Xəbərlər
1.12.2025, 00:01
İNSANLIĞIN ALİ ZIRVƏSINƏ YÜKSƏLƏN ƏLİPƏNAH KƏNGƏRLİ FOTOLAR
(Dostumuzun 59 illiyinə)
Xeyirxah insanlar həmişə, ilk növbədə, başqaları üçün çalışar, özlərini isə ikinci plana atarlar. Fədakar və xeyirxah insanlar ətrafdakılara örnək olmaqla yanaşı, həyatın çətinliklərinə sinə gərməkdə də hamıya kömək edirlər. Onlar dünyalarını dayişdikdən sonra belə unudulmur, adları daim rəhmətlə anılır. Yubileyi ilə üzləşdiyimiz, daha doğrusu, ilimizin sonuncu ayının – dekabrın ilk günündə ətrafına toplaşacığımız Əlipənah Kəncərli də məhz belə insanlardandır, hələ sağlığında hörmət qazanıb, cəmiyyətdə nüfuz sahibinə çevrilib.
Əlipənah müəllimi xeyli vaxtdır tanıyırıq. Mükəmməl və hərtərəfli insan kimi! Xeyirxah və nəcib insan kimi! Təəssüf ki, belələri cəmiyyətdə çox azdır. Çalışdığı sahədə indiyədək bir nəfərə belə rast gəlməmişik ki, bu təmiz qəlbli insandan narazı qalsın. Elə bil xəmiri yaxşılıqla yoğrulub. Tanınmış ictimai-iaşə obyektlərində, kulinariya sahəsində çalışanlar onunla heç cür rəqabət apara bilməzlər. Aramızda elə bir yaş fərqinə olmasa da, qarşılıqlı olaraq ən yaxın dost-sirdaşıq.
Xeyirxahlıq və mərhəmət bəşər övladını daxilən saflaşdıran, başqalarının gözündə ucaldan, insanlığın ali zirvəsinə yüksəldən fenomen dəyərlərdən sayılır. Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan insanlar isə, sözün əsl mənasında, seçilmiş nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz belə kamil şəxslərin saf düşüncə və pak əməllərində gerçəyə çevrilir. Əlipənah Kəncərli də bu düşüncə və pak əməl sahibidir.
Xeyirxahlıq insan xarakterinin ən mükəmməl xüsusiyyətlərindən biridir. Bu müsbət keyfiyyət bəzilərində çox, bəzilərində nisbətən az olsa da, insanla bərabər doğulan bu hissi inkişaf etdirib daha da mükəmməlləşdirmək, əslində, böyük hünərdir. Bu insani keyfiyyət vəzifə borcu ilə birləşəndə, rəsmiyyətə çevriləndə isə daha təkmil olur, daha mükəmməlləşir.
“Milli mətbəxi” kimi tanıdığımız bir məkanda özünə iş qurmuş Ə.Kəncərli məhz öz xeyirxahlığının əvəzini ummayıb, bacardığı qədər bu missiyanı şərəflə yerinə yetirir. Bir sözlə, o, insanlara bəxş etdiyi xeyirxahlığını vəzifə borcu kimi təqdim etməyi daha məqsədəuyğun hesab edir. Bu, bir tərəfdən onu haqlı göstərir, eyni zamanda digər tərəfdən bu etirafın təvazö pərdəsindən özgə bir şey olmadığını görməmək də mümkün deyil. Axı insanın varlığında olmayan bir duyğuya onu kim məcbur edə bilər?! Xeyirxahlıq isə Əlipənah müəllimin qanında və canındadır desək, yəqin ki, səhv etmərik. Əgər belə olmasaydı, - mən daxili rahatlığımı ehtiyacı olan insanın köməyinə çatdığım zaman tapıram, - deyə düşünməzdi.
Onun həyatı hamıya – ailəsinə də, dostlarına da, tanışlarına da, hətta qohumlarına da əsl örnəkdir. Öz nəsillərinin, həmyerlilərinin sevimlisidir (Bunu onun yanına gələnlərin, ona müraciət edənlərin də hərəkətlərindən sezmək olur). Uşaqdan böyüyə hər kəsin dərin hörmətini qazanıb. Əlipənah müəllim eyni zamanda hər kəsin əməyinə qiymət verməyi bacarır. Səhv yolda olanlara düzgün məsləhət verir, əyri yoldan geri qaytarır. Paxıllığı, kini olmayan xeyirxah insandır.
