Daşdəmirin diqqəti
İnsana verilən ən böyük qiymət nədir?
Nə tərif, nə mükafat, nə də vəzifə...
İnsana verilən ən böyük qiymət diqqətdir.


Yolun yorğun vaxtında səni axtaran adamdır diqqət. Sevincini öz sevinci bilən, dərdini ürəyinə salan dostdur diqqət. İllər keçsə də, görüşlər azalsa da, münasibətlərin üzərini zamanın tozu almasa, deməli, orada diqqət var, səmimiyyət var, dostluq var.
Daşdəmir Əjdəroğlunu həmişə bu keyfiyyəti ilə tanımışam.
Tanışlığımızın üstündən otuz ilə yaxın vaxt keçir.
1996-cı ildə Azərbaycan Nəşriyyatına ilk dəfə qədəm qoyanda İsmayıllıdan olduğumu bilənlər məni digərlərinə Daşdəmirin həmyerlisi kimi təqdim edirdlər. O vaxt nə mən bilirdim ki, bu tanışlıq uzun illərin dostluğuna çevriləcək, nə də yəqin Daşdəmir bilirdi.
Amma dağ adamlarının dostluğu qəribə olur.
Bir salamdan başlayır, bir ömür boyu davam edir.
O, Basqalın oğludur. Mən Buynuzun.
Aramızda kilometrlər yox, eyni dağların kölgəsi dayanır.
İsmayıllının meşələri, qayaları, bulaqları, qışın qar təmizliyi, yazın çiçək ətri ikimizi də eyni yaddaşın adamına çevirib.
Elə buna görədir ki, hər görüşümüzün sonunda söhbət yenə İsmayıllıya qayıdır.
Dağlara qayıdır.
Uşaqlığa qayıdır.
Yurda qayıdır.
Daşdəmir doğulduğu torpağı sadəcə sevmir.
Onu yaşadır.
Yazılarında yaşadır.
Kitablarında yaşadır.
Xatirələrində yaşadır.
Basqal haqqında danışanda adam hiss edir ki, onun ürəyində ayrıca bir Basqal yaşayır.
Daş küçələri ilə, qədim evləri ilə, kəlağayı qoxusu ilə, ocaq tüstüsü ilə.
Bəlkə də buna görə Basqal onun yazılarında təkcə coğrafi məkan deyil, canlı bir obrazdır.
İllər boyu müxtəlif işlərdə bir yerdə olmuşuq.
Qəzetlərdə.
Jurnallarda.
Kitablarda.
Tədbirlərdə.
Birimizin işi olanda o birimiz yanında olmuşuq.
Bir müşkül ortaya çıxanda məsləhətləşmişik.
Bir sevinc doğulanda bölüşmüşük.
2004-cü ildə müəllimim Xeyrulla Ağayev mənə "Neft Daşları" qəzetində işləməyi təklif edəndə tərəddüd içində idim.
Daşdəmir isə tərəddüd etmədi.
Qısa və qəti dedi:
— Get!
Dost sözünün çəkisi elə budur.
İllər keçəndən sonra belə həmin məsləhətin haqqını verirsən.
Qəzetimizi Dönməzin yanında səhifələyəndə də Daşdəmir mütləq vaxt tapıb gələrdi.
İş bitərdi.
Amma söhbət bitməzdi.
Yenə İsmayıllıdan danışardıq.
Yenə Buynuzdan.
Yenə Basqaldan.
Yenə dağlardan.
Çünki bəzi adamlar doğulduqları yurdu özləri ilə daşıyırlar.
Daşdəmir də həmin adamlardandır.
Son bir ayın içində də yenə bir yerdə olduq.
Musa Yaqubun xatirə gecəsində.
Daşdəmir Əjdəroğlunun redaktoru olduğu Təranə Cəbiyevanın "Babadağa baxan ellər – 2" kitabının təqdimatında və 60 illik yubileyində.
Ortaq dostlarımız da çoxdur.
Adlarını yazmıram.
Kimisə unutmaq istəmirəm.
Bu həssaslığı da, bu diqqəti də Daşdəmirdən öyrənmişəm.
Çünki o, insanları unutmayan adamdır.
Ömür yolları uzandıqca anlayırsan ki, dostluğun təməli böyük sözlərdən yox, kiçik diqqətlərdən qurulur.
Bir zəngdən.
Bir görüşdən.
Bir xoş münasibətdən.
Daşdəmir Əjdəroğlu mənim yaddaşımda məhz belə qalıb:
Doğma yurda bağlı bir insan.
Sözə sədaqətli bir qələm sahibi.
Dostluğun qədrini bilən bir dost.
Və ən əsası...
İnsanlara diqqət ayırmağı bacaran bir insan.
Əziz dostum Daşdəmir!
Doğum günün mübarək!
Arzu edirəm ki, ömrünün yolları həmişə İsmayıllı dağları kimi uca, Basqal bulaqları kimi saf, Buynuz səhərləri kimi aydın olsun.
Qələmin yorulmasın.
Sözün kəsilməsin.
Dostların azalmasın.
Yazdığın kitablar, yaşatdığın xatirələr və qazandığın insanların sevgisi sənə həmişə dayaq olsun.
Tanrı sənə sağlam can, işıqlı tale, uzun ömür versin.
Hələ neçə-neçə yubileylərdə, neçə-neçə kitab təqdimatlarında, neçə-neçə dost məclislərində yenə bir yerdə olmaq ümidi ilə...
Ad günün mübarək, əziz dost!
Yaxşı ki, varsan.
Eşq olsun!

Son xəbərlər

"Yeraltı"nın aktrisası reklamdan 11 milyon qazandı

"ABŞ və İran Hörmüz boğazını açıq saxlamaq üçün mexanizm yaratdılar" - Vens

VAQİF VÜQAR : Günahsızın edamından göynəyirdi dar ağacı - FOTO

BƏHRUZ MƏMMƏDOV : Yolun yorğun vaxtında səni axtaran adamdır diqqət - FOTO

Ömrünü insanlara həsr edən ziyalı - FOTO

Ankara qlobal diplomatiyanın mərkəzinə çevrilir - Ərdoğan

Bakı və Cəlilabadın bu ərazilərində işıq kəsiləcək

Taekvondoçularımız Qazaxıstanda beynəlxalq çempionatda 3 medal qazandılar

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub - Yaralılar var

Messi dünya çempionatları tarixinin bombardiri olub

Bakıdakı universitetlər köçürülməyəcək, amma... - Emin Əmrullayev

"Doktor Kim"in ulduzu öldü

Miray onunla tərəf müqabili oldu

Tanınmış aktrisa “Taşacak bu deniz”də - FOTO

Son bir ayda bacı və qardaşı ürək əməliyyatı olundu

“Uzak şehir”in 3-cü mövsümündə nələr olacaq?

Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək

Hindistanda baş verən yanğın nəticəsində 15 nəfər ölüb

Bu gündən qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb

Azərbaycanla Türkmənistan faydalı qazıntılar və enerji ehtiyatları ilə bağlı səylərini birləşdirmək niyyətindədir

İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini dəstəkləməyə davam edəcəyik

Vaşinqtonla Tehranın "Yol xəritəsi" – memorandumdan sülh sazişinə doğru - ŞƏRH

İlham Əliyev Berdiməhəmmədova Füzulidə hədiyyə etdiyi məscidə görə təşəkkürünü ifadə edib

Ermənistandan uçan təyyarə Dağıstanda təcili eniş etdi

Mərdəkanda dənizdə 4 nəfər batıb

Eldar Babaşovun 70 illik yubileyi qeyd olunmuşdur - FOTO

İshaq Dar: Pakistan ABŞ-İran dialoqunda vasitəçiliyini davam etdirəcək

BASQALDAN BAŞLAYAN BÖYÜK TALE QƏHRƏMANI... - FOTOLAR

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930