Cəmil Dadaşovun 65 İllik ömür yolu

Şamaxı Azərbaycanın qədim mədəniyyət, fəlsəfə və poeziya beşiyidir. Əsrlər boyu bu müqəddəs torpaq Əfzələddin Xəqani və İmadəddin Nəsimi kimi bəşəri klassiklərdən tutmuş, Seyid Əzim Şirvani, Məhəmməd Hadi və dahi Mirzə Ələkbər Sabirə qədər dünya ədəbiyyatı xəzinəsini zənginləşdirən mütəfəkkirlər yetişdirmişdir. Şirvan ədəbi mühitinin ən böyük özəlliyi onun həm uca məhəbbəti tərənnüm edən lirikaya, həm də cəmiyyətin eybəcərliklərini qamçılayan amansız satiraya eyni dərəcədə sahiblik etməsidir. Bu gün həmin zəngin ənənənin ləyaqətli davamçılarından biri də tanınmış şair-publisist Cəmil Zəbhulla oğlu Dadaşovdur. Ömrünün 65-ci baharını, müdriklik çağını qarşılayan Cəmil Dadaşov müasir Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti, ictimai fəallığı və vətəndaşlıq mövqeyi ilə seçilən sənətkarlardandır. Onun yaradıcılığı iki böyük qütbün — Sabiranə kəsərli satiranın və Şirvan şeir məktəbinə xas incə lirik qoşmaların harmoniyasından ibarətdir. Cəmil Dadaşovun "Sabiranə" başlığı altında qələmə aldığı silsilə şeirlər adından da göründüyü kimi, birbaşa böyük ustad Mirzə Ələkbər Sabirin tənqidi-realist məktəbinin müasir dövrdəki bədii əks-sədasıdır. Müəllif dövrün eybəcərliklərini ustadın poetik ritmi və kəsərli üslubu ilə ifşa edir. Şair birinci "Sabiranə" şeirində zamanın gətirdiyi mənəvi aşınmanı hədəf alaraq yazır:

Saldı bu dövran bizi çox zillətə,
Yoxdu birisi acıya millətə.
Kimsəyə yoxdur daha bir etibar,
Kim nə tapdı tapdığı yerdə satar.


Müəllif "mədəni oğrular" ifadəsi ilə qanunsuzluqları pərdələyənləri, fəaliyyətini yalnız şadlıq evi və bar açmaqda görən saxta xidmətçiləri kəskin tənqid edir. Milli mənəviyyatın qorunması məsələsinə toxunan şair, qloballaşmanın gətirdiyi mənfi təsirləri, gəlinlə qızın seçilməməsini, namusun sərvətə qurban verilməsini ürək ağrısı ilə qeyd edir. Şeirin sonundakı: "Müstəqilik “bezperedel””vol”dayıq,

Saldıq əcəb, milləti biz zillətə,
Kim nə deyər bizdə olan qeyrətə.


Misraları Sabirin məşhur satirik tənəzinə birbaşa nəzirə olmaqla, azadlığı özbaşınalıq kimi başa düşənlərə qarşı yönəlmiş acı bir istehzadır.
Şairin ikinci "Sabiranə" şeiri sosial-məişət problemlərinin fəlsəfi və realist bədii təsviridir. Müəllif "qaralmaq" metaforasından (üz qaraldı, gündüz qaraldı, günümüz qaraldı) ustalıqla istifadə edərək cəmiyyətin ümumi mənzərəsini yaradır. Burada kommunal xidmətlərin (qaz, işıq, su) bərbad vəziyyəti, kasıbın borc içində boğulması publisistik dillə deyil, yüksək poetik sənətkarlıqla ifadə olunub:

Qazdan, ya işıqdan, ya sudan yox idi korluq,
Qaz şam kimi, su yoxdu, işıq közdü qaraldı.