Biz bir qələm sahibi olaraq həmişə gördüklərimizə əsaslanır, dəlil kimi şahidi olduğumuz olayları qələmə gətiririk. Əlipənah müəllimlə də bağlı gördüklərimiz çoxdur. Sadəcə, onlardan birini yazıb nəzərinizə çatdırmağımız onun necə adam olduğunun göstəricisidir.
Bu yaxınlarda bir olayın şahidi olduq. Dostlarla adətimiz üzrə “Milli mətbəx” deyilən bir məkanda oturub çay içir, söhbət edirdik. Bizimlə yanaşı 4 əsgər öz sifarişini gözləyirdi. Biz də bunu maraqla müşahidə edirdik. Ofisiant xanımlar əsgərlərin sifarişinə əsasən onların yeməklərini və digər azuqələrini gətirib stolun üstünə qoydular. Bu stola xidmətin səviyyəsi çox yüksək idi, xüsusi fərqlənirdi. Gördüklərimiz getdikcə marağımızı artırırdı. Nəhayət, əsgərlər ofisiantı çağırıb hesab vermək istəyəndə qulluq edən xanım bildirdi ki, hesabınız çatıb. Bu məqamda fikirləşirdik ki, onların hesabını özümüz verərik. Ofisoantın sözünü eşidən əsgərlər həm təəccübləndilər, həm də çox sevindilər. Onların çöhrələrindəki sevinci, razılıq əlamətini gərək sezəydiniz. Onlar gedəndən sonra onların stoluna xidmət edən Təranə xanım bildirdi ki, bu humanist addımı Əlipənah müəllim atıb, əvvəlcədən də tapşırıb ki, nə istəsələr, təmin edin. Əslində onların sifarişləri elə də böyük məbləğ deyildi. Amma buna baxmayaraq onlar hədsiz dərəcədə sevinirdilər...
Bəli, hər kəsə öz doğması kimi dəyər verən, hər kəslə öz dilində danışan, hər kəsə də özünə uyğun formada yanaşan Əlipənah Kəngərli demək olar ki, tez-tez belə addımlar atır, neçə-neçə insanı sevindirir. Onun da ikinci övladı İman KİŞİLİK məktəbinin müdavimidir, hərbi borcunu Kişi kimi ödəyir. Bu günlərdə qısamüddətli məzuniyyətə gələndə bizimlə də görüşdü. Maşallah, yekəlmişdi. Onun ailəsi də halal keyfiyyətləri daim əsas tutur. Onlara hər zaman öyüd-nəsihətini əsirgəmir. Bunun da dəfələrlə şahidi olmuşuq.
Bunlar elə duyğular, elə həvəslər, elə təşəbbüskarlıqlardır ki, onları insana öyrətmək olmur. Bunlar gərək qanda, canda ola.
Və Əlipənah Kəncərlini, o qəbildən olan digər özü şux, qaməti şax adamları görüb belə cavanqalmanın sirri ilə maraqlananlara bizim həmişə bir cavabımız olub: xeyirxahlıq və xeyir əməllər naminə vaxtını da, malını da, canını da əsirgəməməyə hazır olmaq, belə nəcibliklərdən feyz ala bilmək!
Göydəki Kişi, başı nə qədər qarışıq olsa da, bəndələrinin belə səylərinin birini də nəzərindən qaçırmır və ədalətlilərin ədalətlisi olduğundan bütün bunları nəzərə də alır.
Pərvərdigar insana möhlət də, güc də, daha artıq şövq də verir ki, düz yolunu, haqq yolunu uğurla davam etdirsin, xeyirxahlıqlarında başacan olsun və qocalmazlığı, cavanqalmaqlığı ilə də yan-yörədəkiləri heyrətləndirsin.
ONUN dilindən qopduğuna inanılan "Səndən hərəkət, məndən bərəkət!" deyimi təsadüfən yaranmayıb ki!
