Fərhad Əsgərov (Ramizoğlu)

Müəllimlərin məzuniyyət vaxtı idi. Kimisi evdə, kimisi isə istirahət mərkəzlərində, sanatoriyalarda dincəlirdi. İki-üç gündən sonra onlar bir-biri ilə tanış olur, söhbət edir, fikir mübadiləsi aparırdılar. Budur, ərazisi yaşıl ağaclara, gül kollarına bürünmüş istirahət mərkəzində ölkənin müxtəlif məktəblərində müxtəlif ixtisasları tədris edən qadın müəllimlər söhbət edirlər. Kişilər isə nərd atır, domino oynayır, arabir fikir mübadiləsi aparırlar.
Ümumiyyətlə, müəllimlər əsasən nədən danışırlar: aldıqları əməkhaqqından, məktəb direktorlarının hegemonluğundan, müəllimlərlə davranışından, bəzi şagirdlərin etik qaydalara riayət etməməsindən, pedaqoji kollektivin nailiyyətlərindən, bəzi valideynlərin müəllimi şantaj etməsindən. Məktəb direktorunun alicənablığından, kollektivlə xoş rəftarından danışanlar da var. Söhbətlər müxtəlifdir.
Artıq dörd gün idi ki, müəllimlər istirahət edirdi. Axşam yeməyindən sonra bir-biri ilə dostlaşan müəllimlər söhbət edirlər. Məleykə, Məsumə və Natəvan müəllimi hər gün bir yerdə görmək olardı. Onlar ölkənin müxtəlif məktəblərində işləyirdilər. İstirahət mərkəzində istirahət edənlər artıq onların yaxın rəfiqə olmalarından xəbərdar idilər.

