
Xəbərlər
23.06.2026, 00:02
VAQİF VÜQAR : Günahsızın edamından göynəyirdi dar ağacı - FOTO
Od kimi qızmış Kərbəla səhrasında,
Həccə gedən zəvvar babamın səsiyəm.
Mən var idim Nuhdan əvvəl,
Misir ehramları kimi sirlə dolu tarixçəm var.
Xəyallarım yola çıxan mühacir tək,
Bir avarın aulunda gecələyir.
Səsim buludlardan doğulur,
Şırıl-şırıl axıb gedən çay səsinə bənzər səsim,
Dostum, sənə tanış gələr.
Pıçıltıyla danışmadım, haray çəkən
Tufan kimi atlanıram zaman üstə.
Səsim fələyin səsidir
Nəsimini bir xatırla,
Günahsızın edamından göynəyirdi dar ağacı.
O ağrılı səs mənimki,
Peşmandır sınmış Hələb.
Sevməkdir azadlıq,
Sabaha tərəf yürü hüzurla.
Yavaş-yavaş dan sökülür,
Məğrur qartal səs verir oyaq səsimə...
Həccə gedən zəvvar babamın səsiyəm.
Mən var idim Nuhdan əvvəl,
Misir ehramları kimi sirlə dolu tarixçəm var.
Xəyallarım yola çıxan mühacir tək,
Bir avarın aulunda gecələyir.
Səsim buludlardan doğulur,
Şırıl-şırıl axıb gedən çay səsinə bənzər səsim,
Dostum, sənə tanış gələr.
Pıçıltıyla danışmadım, haray çəkən
Tufan kimi atlanıram zaman üstə.
Səsim fələyin səsidir
Nəsimini bir xatırla,
Günahsızın edamından göynəyirdi dar ağacı.
O ağrılı səs mənimki,
Peşmandır sınmış Hələb.
Sevməkdir azadlıq,
Sabaha tərəf yürü hüzurla.
Yavaş-yavaş dan sökülür,
Məğrur qartal səs verir oyaq səsimə...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














