Fərhad Bədəlbəyli: Bakı Musiqi Akademiyası nailiyyətlərlə zəngin və şərəfli bir yol keçibBildiyiniz kimi, Prezident İlham Əliyev bu il mayın 26-da Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında xüsusi Sərəncam imzalayıb. Bu Sərəncam bizim üçün böyük bir hədiyyə idi. Növbəti Qəbələ Musiqi Festivalı da məhz Musiqi Akademiyamızın 100 illiyinə həsr olunub. Bakı Musiqi Akademiyası milli musiqi mədəniyyəti və elm-təhsil mühitinə verdiyi töhfələrlə yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin və şərəfli bir yol keçib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, XII Qəbələ Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli deyib.

Builki Qəbələ Musiqi Festivalında ancaq Musiqi Akademiyasının müəllim və tələbələrinin, məzunlarının iştirak etdiyini diqqətə çatdıran musiqiçi deyib: “Məzunlarımız arasında məşhur ifaçılar da var. Xalq artisti Rauf Abdullayev də, öz hərbi orkestri ilə festivalın açılış mərasimində iştirak edən general-mayor Yusif Axundzadə də bizim məzunlarımızdandır. Orkestrlərdə ifa edən musiqiçilər də bizim məzunlarımızdır. Konsertlərdə, eyni zamanda, bizim ən istedadlı tələbələrimiz ifa edirlər. Bu, mənim üçün çox vacib idi. Biz onları festivaldan əvvəl Bakıda keçirdiyimiz müsabiqənin iştirakçıları arasından seçmişik.

Festivalın bədii rəhbəri bildirib ki, konsertlər pandemiya dövrünün tələblərinə uyğun, tibbi maskalardan istifadə edilməklə, tamaşaçılar arasında sosial məsafə gözlənilməklə keçirilir. Bu, çox vacibdir. Festival boyu bu qaydalara riayət olunacaq.

Festivalın konsertlərində Zəfər tariximizin də əks olunduğunu vurğulayan Fərhad Bədəlbəyli deyib: “Bəstəkar Firəngiz Əlizadə də, mən də “Zəfər marşı” yazmışıq. Açılış mərasimində hər iki əsər təqdim olundu. Festivalımızı Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri açdı. Fəxr edirəm ki, məzunlarımızın arasında Vətən müharibəsinin iştirakçıları da var. Onlardan ikisi Qəbələ festivalında iştirak edir”.

Son xəbərlər

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930