Nüsrət Quliyev – 65

Nüsrət Quliyev - getşək Vətən aşiqi, yorulmaz zəhmətkeş, barmaqları zəhmət qabarı tutmuş halal insan
İnsan var, zahircə, yəni, xarici görkəmi ilə insana oxşayır, insan da var, batincə, yəni, ağılca, şüurca və ən əsası, içcə-daxilcə insandır. Belələri, (sayca) az olsalar da, nə yaxşı ki, hələ ətrafımızda var...

Əlbəttə, Allahdan yaxşısı yoxdur... Ancaq Allah bizə yaxşı ilə pisi ayırd etmək üçün xüsusi bir fəhm əta edib... Elə bu fəhmlə biz, ömür qatarının 65 yaşına gətirib çıxartdığı hünərvər, halal insan, getşək Vətən aşiqi, yorulmaz zəhmətkeş, barmaqları zəhmət qabarı tutmuş... Nüsrət Quliyevin yaxşı insan olduğunu ayırd edə bilmişik.
Nüsrət Quliyevi 1993-cü ildən tanıyırıq. “Azərbaycan” nəşriyyatına gəldiyimiz ilk gün tanıdığımız fövqəl insanlardandır. Surətcə qəti dəyişməyib, 33 il əvvəl hansı ağılda, zəkada, düşüncədə... görmüşdüksə, indi də elədir. Bu, o anlama gəlir ki, bu Obraz – bu yaxşı İnsan (Nüsrət Quliyev) Allahın lütf verdiklərindəndir...
Bu gün nə “Azərbaycan” nəşriyyatı var, nə də Nüsrət müəllim daha orada işləmir. Ancaq oranın işçiləri, onu tanıyanlar və biz də Nüsrət müəllimi həqiqi-dürüst insan, zəhmətkeş, əzmkar və nümunəvi kadr kimi xarakterizə edir, unutmuruq. Çünki yaxşı insanları istəsək belə, unuda bilmərik...
Biz, tərif yağışına qərq edib Nüsrət müəllimə yaxşı insan demirik, o, öz iç dünyası – xoş münasibəti, doğru-dürüst davranışı, ağlı, zəkası, hadisələrdən nəticə çıxarmaq bacarığı və s.-lə özünü yaxşı insan kimi göstərə və sübut edə bilir. O, yalvarış və ya acizanə umarkən yanımızda olanlardan deyil, heç ummadığımız, heç ağlımızdan belə keçirmədiyimiz halda yanımızda olanlardandır. Belə deyək, o, (bir çoxları kimi) nəyinsə xatirinə, hansı məqama görəsə yaxşı insan paltarı geyinmir, insanlıq onun içindədir, üzərindəki insan paltarı doğularkən əyninə taxılıb. Onun sifəti də birdir, surəti də. Onun gözlərində yalançı baxışlar yoxdur, baxdığı ünvanları, görmək istədiyi hədəfləri eyni gözlər və baxışlarla müşayiət edir.
Biz onu həmişə Haqqın tərəfində gördük. Ən çətin məqamlarda belə o, Haqqın tərəfində oldu, düşünmədi ki, kimsə ondan inciyəcək, düşündü ki, Allah ondan inciməsin...
Zənnimizcə, Nüsrət Quliyevin həyat proqramında tək bir xətt var – neytrallıq. Onu həmişə neytral zonada (ərazidə) gördüyümüzdən bu qənaətdəyik. Onun adının birinci hərfi də bəlkə elə bu zərurətdən irəli gəlir...
Nüsrət Quliyevin ad və soyadı üzrə biz bu zərurəti belə çözürük:
N – neytrallıq (doğru zavalda olmaq);
Ü – üst şüurda qərar tutmaq, nəticə iqrar etmək;
S – surətcə insan olmaq;
R – real təsvirdə yaşamaq – aldadıcı görünüşlərə əl uzatmamaq;
Ə – əqidə və etiqadca Allaha bağlanmaq;
T – təməldən insan olmaq;
Q – qövmün təməlsiz-mövhumatçı təsirlərindən yayınmaq;
U – urvatlı təqiblərə baş qoşmaq;
L – Lövhi-Məhfuzda ad yeri qazanmaq;
İ – israrçı deyil, iddialı deyil, ağıllı olmaq;
Y – yoxla varın orta həddində dayanmaq;
E – elmli düşünmək, cahil təfərrüatlara qapı örtmək;
V – vəfa, etibar qazanmaq...
Bu rakursda Nüsrət Quliyev şəxsiyyəti tam görünür...
Nüsrət Quliyev indi təqaüd yaşındadır, yorulmaq bilmədən ictimai işlərdə fəallıq göstərir, tez-tez əbədiyyət ulduzları olan şəhidlərə ehtiram göstərir, həyati əhəmiyyəti olan tədbirlərdə iştirak edir, bir sözlə, bundan sonrakı fəaliyyətini dövlətçilik işinə sərf edir. Məqsədi, amalı dövlətimizin daha da çiçəklənməsi, daha da inkişaf etməsidir. Bu doğru münasibətin özü insanlıq vəsfi deyilmi?
Dilimizdəki yaxşı sözlərin hamısı Nüsrət Quliyevə yaraşır, bu, bir gerçəkdir. Bu yazıda məqsədimiz onu xoş sözlərə “ürcah” etmək deyil, çalışdıq, onun 65 yaşına doğru bir münasibət ifadə edək. Nüsrət müəllim indi ömür-həyat adlı göydələnin 65-ci mərtəbəsindədir. Avqustun 2-si bu dəyərli qardaşımız, inşallah, 65-ci mənzilinin qapısına kilid vurub 66-cı qapıya əl uzadacaq. Əlbəttə, 65-ci qapıdan o yana açılası hələ neçə-neçə qapı var, arzu edirik ki, yaxşı insan görkəmi ilə qəlblərimizi fəth edən Nüsrət müəllimi bir gün də 75, başqa bir gün də 85, 95 yaşı ilə əlaqədar təbrik edək.
Niyyətimiz də, ürəyimiz də təmizdir, Allah duamızı eşidər...
Əziz Nüsrət Quliyev! Bu yazı 65 yaşınıza ünvanlanmış təbrikdir, əminik ki, səmimiyyətimizə inanacaq, təbrikimizi qəbul edəcəksiniz.
Allahdan sizə yalnız can sağlığı diləyirik!
Hörmətlə,
Hikmət Məlikzadə

Son xəbərlər

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930