Məsumə müəllimin bu günkü söhbəti müəllimlər üçün daha maraqlı oldu: “Artıq 60 yaşım var. 40 ildir ki, yalnız bir məktəbdə işləyirəm. Bu illərdə üç məktəb direktoru olub. Məktəbimizdə 70 nəfər müəllim çalışır. Sonuncu məktəb direktoruna bütün müəllimlər nifrət edir. Belə ki, məktəbimizdə savadlı, təcrübəli müəllimlər olsa da, 45 yaşlı bir xanım direktor təyin olundu. Direktor öz danışığı, hərəkətləri, işi ilə müəllimlərə nümunə olmalıdır. Onun rəhbərliyi altında birinci pedaqoji iclas keçirilirdi. İlk söz təlim-tərbiyə işləri üzrə direktor müavininə verildi. O, təxminən on dəqiqə çıxış etdikdən sonra sözü direktora verdi. İnanın mənə, direktorun ilk sözü bu oldu: “Məktəb direktorları haqqında cəmiyyətdə müxtəlif sözlər eşidilir, güya onlar rüşvətxordurlar, işlərini lazımınca qura bilmirlər, yerlıbazlıq edirlər. Mənim üstümə baxın, hələ direktor təyin olunana qədər bunları mənim üçün ərim alıb. Həyat yoldaşım bir idarənin rəisidir. Hər ay maaşından əlavə 50-60 min dollar qazanır”. Bunu dedikdən sonra, o, boynundakı çəkisi təxminən 300-500 qram olan qızıl sepini, hər iki əlindəki yoğun qızıl qolbağı, hər iki əlində bir neçə barmağına taxdığı bahalı qızıl üzükləri müəllimlərə göstərdi. Və dedi ki, mən varlı insanam, mənim haqqımda müxtəlif sözlərin deyilməsini istəmirəm. Biz müəllimlər düşündük ki, yəqin yeni direktor bəzi direktorlar kimi fırıldaq yollarla pul qazanmaz. Lakin əksinə oldu: indiyədək məktəbdə min oyunlardan çıxır. Müəllimlər isə susmağı vacib bilirlər. Yazıqlar nə etsinlər, işdən çıxarılacaqlarından qorxurlar”.
Məsumə müəllim bir neçə saniyə susdu, dərindən bir ah çəkdi:
-Direktor işlədikcə iç üzünü, iç dünyasını yavaş-yavaş göstərməyə başladı. Vallah, mən çox xəcalət çəkirəm ki, işlədiyim məktəbin direktoru haqqında danışıram. Özü savadsız olduğundan, onun savadlı müəllimlərdən xoşu gəlmir. Həftədə 9 saat ibtidai siniflərə ingilis dili dərsi keçir. Amma hələ indiyədək onun dərs keçdiyini heç kəs görməyib. Onun dərslərini başqa bir müəllim keçir. Yazıq həm öz dərsini, həm də direktorun dərsini tədris edir. 9 saata görə olan maaşı direktor alır. Mən bir müəllim kimi düşünürəm ki, direktor yuxarı siniflərə dərs keçməlidir. Hələ bu harasıdır? Bir-biri ilə dostluq edən dostların, rəfiqələrin arasını vurmağı da bacarır. Adi bir misal deyim: Nurlanə müəllimlə Tofiq müəllim eyni fənni tədris ediyindən tənəffüs vaxtı məktəbin dəhlizində söhbət edirdilər. Məktəbin dəhlizlərində videokamera olduğuna görə, direktor bunu dəfələrlə görüb. Bir gün direktor Nurlanə müəllimi yanına çağırıb və deyib: “Tofiq müəllim mənə dedi ki, mən Nurlanə müəllimlə danışmaq istəmirəm, utanıram ona deməyə, bəlkə, siz ona deyəsiniz ki, mənimlə söhbət etməsin”. Sonra isə Tofiq müəllimi yanına çağırıb və deyib: “Nurlanə müəllim mənə dedi ki, mən Tofiq müəllimlə danışmaq istəmirəm. Amma o, məndən əl çəkmir. Xahiş edirəm ona deyin ki, mənimlə danışmasın”. Nə başınızı ağradım, müəllimlər, Nurlanə müəllimlə Tofiq müəllim bir müddət danışmırlar. Təxminən iki aydan sonra Nurlanə müəllim Tofiq müəllimə deyir: “Tofiq müəllim, sözünüzü mənə deməliydiz. Mənimlə danışmaq istəmirsinizsə, niyə, direktora şikayətlənmisiniz?” Nə isə, söhbətə aydınlıq gətirilir. Aydın olur ki, direktor onların arasını vurub.
Söhbətə Məleykə müəllim qoşulur: “Məktəbimiz üç mərtəbədən ibarətdir. 120 müəllim çalışır. 15 il pedaqoji təcrübəsi olan bir kişi məktəbimizə direktor təyin olundu. Müəllimlər çox sevinirdilər ki, yəqin yeni direktor əvvəlki direktordan fərqlənər. Ancaq belə olmadı. 5 Oktyabr Müəllimlər günü yaxınlaşırdı. Direktor müavini Elnarə xanım müəllimlərə tapşırdı ki, hər biriniz Müəllimlər günü münasibətilə direktora 100 AZN verin. Əgər verməsəniz, sizi incidəcək, hər gün dərsinizi dinləyəcək, zəhlənizi tökəcək. Mən üçüncü mərtəbədə dərs keçirəm. Direktorun kabineti birinci mərtəbədədir. 5 Oktyabr tarixində birinci dərsdən sonra aşağı düşdüm. Direktorun kabinetinin qabağında on nəfər müəllim dayanmışdı. Hamı onunla görüşüb “təbrik etmək” istəyirdi. Direktor isə hər bir müəllimlə təxminən bir dəqiqə söhbət edirdi. Soruşdum - axırıncı kimdir? Müəllimlər gülüşdülər. Nə başınızı ağradım, zəng vuruldu, tez sinfə getdim. İkinci dərsdən sonra yenidən birinci mərtəbəyə düşdüm. Direktorun kabinetinin qabağında 14 müəllim dayanmışdı. Yenidən soruşdum - axırıcı kimdir? Nə isə, həmin gün beş dəfə birinci mərtəbəyə düşdüm, hər dəfə kabinetinin qabağında 7-8 müəllim olduğuna görə, onunla görüşə bilmədim. Ertəsi gün, ikinci dərsdən sonra direktorla görüşdüm, 100 AZN verdim. Bir-birimizə xeyir-dua verdik. Belə-belə işlər...”
Natəvan müəllimi gülmək tutdu: “Vallah bizim məktəbdə də elədir. Məktəbimizə 60 yaşlı bir kişi rəhbərlik edir. İldə üç dəfə - ad günündə, Müəllimlər günündə və 8 Mart Qadınlar bayramı günündə onu bütün müəllimlər təbrik edirlər”.
Müəllimlər gülüşürlər. Məleykə müəllim:
-Başa düşmədim, bəs 8 Mart Qadınlar bayramında kişi müəllimi niyə təbrik edirsiniz?
-Qayda belədir, direktorun xəstəxanada həkim işləyən həyat yoldaşını da təbrik edirik. Hansısa müəllim direktorun qayda-qanununu pozsa, gözümçıxdıya salınır. Hər ay bütün müəllimlər ona müəyyən məbləğdə pul verirlər. Belə ki, əgər mən həftədə 30 saat dərs keçirəmsə, keçdiyim dərsin üç saatının pulunu direktor müavini vasitəsilə ona göndərirəm. Eləcə də, digər müəllimlər də hər biri keçdiyi 3-4 saatının pulunu direktor üçün göndərir. Yazıq müəllimlər neyləsinlər, faktı sübut etmək çətin olduğundan şikayət etmirlər. Şikayətə baxan var ki. Arabir yuxarıdan yoxlama gəlir, məktəbin hər işindən razı qalır, rüşvətini alıb gedir. Bəzi rəhbər işçilərdə təfəkkür nə vaxt dəyişəcək? Məktəbimizin direktoru özündən savadlı, bilik və bacarıqları şagirdlərə vicdanla aşıladan müəllimlərdən xoşu gəlmir. Nə isə, müəllimlər, biz istirahətdəyik, bəlkə, başqa mövzu haqqında danışaq. Hamımız günahkar axtarışındayıq. Bəs onda günahkar kimdir? Elə özümüz. Nə qədər susmağı vacib biləcəyiksə, özümüzü karlığa, korluğa qoyacağıqsa, belə də davam edəcək. Ancaq ümidvar olaq ki, tədricən belə direktorlar vəzifədən uzaqlaşacaq, onların yerinə saf, şərəfini, ləyaqətini qoruyan əsl pedaqoqlar təyin olunacaq...