Və onunçün doğma ünvanda növbəti dəfə qədəm basacaq, özünün iştirakı ilə həmin böyük məkanımızda, o məkanda ki, vaxtilə bir çox yaxın dostlarımızın, tanışlarımızın yubiley və ad günlərinə qatılmışdı, çıxış etmişdi, xatirə söyləmişdi, özünün 60 yaşını bayram edəcəyik.
Söz yox, gün artıq gəlb, mütləq həmin bayramı keçirəcəyik.
... Müddətlərcə məşq edərək, öz üzərində çalışaraq ən güclü pəhləvanın da dizini yerə vurmaq mümkündür. Lakin Zaman adlı pəhləvana qalib gəlmək hər oğulun işi deyil. Ömür nərdivanının 59-cu pilləsində qərar tutmuş Əlipənah müəllim çətin tarix dövrlərinin içərisindən adlayaraq Vaxt deyilən Pəhləvanla tutuşmada uduzmayıb, büdrəməyib və bu yaşına da qıvraq, illər öncəki şaxlığını, təravətini hifz edərək yetişib.
Bu isə onun özündən daha əvvəl doğmaları, sevənləri, onu əziz bilənlər üçün xoşbəxtlikdir.
59-u arxada buraxaraq 60-a,70-ə, 80-ə, 90-a, ..... doğru irəliləyən və bütün varlığı bir cavan ovqatla ləbələb atanın ailəsi - övladları da, yaxın qohumları da, tanışları da, dostları da aydın məsələdir ki, bu cür ləyaqətli, hörmətli, təpərli KİŞİnin yanında özünü uşaq, yeniyetmə, əslində olduğundan qat-qat gənc sayır.
Və sonda içdən gələn arzularımızı poetik misralara çevirirk.
Cəmil ZƏBHULLAOĞLU,
Daşdəmir ƏJDƏROĞLU
“Allah yanında ən yaxşı insan – insanlar üçün daha faydalı olanıdır”.
Məhəmməd Peyğəmbər (s)
Mənə “yüz il yaşa” deməsin dostlar,
Gülüşüm, yerişim, səsim itməsin,
Gözlərim görsə də, ayağım, əlim,
Əsalıq olanda dayansın ürək!

Əlipənah Kəngərli bəxtiyar olsun!
Naxçıvanlısan, gözəl elin oğlusan,
Cavidimin butasına var olsun.
Arzuların çiçək açsın, çin olsun,
Adın, sanın Azərbaycanda var olsun.
Əzəldən vurğundur bülbüllər gülə,
Gözəl işlərinlə vüqarlısan elə.
Bütün kollektivi almısan ələ,
Səni yad edən “Milli mətbəx” var olsun.
Dostları yad edib zəhmət çəkirsən,
Bütün ürəklərdə güllər əkirsən.
Verilən tələbləri yerində edirsən,
Tutduğun yolların çıraqban olsun.
Gəzək Naxçıvanı ayaqdan-başa,
Salaq dostlarını yada-yaddaşa.
Bu şeir hədiyyədi göəzl qardaşa,
Ona qiymət verən Cəmil sağ olsun.
59-nu yada salan Daşdəmir var olsun.
Əlipənah Kəncərli bəxtiyar olsun.
Cavidimin butasına var olsun.
Arzuların çiçək açsın, çin olsun,
Adın, sanın Azərbaycanda var olsun.
Əzəldən vurğundur bülbüllər gülə,
Gözəl işlərinlə vüqarlısan elə.
Bütün kollektivi almısan ələ,
Səni yad edən “Milli mətbəx” var olsun.
Dostları yad edib zəhmət çəkirsən,
Bütün ürəklərdə güllər əkirsən.
Verilən tələbləri yerində edirsən,
Tutduğun yolların çıraqban olsun.
Gəzək Naxçıvanı ayaqdan-başa,
Salaq dostlarını yada-yaddaşa.
Bu şeir hədiyyədi göəzl qardaşa,
Ona qiymət verən Cəmil sağ olsun.
59-nu yada salan Daşdəmir var olsun.
Əlipənah Kəncərli bəxtiyar olsun.
Cəmil ZƏBHULLAOĞLU,
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay