Xəbərlər
PÜSTƏ RƏVAN : GƏLİN APARIN - FOTO
Donan buz qatında, donan sularda,
Dondurdum gecələr kədəri, qəmi.
Sübh şəfəqlərin qızartısında,
Sabah adlı tapdım ilk sevincimi.
Yox oldu necə də pəjmürdə halım,
Qüvvət verdi tanrı duyğularıma.
Süzülür elə bil pətəkdən balım,
Şeirimlə günəşə gəldim salama.
Ruhumun şeirlər portiretidir,
Çöldə qış, qəlbimdə bitən gül bağı.
Bu bağ incə, təmiz bu bağ istidir,
Ətridir ruhumun gülü, yarpağı.
Günəşin nuruna dönüb sevincim,
Gecədən əritdim donan buzları.
Düzüm-düzüm sözlər mirvarim,incim,
Çoxaldı könlümün saf arzuları.
Şahıyam şeirimin əlvan tacıyla,
Bu dünya, bu bəşər düşüncəmdədir.
Alıram sevinci ağrı acımla,
Bilin ki, hər nə var ürəyimdədir.
Misramın içində sevdalanır ay,
Üstünə səpilir göydən ulduzlar.
Sübh tezdən səsimə quşlar verir hay,
Nə ağrı yaddadır, nə ürək sızlar.
Tufan, boran olub şimşək tək çaxmaq,
Dolu kimi yağmaq istəmirəm mən.
Gün kimi istərəm, ay kimi baxmaq,
Narın yaz yağışı olub, səpilləm.
Sonsuz məhəbbətlə, sevgilərimlə,
Bütün kainatı yığdım qəlbimə,
Oxşamışam onu öz sözlərimlə,
Yerə su hopantək, hopum serimə.
Gecəni gündüzə apara bildim,
Gündüzü gecəyə gətirənmədim.
Qayıdıb yenədə dərdimə gəldim,
Heç yerə dərdimi ötürənmədim.
Püstəni xəyaldan ayıran gərək,
Kökündən bir gülün dartıb qoparın.
Yer-göyü içinə çəkib bu ürək,
Məndədir bu dünya, gəlib aparın.

Dondurdum gecələr kədəri, qəmi.
Sübh şəfəqlərin qızartısında,
Sabah adlı tapdım ilk sevincimi.
Yox oldu necə də pəjmürdə halım,
Qüvvət verdi tanrı duyğularıma.
Süzülür elə bil pətəkdən balım,
Şeirimlə günəşə gəldim salama.
Ruhumun şeirlər portiretidir,
Çöldə qış, qəlbimdə bitən gül bağı.
Bu bağ incə, təmiz bu bağ istidir,
Ətridir ruhumun gülü, yarpağı.
Günəşin nuruna dönüb sevincim,
Gecədən əritdim donan buzları.
Düzüm-düzüm sözlər mirvarim,incim,
Çoxaldı könlümün saf arzuları.
Şahıyam şeirimin əlvan tacıyla,
Bu dünya, bu bəşər düşüncəmdədir.
Alıram sevinci ağrı acımla,
Bilin ki, hər nə var ürəyimdədir.
Misramın içində sevdalanır ay,
Üstünə səpilir göydən ulduzlar.
Sübh tezdən səsimə quşlar verir hay,
Nə ağrı yaddadır, nə ürək sızlar.
Tufan, boran olub şimşək tək çaxmaq,
Dolu kimi yağmaq istəmirəm mən.
Gün kimi istərəm, ay kimi baxmaq,
Narın yaz yağışı olub, səpilləm.
Sonsuz məhəbbətlə, sevgilərimlə,
Bütün kainatı yığdım qəlbimə,
Oxşamışam onu öz sözlərimlə,
Yerə su hopantək, hopum serimə.
Gecəni gündüzə apara bildim,
Gündüzü gecəyə gətirənmədim.
Qayıdıb yenədə dərdimə gəldim,
Heç yerə dərdimi ötürənmədim.
Püstəni xəyaldan ayıran gərək,
Kökündən bir gülün dartıb qoparın.
Yer-göyü içinə çəkib bu ürək,
Məndədir bu dünya, gəlib aparın.













