in şineliindən çıxanlardır və Daşdəmir onlarla çiyin-çiyinə işləmiş və səmimi deyək ki, onlar Daşdəmirdən çox bəhrələniblər qəzetçiliik və yaradıcılıq sahəsiində. “Azərbaycan “ nəşriyyatında onu hamı tanıyır və sevir. Onu birmənalı olaraq hamı “Jurnalistikamızın Fərhadı” adlandırır böyük cəfakeşliiklə və zəhmətkeşliklə qələmi işlətdiyinə görə. Tanınmış jurnalist Əyyub Kərimli deyirdi ki “Azərbaycanda 3 jurnalist varsa, biri Daşdəmirdir. Əgər 2 jurnalist varsa- onlardan da biri Daşdəmirdir. Əgər bircə jurnalist qalsa- o da Daşdəmirdir”. Zənnimcə, çox dəqiqliklə və səmimiyyətlə deyilmiş dəqiq fikirdir- Daşdəmirin boyuna biçilmiş ifadə. Məncə bu fikir hər şeyi deyir.


Tale elə gətirdi ki, 1997-ci ildə mən də Bakıya köçüb gəldim, öz tale axtarışımda. Təsadüfən jurnalist taleyi tapdı məni. Neft Daşlarında işlədiyim vaxt hamı başıma yığılırdı krossvord həllinə görə ya hər hansı məsələ ilə bağlı sualları cavablandırmaq üçün. Tanıyanlar mənə “canlı ensiklopediya” deməyə başladılar, mənimlə maraqlanmağa başladılar və 1998-ci ilə rəhbərlik məni “Neft Daşları” qəzetinə müxbir dəvət etdi. Taleyimdə yeni böyük mərhələ başladı. 26 ildir bu qəzetdə çalışıram, 20 ildir ki, bu qəzetin baş redaktoruyam . Biz də Daşdəmirin işlədiyi “Azərbaycan” nəşriyyatında işləməyə başladıq.


Köhnə dostların yeni qardaşlıq və yaradıcı həmkar yolu başladı. 26 ildir birgəyik və Daşdəmiri kitab kimi varaq-varaq oxumaq şansı verdi mənə əlahəzrət Tale.. və o hələ də məni heyrətləndirməkdə davam edir- həm məhsuldar qələmiylə, həm saf və təmənnasız xarakteriylə. 2005-ci ildən başlayaraq yurdumuzun qeyrətli qızı, hamımızın “qardaş” adlandırdığımız Təranə Cəbiyeva (Əmirqızı) ilə birgə “Babadağa baxan ellər” ensiklopedik kitabının hazırlanması, sonradan isə Bakıda yaşayan İsmayıllı ziyalılarının toplanması və müxtəlif tədbirlərin keçirilməsinə başladıq. Daşdəmir bu tədbirlərin də təşkilinin və keçirilməsinin də külüng çalan Fərhadı oldu, bu çətin işlərdə öz çiynini ən ağır yükün altına verirdi, çünki onun yurd sevgisinin həddi- hüdudu yoxdur. Onu fərqləndirən də, sevdirən də budur- hər bir yazısından Vətən ətri gəlir, insan sevgisi duyulur. Onun portert yazılarını gözəl musiqi kimi dinləyir oxucu, yorulmadan.



Hər bir yazısında ayrı-ayrı şəxsiyyətlərin taleyi fonunda İsmayıllının maraqlı tarixinə ekskurs edir, oxucularda bu tarixə, gözəl insanlara, böyük şəxsiyyətlərə sevgi yaradaraq Yaddaşımızı zənginləşdirir Həqiqət çarçısı olan qələmiylə.


XEYRULLA AĞAYEV - qələm və qəlb dostu

Son xəbərlər

İlham Əliyev Berdiməhəmmədova Füzulidə hədiyyə etdiyi məscidə görə təşəkkürünü ifadə edib

Ermənistandan uçan təyyarə Dağıstanda təcili eniş etdi

Mərdəkanda dənizdə 4 nəfər batıb

Eldar Babaşovun 70 illik yubileyi qeyd olunmuşdur - FOTO

İshaq Dar: Pakistan ABŞ-İran dialoqunda vasitəçiliyini davam etdirəcək

BASQALDAN BAŞLAYAN BÖYÜK TALE QƏHRƏMANI... - FOTOLAR

AzTU-nun kafedra müdiri vəfat edib - FOTO

Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

“Lido”da qadın qəfil vəfat etdi

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Qardaşının evinə qonaq getmişdi - 8-ci mərtəbədən yıxılıb öldü

Virtual təhlükə: Kiberbulinq, asılılıq və diqqət problemi gələcəyimizi necə məhv edir?

Sahibə Qafarova Xameneinin vida mərasiminə gedəcək

Bu çimərliklərdə çimmək qadağan edildi - Fotolar

BŞTİ: 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb

42 yaşlı məktəb direktoru vəfat etdi - Foto

Zeynəb xanım, qələminiz daim yazsın, könlünüz daim sözün işığı ilə nurlansın - FOTO

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur

Küləkli havada dənizə gedənlərə sərt XƏBƏRDARLIQ

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb

Sambo idman növü üzrə respublika turnirində 100-dən çox idmançı mübarizə aparıb - FOTOLAR

"Müharibə Rusiyaya qayıtmalıdır". - Zelenski

Dünya çempionatı: Belçika-İran oyununda qapılara qol vurulmayıb

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

DÇ-2026: Belçika millisi İranla heç-heçə edib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930