
Xəbərlər
12.07.2026, 03:28
RƏQƏMLƏRİN DİLİNİ ANLAYAN İNSAN - FOTOLAR
TƏBRİK EDİRİK FARİZ!
Onun üçün kompüter, sadəcə, cihaz deyil, fikirlərin gerçəyə çevrildiyi emalatxanadır. Hər proqram sətri yeni bir körpü, hər uğurlu layihə isə gələcəyə uzanan yol kimidir. O bilir ki, texnologiyanın əsl gücü insan həyatını asanlaşdırmaq, biliklə imkan arasında körpü salmaqdır.
Fariz üçün uğur təsadüf deyil. O, gecənin səssiz saatlarında ekranın işığında düşüncələrini cilalayır, hər çətinliyi yeni bir dərs kimi qarşılayır. Çünki zirvəyə aparan yol yalnız istedaddan deyil, səbirdən, zəhmətdən və öyrənmək həvəsindən keçir.
Onlar ahəng yaradan notlar, məntiqin poeziyasıdır. Kod yazarkən sanki görünməz bir memar kimi gələcəyin təməlini qurur. Hər həll etdiyi problem, hər qurduğu sistem insan əməyinə dəyər qatan kiçik, amma əhəmiyyətli addımdır.
İnformasiya əsrində kompüter mütəxəssisi olmaq yalnız peşə sahibi olmaq deyil, zamanın nəbzini tutmaq deməkdir. Fariz kimi insanlar texnologiyanı məqsəd deyil, cəmiyyətə xidmət edən vasitə kimi görürlər. Onların yaratdıqları həllər gündəlik həyatın görünməyən qəhrəmanlarına çevrilir.
Fariz Məhərrəmovun simasında zəhmət, bilik və yeniliyə açıq düşüncə bir araya gəlir. Bu cür mütəxəssislər göstərirlər ki, gələcəyi yalnız böyük ideyalar deyil, həmin ideyaları səbir və məsuliyyətlə həyata keçirən insanlar qururlar. Onların ən böyük əsəri isə təkcə proqramlar deyil, insan həyatına qazandırdıqları rahatlıq, etibar və inkişafdır.
Müasir dövrün ən böyük möcüzələrindən biri sözün, fikrin və ideyanın yeni texnologiyalar vasitəsilə gözəlliyə çevrilməsidir. Bu çevrilmənin arxasında isə çox vaxt adı görünməyən, lakin əməyi hər səhifədə hiss olunan insanlar dayanır. Fariz Məhərrəmov da kompüter mütəxəssisi kimi qəzetimizin vaxtında çapını, texniki problemlərini operativ formada həllini təşkil edir. Belə işçiləri “Təcili yardım”ın əməkdaşları ilə müqayisə edirlər, daha doğrusu, onlara bənzədirlər.
O, dizayn, tərtibat işlərinin də mahir bilicisidir. Dizayn, sadəcə, rənglərin və formaların seçimi deyil, düşüncənin görünən üzüdür, müəllifin ruhu ilə oxucunun baxışı arasında qurulan səssiz bir körpüdür. Fariz Məhərrəmov da öz peşəsində, ümumiyyətlə, media camesində bu körpünü yaradan sənətkar kimi hörmət qazanıb. Onun işi ekranda görünən təsvirlərdən daha böyük məna daşıyır – o, hər layihəyə estetik duyum, dəqiqlik və yaradıcılıq qatır.
Kompüter onun üçün yalnız texniki vasitə deyil, ideyaların həyata keçdiyi yaradıcı məkandır. Ekranın soyuq işığında o, rənglərin istiliyini, xətlərin ahəngini, sözlərin düzümündəki gözəlliyi axtarır. Hər səhifə, hər üz qabığı, hər tərtibat onun səssiz zəhmətinin izlərini daşıyır.
Qəzet və kitab dünyasında dizaynerin işi xüsusi məsuliyyət tələb edir. Çünki oxucu ilk olaraq yazını deyil, onun təqdim olunduğu simanı görür. Bir başlıq, bir şəkil, bir rəng seçimi bəzən bütöv fikrin ilk təəssüratını yaradır. Fariz Məhərrəmovun peşəkarlığı da məhz bu incə məqamları duymaq, texnologiya ilə sənəti bir araya gətirmək bacarığında özünü göstərir.
