Turaztv.az » Xəbərlər » Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi
Xəbərlər

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

22.08.2026, 12:24 3
Bakının Xətai rayonu ərazisində - Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, “OUD Baku” restoranının qarşısında 7 avtomobil toqquşub. Nəticədə, “Porsche”, “Range Rover”, 2 ədəd “BMW” və digər markalı avtomobillərə ciddi zərər dəyib.

Bildirilib ki, hadisəyə idarəetmədən çıxan avtomobillərdən biri səbəb olub.

Qəzada xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər