Daşdəmir ƏJDƏROĞLU-60 silsiləsindən


Biz mətbuat işçiləri söz adamıyıq. Nəyimiz olmasa da, bazamız sözlə doludur, zəngindir. İstənilən mövzuya dürlü-dtürlü söz yağdıran biriyik. Amma bu gün nədənsə mənimçün çox əziz olan, yaxından tanıdığım birinin haqqında söz yazmaqda çətinlik çəkirəm.
Azərbaycan mətbuatında öz çəkisi, öz yeri olduğu halda, çoxlarının onu "mətbuatın cəfakeşi", bəzilərinin hətta "mətbuatın fəhləsi" adlandırdığı, illərdir jurnalistikamızdakı fəaliyyətindən iş yoldaşı kimi xəbərim olduğu halda belə, yenə də çətinlik çəkirəm, bilirsiniz niyə?!
Çünki onun kimliyini təsdiq edən iki vəsiqəsi var: birində jurnalist Daşdəmir Əjdəroğlu Tağıyevdir. O Daşdəmir ki, həmkarları, qələm dostları hamısı onu tanıyır. Bilirlər ki, Daşdəmir ölkəmizin əsrarəngiz bir diyarında - İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinİ bitirib.

Jurnalistika ilə bağlı əmək fəaliyyətinə o vaxtlar yenicə işıq üzü görən “Ədalət” qəzetində başlayıb. "Ədalət" qəzetində məsul katib kimi işlədiyi dövrdən bu günədək qələmini yerə qoymayıb. Minlərlə publisistik məqaləsi çap olunub. O, təkcə öz yazıları üçün deyil, bir çox həmkarının yazıb-yaratması üçün də əlindən gələn köməyi əsirgəməyib. Onlarca qəzetin işıq üzü görməsində əməyi olub, onlarla əməkdaşlıq edib. Daşdəmir Tağıyev 20-yə yaxın kitabın redaktorudur. Yüzdən çox kitaba rəy və ön söz yazıb. “Xatirələrə sığmayan ömür” isə ilk kitabıdır. “Yarımçıq qalan ömür”, “Basqalın Miryavər abidəsi” və neçə-neçə kitabın müəllifidir.
D. Tağıyev hazırda Milli Məclisin orqanı olan rəsmi dövlət qəzeti “Azərbaycan”da çalışır, qəzetin məsul katibinin müavinidir. Onun çalışdığı bu illər, mətbuat sahəsindəki əməyi və xidməti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 2013-cü ildə jurnalistlər üçün inşa edilmiş binadan ona da mənzil verilib. Bundan başqa müxtəlif ictimai qurumlar tərəfindən “Peşəkar jurnalist”, “Vicdanlı qələm”, “Qızıl qələm” media mükafatlarına layiq görülüb.
Daşdəmir Əjdəroğlunun xidmətləri, hətta yazdığı məqalələri haqqında bir-bir geniş söz aça bilərəm. Çünki "dostum - kardeşim" dediyim bu insanla illərdir bir yerdə çalışırıq. Əvvəl "Qarabağ" qəzetində, redaksiyamızda Qarabağ mövzusunda, qanlı savaşın ağrı-acıları, eyni zamanda, ölkəmizə qarşı ədalətsizlikləri ifşa edən dəyərli məqalələrin müəllifi kimi "ən yaxşı qarabağlı" adını qazanmışdı, sonra isə 18 ildir ki, "Azərbaycan" qəzetində çiyindaşıq. Neçə gündür ki, Daşdəmir müəllimin haqqında qəzetlərdə, saytlarda, sosial şəbəkələrdə həmkarlarımızın yazdığı bir-birindən dəyərli məqalələrinə rast gəlirəm və oxuduqca qəlbimi iftixar hissi bürüyür. Öz-özümə deyirəm, axı mən də tanıyıram Daşdəmir Əjdəroğlunu, özü də çoxlarından daha dəqiq. Hələ 1994-cü ildə adını bilmədiyim bir oğlanın “Azərbaycan” nəşriyyatında dayanacaqda avtobusdan düşən bütün qadınların yol pulunu verdiyi vaxtdan... Nəşriyyatda az qala xeyriyyəçi kimi tanınan və bəzilərinin onun bu səxavətindən, ürəyitəmizliyindən hər mənada istifadə etdiklərini gördüyüm vaxtdan...
Daşdəmirin bütün məziyyətlərini bildiyim halda, bəs niyə çətinlik çəkirəm onun haqqında məqalə yazmağa?!
Çünki yuxarıda qeyd etdiyim kimi, Daşdəmirin iki vəsiqəsi var, birincisindən saatlarla danışa bilərəm. İkincisindən isə danışmağa ehtiyat edirəm. Daşdəmirin ikinci adı səmimiyyətdir. Ona görə ehtiyat edirəm. Gərək söylədiyim hər kəlmə onun boyuna biçilsin. Nə ölçüsündən böyük, nə də kiçik olsun. Əslində Daşdəmirin peşə fəaliyyəti haqqında hələ az yazılıb, az deyilib. Amma mənim fikrimcə bütün peşələrin ustası, peşəkarı olmaq mümkündür və bu, o qədər də özəllik deyil. Əsl özəllik insanlığın peşəkarı olmaqdır, yəni bilik vacibdi, lakin insan olmaq ondan da vacibdi...
Mən insanlığın peşəkarı olan Daşdəmirdən yazmaq istəyirəm. İllərdir "dostum, kardaşim" dediyim Daşdəmir Əjdəroğlundan. Daşdəmir əsl ziyalıdır, sadədir, səmimidir. Fərqli biridir.
Etiraf edək ki, çoxlarımız bəzən iş yerlərimizi, bəzən də guya nüfuzumuzu qorumaq üçün kraxmallanmış, ütülənmiş kimi görünməyə çalışırıq. Daşdəmirin xoşbəxtliyi ondadır ki, harada olmasından, hansı mövqedə dayanmasından asılı olmayaraq dəyişməzdir, özüdür. Xeyirxah, mərhəmətli, yaxşılıqdan zövq alan, iş vaxtı məsuliyyətli, zəhmətkeş, yaxşıya-pisə fərq qoymadan tikəsini hamıyla bölüşəndi Daşdəmir... Hər adamın işi deyil, 60 il yaşayıb özü üçün yaşamamaq, başqaları üçün yaşamaq. Hər adamın işi deyil, taleyi üzünə gülməyəndə belə, dünyanı gözəl görmək, insanları sevməyi bacarmaq, xeyirxahlıq niyyətlərini itirməmək...
O qədər safdır, o qədər sadədir ki, Daşdəmir Əjdəroğlu - bəzən bununçün ona irad tutanlar da olur. Amma o kəslər anlamırlar ki, onun sadəliyi əsl əsalətdir. Düşünürəm nə yaxşı ki, belə bir səmimi insanla bir yerdə çalışıram. O, bizim iş yoldaşımızdır... Amma yenə deyirəm səmimi insanlar haqqında söz yazmaq çox çətindir, çətin olduğu qədər də xoşdur, gözəldir...
Əziz iş yoldaşım, dostum-kardeşim, 60-ın yüzə gedən yolları üzünə açıq olsun. Sənə hər yaşında müvəffəqiyyət arzulayıram və bir də üzünə nur gətirən xoş niyyətlərinin heç vaxt əskik olmamasını...
Hörmətlə :
Zəkurə QULİYEVA

Son xəbərlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031