Son xəbərlər

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

İsti havada rahat yatmağın yolları

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Yağışdan əvvəl niyə oynaqlarımız ağrıyır? - Həkimdən açıqlama

Yaponiyada güclü zəlzələ oldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Məmməd Qədir : Bezimdən keçib gəldim - FOTO

AXIRINCI KİMDİR? (Hekayə)

Çiyələk infarkt riskini azaldır

Etdiyi yaxşılıqlara görə Vaqif Qurbanova təşəkkürümüzü bildiririk - FOTO

Ölən dostlarının adını belə yaşadır - Foto

İlyas Yalçıntaş həbs edildi

Nurani komaya düşdü - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü

Almaniya və Fransa strateji əməkdaşlığı dərinləşdirir

Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib

Bu yerlərdə işıq olmayacaq - Xəbərdarlıq

I kurs tələbəsi vəfat etdi

Nazirin keçmiş müavininə yeni vəzifə verildi

Kral Çarlz 4 ildən sonra Meqan və nəvələrini qəbul etdi - Kamilla da orada idi

Badamdar qəsəbəsi, EVEREST şadlıq sarayında Sarı Aşıq Ədəbi Məclisinin növbəti tədbiri keçiriləcək.

BİR BALACA ŞAİRİN TƏQDİMATI.

Dəyər öz ünvanını taparsa...

Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Çimərlik futbolu üzrə Azərbaycan millisindən ikinci qələbə

1 yaş “qocalması” üçün bütün komanda çalışdı - Foto

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi yekunlaşdı

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH

Pakistan ABŞ və İranı silahları yerə qoymağa və danışıqlara çağırıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031