Şair ticarətdəki və idarəçilikdəki haqsızlıqları vurğulayır, düzlüyün və ədalətin yalnız sözdə qaldığını bildirir. Millət vəkillərinə ünvanlanan "Bu millətə məclisdəkilərdən “dədə” olmaz" fikri şairin kompromissiz vətəndaşlıq mövqeyinin təzahürüdür.
Üçüncü "Sabiranə" şeiri isə birbaşa seçki proseslərində xalqa saxta vədlər verən, lakin mandat aldıqdan sonra kreslo xəstəsinə çevrilən simasız siyasətçilərə qarşı yönəlmiş manifestdir:

Boşdur sözünün əvvəli, həm axırı, qardaş,
Söz vermə filan eyləyərəm, mən seçiləndə.
Fərz et ki, yenə aldanaraq biz səni seçdik,
Göztər görək axır nə dönüş etdin işində.


Şair bu tipli insanları cəsarətsizlikdə, yalnız öz xeyrini güdməkdə ittiham edir. Eyni zamanda, şeirdə xalqın həddindən ziyadə olan dözümü və səbri də sətiraltı tənqid olunur. Cəmil Dadaşov xalqı ayıq-sayıq olmağa, saxta təriflərdən uzaq durmağa çağırır.
Cəmil Dadaşov təkcə cəmiyyətin dərdlərini yazan satirik deyil, həm də insan qəlbinin ən incə tellərini titrədən lirik qoşmaların, gözəlləmələrin müəllifidir. Onun lirikasında Şirvan məktəbinin klassik məhəbbət fəlsəfəsi yaşayır. "Şəhla gözlər" şeirində müəllif sevgini insanı yaşadan, ona dözüm və mətanət verən uca bir qüvvə kimi təsvir edir. İlk bəndlərdə keçmişə, xatirələrə boylanan şair, həyatın tufanlarına və yağışlarına qarşı nikbin bir dözüm nümayiş etdirir. Yarın şəhla gözlərindən gələn ümid onun gözlərindən "sevinc yağışı" olaraq axır. Şeirin son bəndi müəllifin lirik qəhrəmanının xarakterini ortaya qoyur:

Məni oda salmaq bir az çətindir,
Qəlbim İradəli, həm də mətindir.
Dözərəm oduna, ölərəm atsan.
Cəmili yaşadan məhəbbətindir.


Bu misralar klassik divan ədəbiyyatındakı aşiq obrazının müasir qoşma janrında uğurlu təzahürüdür
Şairin digər məşhur "Demə" qoşması isə ayrılıq və qocalıq ağrısını fəlsəfi şəkildə ümumiləşdirir. Lirik qəhrəman gəncliyini "ala gözlü bir ceyran" kimi xəyal edir və onun arxasınca boylanır. Zamanın amansız axarı, saça qonan bəyaz dənlər şair tərəfindən rənglərin simvolikası ilə verilir:

Ağ rəng uçub ömrümdən zaman - zaman,
Qonur saça, günlərimi qaraldır.


Şeirin son bəndindəki "Demə" rədifli çağırışlar sevgilinin təsəlli bəhanələrini rədd edən, həqiqəti (hətta acı olsa belə) qəbul etmək istəməyən, təmiz və səmimi bir qəlbin harayıdır:

Demə, məndən qalmamısan nigaran,
Demə, məni sevməmisən, yalandır.
Demə, sona çatmayacaq bu hicran,
Demə, demə düz olsa da, amandır.


Cəmil Zəbhulla oğlu Dadaşovun yaradıcılıq palitrası göstərir ki, o, klassik ənənə ilə müasirliyi özündə birləşdirən bütöv bir sənətkardır. Onun satiralarındakı ictimai kəsər xalqın dərdinə yanmaqdan, lirik qoşmalarındakı həzinlik isə insana və gözəlliyə olan sonsuz sevgidən qaynaqlanır. 65 illik yubiley ərəfəsində şair-publisist Cəmil Dadaşovu bədii sözümüzə verdiyi töhfələrə görə ürəkdən təbrik edir, ona Şirvan torpağının sönməz ilhamını, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq. Onun yanan qələmi və haqqı deyən sözü hələ uzun illər oxucuların yoluna işıq saçacaqdır. 09 avqust 2026-cı il tarixdə bütün yaxınlar və dostlarla bir yerdə görüşmək ümidi ilə...

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü

Son xəbərlər

İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31