"Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq".

Bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Benəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, bu gün tələbə kontingentinin təxminən üçdəikisi Bakı və onun ətrafında, üçdəbiri isə Bakının kənarında yerləşən ali məktəblərdə təhsil alır. O qeyd edib ki, son illərdə tələbələrin sayı artmaqdadır:

"Çünki ali təhsil daha əlçatan olub, qəbul planlarımız artır. Biz daha çox insanın ali təhsilli olmasının tərəfdarıyıq. Eyni zamanda, regionlarımızda universitetlərimizin sayı və imkanları da genişlənir. Məsələn, Mingəçevir Dövlət Universitetinin yeni kampusu tikilir, Qarabağ Universiteti fəaliyyətə başlayıb, Naxçıvan Dövlət Universitetində və Lənkəran Dövlət Universitetində imkanlar genişləndirilir, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı fəaliyyət göstərir və digər təşəbbüslər həyata keçirilir.

İkinci məqam ondan ibarətdir ki, bu prosesə yalnız köçürmə üsulu ilə yanaşmaq düzgün olmaz. Elə köklü universitetlərimiz var ki, onların yüzillik tarixi mövcuddur. Həmin universitetləri köçürməkdən daha çox, tələbə kontingentinin sayını azaldıb, keyfiyyəti artırmaq istiqamətində işləməliyik. Bu istiqamətdə fəaliyyətimiz artıq iki ildir davam edir".

Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda bir tələbənin təhsilhaqqı digər ölkələrlə müqayisədə çox aşağıdır:

"Əgər biz iki min manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, təbii ki, tələbə üçün bunun ucuz olması yaxşıdır. Amma təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir. Keyfiyyətlə dəyər arasındakı əlaqəni tamamilə pozmaq mümkün deyil. Əgər ucuz və yüksək keyfiyyətli kadr hazırlığının universal üsulunu tapsaq, bütün dünya bizə müraciət edər. Keyfiyyəti artırmaq üçün maliyyələşməni artırmağa məcburuq. Bu istiqamətdə "SABAH qrupları" vacib həll yollarından biridir. Eyni zamanda təhsil haqqını artırmaq mümkün deyilsə, universitetlər tələbə sayını artırmağa məcbur olur. Bu zaman isə kəmiyyətlə keyfiyyət arasında tərs mütənasiblik yaranır. Ona görə də bir çox ali təhsil müəssisələrimizdə tələbə sayının artması təhsil keyfiyyətinin azalmasına səbəb ola bilir. Həyata keçirdiyimiz islahatların məqsədi ondan ibarətdir ki, ciddi sosial narazılıq yaratmadan ali təhsilin keyfiyyətini yüksəldək və eyni zamanda şəhərdə sıxlığın artmasına təsir etmədən regional universitetləri inkişaf etdirərək tələbələrin regionlarda təhsil almasına nail olaq. Regionlarda tələbələrə yüksək keyfiyyətli təhsil vermək mümkündür. Hətta bəzi ixtisaslar üzrə regionlardakı universitetlər daha yaxşı nəticələr göstərir. Elə regional ali təhsil müəssisələrimiz var ki, onların təhsil keyfiyyəti müəyyən istiqamətlərdə Bakıdakı universitetlərdən daha yüksəkdir".

Nazir vurğulayıb ki, Azərbaycanda tələbələrin yaşı nisbətən azdır və valideynlər övladlarını özlərindən uzaqda təhsil almağa göndərmək istəmirlər. Bu da davranış dəyişikliyi tələb edən bir məsələdir:

"Reallıq ondan ibarətdir ki, bizdə 17-18, hətta 22 yaşlı gənclər belə çox vaxt valideynlərinin qərarlarına uyğun hərəkət edirlər. Buna görə də evinin yaxınlığında təhsil almaq ehtiyacı hələ də böyük olaraq qalır. Nəhayət, əsas məsələlər keyfiyyətin artırılması, maliyyələşmənin gücləndirilməsi və qəbul yerlərinin elə tənzimlənməsidir ki, regionlarda daha çox, Bakıda isə nisbətən daha az tələbənin təhsil aldığı bir ssenari formalaşsın. Bu isə o demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri açılmayacaq".

Son xəbərlər

Bakı və Cəlilabadın bu ərazilərində işıq kəsiləcək

Taekvondoçularımız Qazaxıstanda beynəlxalq çempionatda 3 medal qazandılar

BƏHRUZ MƏMMƏDOV : Yolun yorğun vaxtında səni axtaran adamdır diqqət - FOTO

VAQİF VÜQAR : Günahsızın edamından göynəyirdi dar ağacı - FOTO

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub - Yaralılar var

Messi dünya çempionatları tarixinin bombardiri olub

Bakıdakı universitetlər köçürülməyəcək, amma... - Emin Əmrullayev

"Doktor Kim"in ulduzu öldü

Miray onunla tərəf müqabili oldu

Tanınmış aktrisa “Taşacak bu deniz”də - FOTO

Son bir ayda bacı və qardaşı ürək əməliyyatı olundu

“Uzak şehir”in 3-cü mövsümündə nələr olacaq?

Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək

Hindistanda baş verən yanğın nəticəsində 15 nəfər ölüb

Bu gündən qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb

Azərbaycanla Türkmənistan faydalı qazıntılar və enerji ehtiyatları ilə bağlı səylərini birləşdirmək niyyətindədir

İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini dəstəkləməyə davam edəcəyik

Vaşinqtonla Tehranın "Yol xəritəsi" – memorandumdan sülh sazişinə doğru - ŞƏRH

İlham Əliyev Berdiməhəmmədova Füzulidə hədiyyə etdiyi məscidə görə təşəkkürünü ifadə edib

Ermənistandan uçan təyyarə Dağıstanda təcili eniş etdi

Mərdəkanda dənizdə 4 nəfər batıb

Eldar Babaşovun 70 illik yubileyi qeyd olunmuşdur - FOTO

İshaq Dar: Pakistan ABŞ-İran dialoqunda vasitəçiliyini davam etdirəcək

BASQALDAN BAŞLAYAN BÖYÜK TALE QƏHRƏMANI... - FOTOLAR

AzTU-nun kafedra müdiri vəfat edib - FOTO

Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

“Lido”da qadın qəfil vəfat etdi

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930