
Xəbərlər
12.07.2026, 01:09
44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Ələkbərov Niyaməddin İsrafil oğlunun 12 iyul mövlud günüdü - FOTO
44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Ələkbərov Niyaməddin İsrafil oğlunun 12 iyul mövlud günüdü. Ruhu şad olsun. Amin!
QƏZƏL
Ömür bağında bülbüllər edir əfğan, Niyaməddin,
Döyüşlərdən keçib verdin, vətənçün can, Niyaməddin.
O gün düşmən atan topdan dilimlənmiş qığılcımlar,
Alovdan odlanan köksün olub al qan, Niyaməddin.
Cavan getdin bu dünyadan, şəhid oldun, nələr gördün?
Anan ağlar qalan gündən çəkir zindan, Niyaməddin.
Gözün, könlün sevib bir yar, mülayim körkəmin vardı,
Vətən sevgin, hər an qandan, edib cövlran, Niyaməddin.
Savaş gördün, ölüm gördün, səmadən kəndirin qopdu,
Xudavəndim şəhidlikçün verib fərman, Niyaməddin.
Öpüb bayraq gedənlərçün müqəddəsdir Vətən, torpaq,
Sənintək qəhrəmanlar can edib qurban, Niyaməddin.
Yerin göydür, yuvan Cənnət, olub doğman, anan Zəhra,
Edir hər gün dua Lilpar, görür Rəhman, Niyaməddin.
İLİPAR CƏMŞİDQIZI
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