Jurnalist yazır, müəllif yaradır, oxucu qiymətləndirir, amma bütün bu prosesin ahəngli görünməsində dizaynerin də böyük payı olur. Onun hazırladığı tərtibatlar sözə rəng, fikrə forma, mətləbə isə yeni nəfəs verir.
Rəqəmlər dünyasının içində yaşayan belə insanlar – Fariz də, Dönməz də, Cəfər də, Rüstəm də, Şamil də əslində yaradıcılığın başqa bir dilini danışırlar. Onların dili piksel, xətt və rənglərdən ibarət olsa da, məqsədləri dəyişmir: insanlara gözəllik, rahatlıq və zövq təqdim etmək.
Fariz Məhərrəmovun simasında texnologiya ilə sənətin vəhdəti görünür. O göstərir ki, kompüter yalnız hesablamalar aparan qurğu deyil. Düzgün istifadə edildikdə o, yaradıcılığın, düşüncənin və estetik duyğunun güclü alətinə çevrilə bilər.
Bəzən böyük əsərlərin arxasında sakit çalışan insanlar dayanır. Onlar öz adlarını ön plana çıxarmadan, gördükləri işlə danışırlar. Fariz Məhərrəmov da belə insanlardan biri kimi sözə şəkil, fikrə görünüş, nəşrə isə özünəməxsus sima qazandıran zəhmətkeş sənətkardır.
Onu illərdir tanıyırdım. Amma qəzetimizin kollektivinin bu günlərdə Qarabağa səfəri zamanı onu kəşf etdim, bilmədiyim, tanımadığım xasiyyətini müşahidə etdim. Sən demə, onu gözəl yoldaşlığı da var imiş.
Dünən gözəl xarakterə malik, xeyirxahlığı, nəcibliyi ilə seçilən Fariz Məhərrəmovun ad günü idi. Özünün bildiyi kimi, mənim başım qarışıq olduğundan həmin günü yaza bilmədim. Nəhayət, özümü toparlayıb indi kompüterin arxasında oturub fikirlərimi ekrana yazıram.
Əziz qardaşım Fariz!
Mən hər kəsə qardaş demirəm. Bunu az müddətdə işinlə, yoldaşlığınla, səmimiyyətinlə qazanmısan. Sən sözlə görüntü, fikir ilə gözəllik arasında körpü yaradan, zəhməti ilə hər bir işə öz rəngini və nəfəsini qatan dəyərli mütəxəssissən. Kompüter dizaynı sahəsində peşəkarlığın, yaradıcılığın və estetik duyumun hazırlanan hər bir layihəyə xüsusi gözəllik bəxş edir.
Hər bir uğurlu tərtibatın arxasında diqqət, səbir və incə zövq dayanır. Sənin əməyin də məhz bu keyfiyyətlərin vəhdəti kimi qiymətlidir. Texnologiya ilə yaradıcılığı birləşdirərək yaratdığın hər iş sözün və düşüncənin daha təsirli təqdim olunmasına xidmət edir.
Yeni yaşın münasibətilə sənə möhkəm cansağlığı, ailə səadəti, yaradıcılıq uğurları və həyat yolunda daim yeni nailiyyətlər arzulayırıq. Qoy ilhamın heç vaxt tükənməsin, əlindən çıxan hər iş uğur və gözəllik gətirsin.
Üzün daim gülsün, qəlbin sevinc və rahatlıqla dolu olsun. Hər yeni yaşın həyatının ən gözəl səhifələrindən birinə çevrilsin.
Daşdəmir ƏJDƏROĞLU
Bəzən elə insanlar olur ki, onların qurduqları dünyanı gözlə görmək olmur. O dünya kod sətirlərində, məntiq zəncirlərində və səssiz işləyən sistemlərdə yaşayır. “Azərbaycan” qəzetinin əməkdaşı Fariz Məhərrəmovu da düşüncəsini texnologiyanın dili ilə ifadə edən, mürəkkəb problemlərin içində sadə həll yolları tapan bir kompüter mütəxəssisi kimi təsəvvür edirik.
