Daşdəmir Əjdəroğlu:Xeyirxahlıq “bulağı”nın sahibi - FOTO
İnsan dünyaya göz açandan bəri köməyə ehtiyac duyur. Uşaq vaxtı ona ailəsi bu yardımı göstərir. Amma böyüyəndə bu problemləri özü həll etməli olur. Buna görə də çətinlik çəkir. Getdikcə özünə kənardan yaxın, sirdaş, başqa sözlə desək, dost axtarıb tapır. Ona görə də dostu bu cür çətin anlarda bizə kömək edə biləcək ən möhkəm dayaqlarımızdan biri hesab edə bilərik. Dost insanın güzgüsü kimidir. Güzgü insanı özündə əks etdirib ona öz eyiblərini söylədiyi kimi, dost da eyni ilə insana öz eyiblərini deyir. O sənin dar günündə də, yaxşı, xeyir günündə də yanında olur.
Bu gün ad gününü qeyd edəcəyimiz "Ədalət və Həqiqət" qəzetinin təsisçisi və baş redaktoru, "Turaz.tv" saytının rəhbəri Cəmil Zəbhulla oğlu Dadaşov da o dostlardandır ki, bütün müsbətləri, xeyirxahlıqları ilə hamımızın yanındadır. Üzü Şamaxıdan Zaqatalayadək, Bakıdan Lənkəranadək, Gürcüstanadək, Türkiyəyədək, Rusiyayadək, uzaq Sibir ellərinədək əl tutur, bu və ya digər formada köməkliyini əsirgəmir. Beləsinə doğrudan da canıyanan, qayğıkeş və əsl vətənpərvər demək olar. Özü də tam cəsarətlə!
Daşdəmir Əjdəroğlu:Xeyirxahlıq “bulağı”nın sahibi - FOTO

Ancaq yadda saxlamaq lazımdır ki, onun bizə kömək etdiyi kimi, biz də ona kömək etməliyik. Yəni dostluq təmənnasız olmalıdır. Vaxtı gələndə biz də ona kömək etməliyik.Dost dünyadakı ən gözəl mənanı bildirir. Sadəcə əsl dostu qazanmaq və onu düzgün seçmək, ona sadiq qalmaq lazımdır. Bizim dostluğumuzun tarixi 30 ildən artıqdır. Bu illərdə bir dəfə görməmişəm ki, Cəmil müəllim məndən nədənsə incisin, yaxud, əksinə, mən ondan inciyim, umu-küsü edim. Kimi dindirirsənsə, onun xeyirxahlıq “bulağı”ndan su içib. Bu mənada onu xoşbəxt saya bilərəm.
Onun da, bizim də bir arzumuz var: Uzun illər həsrətində olduğu və tam cəsarətlə deyərdim ki, haqqı çatdığı mənzillə yaxın vaxtlarda təmin edilsin. O yaradıcı insana kimi kirayə ev tutmaqdan bezib, şəxsi əşyalarını 5-6 aydanbir növbəti ünvana köçürməkdən, daşımaqdan uzanıb. İnanırıq ki, bu problemi, çəkdiyi əziyyətləri öz həllini tapacaq.
Sonda isə hörmətlli Cəmil müəllimi bağrımıza basıb ad gününü qəlbən təbrik edir, ən əsası ona cansağlığı, sağlıqlı ömür arzulayıram.
Daşdəmir Əjdəroğlu:Xeyirxahlıq “bulağı”nın sahibi - FOTO

Hörmətlə; Cəmilsevərlər adından Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Bu gəncləri siz də tanıyın - Fotolar

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək

Hun Manet Zəfər parkını ziyarət etdi

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031