Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olubSentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov festivalın əhəmiyyətindən danışıb: “Üzeyir Hacıbəylinin bizə qoyduğu miras heç zaman unudulmayacaq. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq bu dəfə festivalı keçirmək qərarına gəldik. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur”.

Nazir deyib ki, Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Onun bənzərsiz irsi ölkəmizdə peşəkar bəstəkarlar nəslinin yetişməsinə təkan verib.

“Biz hər zaman bu festivalı dahi bəstəkarın doğulduğu və boya-başa çatdığı Şuşa şəhərində keçirməyi arzulamışıq. Çox sevinirik ki, bu gün doğma Qarabağımız, Şuşamız azaddır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bu sevinci bizə yaşadıb. Bu gün bu festivalı Şuşada da qeyd edirik. Artıq biz Şuşada – mədəniyyət paytaxtımızda “Xarıbülbül” Musiqi Festivalını və Vaqif Poeziya Günlərini keçirmişik. Gələn ildən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının da böyük bir hissəsini Şuşada keçirəcəyik”.

Builki festivalın özəlliyindən danışan mədəniyyət naziri bildirib ki, festivalda daha çox ideyalarını reallaşdırmaq istəyən gənclərə yer ayrılıb. Builki festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start veriləcək və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılacaq. Yeni nəsil məhz Üzeyir Hacıbəyli musiqisinin təsiri altında böyüyür.

Festivalın zəngin proqramının olduğunu bildirən nazir deyib ki, Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, bu musiqi bayramında ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alıb. Festivalın proqramında Gəncə və Ağdamda tədbirlərin təşkili planlaşdırılıb.

Sonra söz musiqiyə verilib.

Festivalın ilk günündə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və dirijor Rauf Abdullayev) çıxış edib. Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Fikrət Əmirovun “Şur” simfonik muğamı, Arif Məlikovun fortepiano və orkestr üçün konserti səsləndirilib.
Festival sentyabrın 24-dək davam edəcək.
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Son xəbərlər

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31