
Xəbərlər
11.07.2026, 13:38
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!- VİDEO
Bu gün Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Prezidenti, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri, dəyərli ictimai xadim, ziyalı və fədakar təşkilatçı Rasim Məmmədovun doğum günüdür.
Bu əlamətdar gün münasibətilə onu ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, yeni uğurlar və gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.
Uzun illərdir ki, Rasim Məmmədov milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycan mədəniyyətinin təbliği, dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində yorulmadan fəaliyyət göstərir. Onun rəhbərliyi ilə həyata keçirilən çoxsaylı mədəni, ictimai və maarifləndirici layihələr cəmiyyətimiz tərəfindən yüksək rəğbətlə qarşılanır.
Rasim Məmmədov hər zaman gənc nəslin inkişafına xüsusi diqqət yetirən, onların milli ruhda, vətənpərvərlik, humanizm və yüksək mənəvi dəyərlər əsasında formalaşmasına böyük önəm verən ziyalılardandır. Müxtəlif görüşlərdə, konfranslarda, forumlarda və maarifləndirici tədbirlərdə gənclərlə səmimi ünsiyyəti, onların fikir və təşəbbüslərinə verdiyi dəstək gələcəyimizin sağlam təməllər üzərində qurulmasına mühüm töhfə verir.
Onun fəaliyyətinin mühüm istiqamətlərindən biri də Azərbaycan ziyalılarının, elm, mədəniyyət və incəsənət nümayəndələrinin bir araya gətirilməsi, yaradıcı insanların təşəbbüslərinin dəstəklənməsi və milli irsimizin gələcək nəsillərə çatdırılmasıdır. Rasim Məmmədov daim istedadlı gənclərin, yaradıcı insanların və ictimai fəalların yanında olmuş, onların inkişafına mənəvi dəstək göstərmiş, cəmiyyət üçün faydalı layihələrin həyata keçirilməsinə öz töhfəsini vermişdir.
Onun rəhbərlik etdiyi Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi Birliyi, həmçinin yaxın zamanlara qədər, illərdi fəaliyyət göstərmiş İctimai Nəzarət Koalisiyası ölkəmizdə və xaricdə yaşayan soydaşlarımız arasında milli birlik ruhunun möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, mədəniyyətimizin və zəngin tarixi irsimizin təbliği istiqamətində mühüm fəaliyyət həyata keçirir.
Rasim Məmmədov öz nümunəvi fəaliyyəti ilə sübut edir ki, əsl rəhbərlik insanlara xidmət etmək, onları bir amal ətrafında birləşdirmək, cəmiyyətə fayda vermək və gələcək nəsillərə örnək olmaqdır. Onun zəhməti, uzaqgörənliyi və təşəbbüskarlığı hər zaman yüksək qiymətləndirilir və dərin hörmət doğurur.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür, tükənməz enerji, yeni uğurlar və bütün arzularının gerçəkləşməsini diləyirik.
Doğum gününüz mübarək olsun, hörmətli Rasim müəllim!
Qoy həyat yolunuz daim uğurlarla, xeyirxah əməllərlə, yeni nailiyyətlərlə zəngin olsun. Uca Allah Sizə sağlamlıq, xoşbəxtlik, firavan ömür və Azərbaycan naminə həyata keçirdiyiniz bütün nəcib fəaliyyətinizdə bol-bol müvəffəqiyyətlər nəsib etsin.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və
Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin kollektivi adından
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











