VAQİF QURBANOV,
Əməkdar mühəndis

Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan insanlar sözün əsl mənasında seçilmiş, nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz belə kamil şəxsiyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə çevrilir.

Sayılıb-seçilən ziyalılardan olan “Muğansutikinti” MMC-nin təsisçisi, Əməkdar mühəndis Vaqif Qurbanov olduqca xeyirxah insandır. Bu xeyirxahlıq ona rəhmətlik atasından keçmişdir. Atası Ağayar Qurbanov da vəfalı dost, yaddaqalan ictimaiyyətçi, hər şeydən əvvəl gözəl qəlbə malik, öz mənliyini, şəxsiyyətini, alicənablığını hifz edib saxlayan xeyirxah, haraya çatan adam olub. O, sakit təbiətli, təvazökar, mülayim xarakterli, təmkinli, gülərüz, qayğıkeş, qonaqpərvər olmaqla yanaşı, eyni zamanda mənəvi dünyası bütün varlığı ilə ailəyə, qohuma, dost-tanışa, qonum-qonşuya, el-obaya, işlədiyi kollektivə, sözün geniş mənasında xalqa, Vətənə bağlı şəxsiyyət idi. Ağayar Qurbanov sağlığında hörmət və izzət qazanaraq cismani yoxluğundan sonra da çoxlarının xatirələrində əbədi yurd salmışdır. Bu gün də o, gözəl insan, sədaqətli dost, qayğıkeş ailə başçısı, təcrübəli mütəxəssis kimi xatırlanır. Vaqif Qurbanov da bu kimi xüsusiyyətlərinə görə atasına çəkmişdir.
Jurnalistlərimiz Vaqif Qurbanovun Sabirabad rayon qəzeti redaksiyasının kollektivinə etdiyi yaxşılığı heç vaxt unutmurlar. O, 2003-cü ildə, Milli Mətbuat Günü ərəfəsində qəzetin redaksiyasının köhnə, yararsız hala düşmüş binasını daxili imkanları hesabına əsaslı təmir etdirmişdir. Vaqif Qurbanov həmin il Milli Mətbuat Günü münasibətilə təbrikə gələndə qəzet materiallarının yığılıb səhifələnməsi üçün gərək olan bir dəst kompüter avadanlığını da bizə ərməğan etmişdir.
Media işçilərinin əməyini yüksək qiymətləndirən Vaqif Qurbanov qəzetimizə abunə yazılışını hər il yüksək səviyyədə təmin edir. Hər il Azərbaycan Milli Mətbuat Günündə sevincimizə şərik olub bizi hamıdan öncə təbrik edir, bu bayrama xüsusi diqqət yetirir, hətta maddi yardım etməyi belə unutmur.
Sözsüz ki, bir yazıda onun haqqında geniş danışmaq mümkün deyildir. Adam var ki, bütün ömrünü bir, hətta yarım səhifəyə sığışdırmaq olar. İnsan da var ki, həyat və fəaliyyətini bir kitaba sığışdırmaq çətindir. Vaqif Qurbanov məhz belə insandır. Onun haqqında cild-cild kitab yazmaq olar.
Çətin anda bizə etdiyiniz yaxşılıqlara görə kollektivimiz adından media təəssübkeşi kimi Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, səadət və xoşbəxtlik, quruculuq işlərinizdə, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq! Allah qorusun Vaqif Qurbanovu.

Elçin NƏSİB,
“Kür-Araz” qəzetinin təsisçisi və məsul redaktoru

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930