Onun üçün kompüter, sadəcə, cihaz deyil, fikirlərin gerçəyə çevrildiyi emalatxanadır. Hər proqram sətri yeni bir körpü, hər uğurlu layihə isə gələcəyə uzanan yol kimidir. O bilir ki, texnologiyanın əsl gücü insan həyatını asanlaşdırmaq, biliklə imkan arasında körpü salmaqdır.
Fariz üçün uğur təsadüf deyil. O, gecənin səssiz saatlarında ekranın işığında düşüncələrini cilalayır, hər çətinliyi yeni bir dərs kimi qarşılayır. Çünki zirvəyə aparan yol yalnız istedaddan deyil, səbirdən, zəhmətdən və öyrənmək həvəsindən keçir.
Rəqəmlər onun üçün soyuq işarələr deyil
Onlar ahəng yaradan notlar, məntiqin poeziyasıdır. Kod yazarkən sanki görünməz bir memar kimi gələcəyin təməlini qurur. Hər həll etdiyi problem, hər qurduğu sistem insan əməyinə dəyər qatan kiçik, amma əhəmiyyətli addımdır.
İnformasiya əsrində kompüter mütəxəssisi olmaq yalnız peşə sahibi olmaq deyil, zamanın nəbzini tutmaq deməkdir. Fariz kimi insanlar texnologiyanı məqsəd deyil, cəmiyyətə xidmət edən vasitə kimi görürlər. Onların yaratdıqları həllər gündəlik həyatın görünməyən qəhrəmanlarına çevrilir.
Fariz Məhərrəmovun simasında zəhmət, bilik və yeniliyə açıq düşüncə bir araya gəlir. Bu cür mütəxəssislər göstərirlər ki, gələcəyi yalnız böyük ideyalar deyil, həmin ideyaları səbir və məsuliyyətlə həyata keçirən insanlar qururlar. Onların ən böyük əsəri isə təkcə proqramlar deyil, insan həyatına qazandırdıqları rahatlıq, etibar və inkişafdır.
Sənətkar Fariz Məhərrəmov
Müasir dövrün ən böyük möcüzələrindən biri sözün, fikrin və ideyanın yeni texnologiyalar vasitəsilə gözəlliyə çevrilməsidir. Bu çevrilmənin arxasında isə çox vaxt adı görünməyən, lakin əməyi hər səhifədə hiss olunan insanlar dayanır. Fariz Məhərrəmov da kompüter mütəxəssisi kimi qəzetimizin vaxtında çapını, texniki problemlərini operativ formada həllini təşkil edir. Belə işçiləri “Təcili yardım”ın əməkdaşları ilə müqayisə edirlər, daha doğrusu, onlara bənzədirlər.
O, dizayn, tərtibat işlərinin də mahir bilicisidir. Dizayn, sadəcə, rənglərin və formaların seçimi deyil, düşüncənin görünən üzüdür, müəllifin ruhu ilə oxucunun baxışı arasında qurulan səssiz bir körpüdür. Fariz Məhərrəmov da öz peşəsində, ümumiyyətlə, media camesində bu körpünü yaradan sənətkar kimi hörmət qazanıb. Onun işi ekranda görünən təsvirlərdən daha böyük məna daşıyır – o, hər layihəyə estetik duyum, dəqiqlik və yaradıcılıq qatır.
Kompüter onun üçün yaradıcı məkandır
Kompüter onun üçün yalnız texniki vasitə deyil, ideyaların həyata keçdiyi yaradıcı məkandır. Ekranın soyuq işığında o, rənglərin istiliyini, xətlərin ahəngini, sözlərin düzümündəki gözəlliyi axtarır. Hər səhifə, hər üz qabığı, hər tərtibat onun səssiz zəhmətinin izlərini daşıyır.
Qəzet və kitab dünyasında dizaynerin işi xüsusi məsuliyyət tələb edir. Çünki oxucu ilk olaraq yazını deyil, onun təqdim olunduğu simanı görür. Bir başlıq, bir şəkil, bir rəng seçimi bəzən bütöv fikrin ilk təəssüratını yaradır. Fariz Məhərrəmovun peşəkarlığı da məhz bu incə məqamları duymaq, texnologiya ilə sənəti bir araya gətirmək bacarığında özünü göstərir.
O, görünməyən zəhmətin sahibidir
Jurnalist yazır, müəllif yaradır, oxucu qiymətləndirir, amma bütün bu prosesin ahəngli görünməsində dizaynerin də böyük payı olur. Onun hazırladığı tərtibatlar sözə rəng, fikrə forma, mətləbə isə yeni nəfəs verir.
Rəqəmlər dünyasının içində yaşayan belə insanlar – Fariz də, Dönməz də, Cəfər də, Rüstəm də, Şamil də əslində yaradıcılığın başqa bir dilini danışırlar. Onların dili piksel, xətt və rənglərdən ibarət olsa da, məqsədləri dəyişmir: insanlara gözəllik, rahatlıq və zövq təqdim etmək.
Fariz Məhərrəmovun simasında texnologiya ilə sənətin vəhdəti görünür. O göstərir ki, kompüter yalnız hesablamalar aparan qurğu deyil. Düzgün istifadə edildikdə o, yaradıcılığın, düşüncənin və estetik duyğunun güclü alətinə çevrilə bilər.
Bəzən böyük əsərlərin arxasında sakit çalışan insanlar dayanır. Onlar öz adlarını ön plana çıxarmadan, gördükləri işlə danışırlar. Fariz Məhərrəmov da belə insanlardan biri kimi sözə şəkil, fikrə görünüş, nəşrə isə özünəməxsus sima qazandıran zəhmətkeş sənətkardır.
Onu illərdir tanıyırdım. Amma qəzetimizin kollektivinin bu günlərdə Qarabağa səfəri zamanı onu kəşf etdim, bilmədiyim, tanımadığım xasiyyətini müşahidə etdim. Sən demə, onu gözəl yoldaşlığı da var imiş.
Dünən gözəl xarakterə malik, xeyirxahlığı, nəcibliyi ilə seçilən Fariz Məhərrəmovun ad günü idi. Özünün bildiyi kimi, mənim başım qarışıq olduğundan həmin günü yaza bilmədim. Nəhayət, özümü toparlayıb indi kompüterin arxasında oturub fikirlərimi ekrana yazıram.
Əziz qardaşım Fariz!
Mən hər kəsə qardaş demirəm. Bunu az müddətdə işinlə, yoldaşlığınla, səmimiyyətinlə qazanmısan. Sən sözlə görüntü, fikir ilə gözəllik arasında körpü yaradan, zəhməti ilə hər bir işə öz rəngini və nəfəsini qatan dəyərli mütəxəssissən. Kompüter dizaynı sahəsində peşəkarlığın, yaradıcılığın və estetik duyumun hazırlanan hər bir layihəyə xüsusi gözəllik bəxş edir.
Hər bir uğurlu tərtibatın arxasında diqqət, səbir və incə zövq dayanır. Sənin əməyin də məhz bu keyfiyyətlərin vəhdəti kimi qiymətlidir. Texnologiya ilə yaradıcılığı birləşdirərək yaratdığın hər iş sözün və düşüncənin daha təsirli təqdim olunmasına xidmət edir.
Yeni yaşın münasibətilə sənə möhkəm cansağlığı, ailə səadəti, yaradıcılıq uğurları və həyat yolunda daim yeni nailiyyətlər arzulayırıq. Qoy ilhamın heç vaxt tükənməsin, əlindən çıxan hər iş uğur və gözəllik gətirsin.
Üzün daim gülsün, qəlbin sevinc və rahatlıqla dolu olsun. Hər yeni yaşın həyatının ən gözəl səhifələrindən birinə çevrilsin.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






































