Uşaq kardioloqu Elnur İmanov bu gün onun adından yayılan, ona məxsus olduğu iddia edilən səs yazısı ilə bağlı ictimaiyyətə müraciət edib.

"Unikal" xəbər verir ki, o bu iddiaların yalan olduğunu bildirib.

"30 ildən artıqdır ki, uşaq kardioloqu kimi çalışıram. Bu müddət ərzində minlərlə uşağın müalicəsində iştirak etmiş, minlərlə ailənin etimadını qazanmışam. Mənim peşə fəaliyyətimi, insanlara və uşaqlara münasibətimi tanıyan hər kəs yayılan iddianın nə qədər absurd olduğunu çox yaxşı anlayır.

Bu gün texnologiyanın imkanları ilə istənilən insanın səsini təqlid etmək, səs yazısını montaj etmək, cümlələri birləşdirmək və tamamilə saxta material hazırlamaq mümkündür. Üstəlik, yayılan səs mənim səsimə belə tam uyğun gəlmir. Buna baxmayaraq, heç bir texniki ekspertiza aparılmadan, heç bir sübut təqdim olunmadan və mənim mövqeyim tam öyrənilmədən bu materialın ictimaiyyətə çıxarılması qəbuledilməzdir. Anonim mənbə hər cür əsassız iddianın arxasında gizlənmək üçün vasitəyə çevrilməməlidir. Media öz mənbəsinin kimliyini ictimaiyyətə açıqlamasa belə, onun real şəxs olduğunu, məlumatın həqiqiliyini və iddianın yoxlanıldığını özü dəqiqləşdirməlidir. Əks halda, hər bir media orqanı istənilən səsi özü hazırlayıb “bizə şikayət daxil olub” adı ilə istənilən şəxsin nüfuzuna zərbə vura bilər.

Məndə yaranan əsas qənaət budur ki, bu məsələ təsadüfi deyil və mənim nüfuzdan salınmağıma yönəlmiş məqsədli şər kampaniyasının əlamətlərini daşıyır. Bunun kimlər tərəfindən və hansı məqsədlə təşkil olunduğunun hüquqi və texniki yollarla araşdırılmasını tələb edəcəyəm", - deyə Elnur İmanov bildirib.

Son xəbərlər

İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31