Musiqili Teatrın kollektivi Milli Musiqi Günündə ordumuza dəstək nümayiş etdirib
Sentyabrın 18-də Milli Musiqi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi ordumuza dəstək nümayiş etdirib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə teatrın kollektivi Vətən uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra səhnədə teatrın simfonik orkestrinin müşayiəti ilə bütün kollektivin ifasında Dövlət Himni səsləndirilib.

Sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bu əlamətdar günün əhəmiyyətindən danışıb: “Ümummilli lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə hər ilin bu günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Biz bu gün XIV Üzeyir Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşada olmalı idik, teatrımızın 113-cü mövsümünün açılış mərasimi Şuşada keçirilməli idi. Lakin erməni təxribatı nəticəsində şəhid olan oğullarımıza ehtiram əlaməti olaraq yeni mövsümün açılışı ilə bağlı planlarlarımızda dəyişiklik etdik. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Milli Musiqi Günündə ölkənin bütün mədəniyyət ocaqlarında Azərbaycanımızın ali musiqisinin – Dövlət Himninin eyni anda səslənməsi çox gözəl və unudulmaz hadisə oldu. Bu, müqəddəs vətənimizə, dövlətimizə sədaqət, şəhidlərimizin ruhuna sonsuz hörmət, şanlı ordumuza sevgi və böyük Üzeyir bəyin xatirəsinə verilən dəyərdir. Teatrımız hər zaman ordumuzun yanındadır, biz əsgərlərimizlə fəxr edirik. Əbəs yerə teatrımız “Döyüşən teatr” adlandırılmayıb. Biz hər addımda dövlətimizin, onun Ali Baş Komandanının və müzəffər ordumuzun yanındayıq”.

Son xəbərlər

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31