
Xəbərlər
4.07.2026, 11:29
ELMİRA, ALTMIŞIN MÜBARƏK OLSUN - FOTOLAR
(əlli ilə yaxın tanıdığım və şəxsiyyətinə çox hörmət etdiyim əziz rəfiqəmə)
Gözəldir ürəyin, gözəldir üzün,
Hər kəsə bəllidir saflığın, düzün.
Hamıya əzizsən, bilirsən özün,
Elmira, altmışın mübarək olsun!
Səni tanımışam çox illər öncə,
Xasiyyət həlimdir,davranış incə .
Ürəyim sevinir səni görüncə,
Elmira, altmışın mübarək olsun!
Ruhunda mərdlik var, gözlərin toxdur,
Qaşların hilaldır, kipriyin oxdur.
Tayın, bərabərin inan ki, yoxdur,
Elmira, altmışın mübarək olsun!
İnşallah, yüzü də yola salarsan,
Təbriki, duanı dostdan alarsan.
Belanın qəlbində gözəl qalarsan,
Elmira, altmışın mübarək olsun!
BELA ZƏNGİBASARLI
04.07.2026.
MƏNİM ÜÇÜN ÇOX DƏYƏRLİ VƏ ƏZİZ OLAN ELMİRA XANIM!
SƏNİ, ƏN XOŞ ARZULARIMLA, 60 - İLLİK YUBİLEYİN MÜNASİBƏTİLƏ TƏBRİK EDİR,
SƏNƏ SAĞLIQLI ÖMÜR VƏ AİLƏ SƏADƏTİ DİLƏYİLƏ,
YENİ YAŞIN VƏ DÜNYAYA GƏLİŞİN ÇOX MÜBARƏK OLSUN DEYİRƏM!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


















